Gizir olduğu deyilən qadınla bağlı MN-dən açıqlama

Xaricdə yaşayan bloqer Həbib Müntəzir feysbuk səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.
Müdafiə Nazirliyinin Xidmətin rəhbəri Vaqif Dərgahlı sorğumuza belə cavab verib: “Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, nə də ehtiyatda yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl şəxsi smartfon telefondan istifadə edib ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndərən, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradan hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

Paylaş:
Müəllif : Fuad
Tarix:12-09-2020, 14:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-09-2020, 14:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49
19-02-2025, 14:47
19-02-2025, 10:04

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video