Psixi xəstəni özünü asmağa məcbur etdi, qıraqdan izlədi - TƏRTƏRDƏ DƏHŞƏT
Tərtərdə baş verən "intihar" hadisəsinin qətl olduğu ortaya çıxıb.
Bu barədə oxu.az-a Tərtər rayon hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, aprelin 26-da Tərtər şəhərinin meşə zolağı boyunca uzanan Vüqar Həsənov küçəsində asılmış meyiti tapılan Məmmədli Cavid Faiq oğlu, əslində, qətlə yetirilib.
Məmmədlinin boyun nayihəsindən götürülmüş dəri nümunəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Bakı laboratoriyasında incələnib.
C.Məmmədlinin özünü asmadığı, qətl qurbanı olduğu müəyyən edilib.
Belə ki, qatil onu özünü asmağa məcbur edib. Özü isə prosesi kənardan soyuqqanlı şəkildə izləyib. O hətta qurbanının kəndiri boynuna keçirməsinə də kömək edib.
Xatırladaq ki, C.Məmmədli "oliqofreniya" (kəmağıllıq - red.) diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olub.
Bundan başqa, istintaq orqanları onun ötən ilin payız ayında törədilmiş və indiyə kimi üstü açılmamış cinayətlə əlaqəsinin olmasından şübhələnirdi. Belə ki, noyabrın 18-də 34 yaşlı Nərimanlı Rəşad Bayram oğlunun meyiti Tərtərin Qara Qarayev küçəsində yerləşən evində aşkarlanıb. Qatil onun əllərini və ayaqlarını bağlayaraq çoxsaylı bıçaq xəsarətləri yetirib.
İstintaq nəticəsində, həmçinin Məmmədlinin öldürülməsində şübhəli bilinən həmin şəxsin, ötən ilin noyabr ayında yuxarıda qeyd olunan ünvanda yaşayan Rəşad Nərimanlını xüsusi amansızlıqla qətlə yetirdiyi məlum olub.
Qatilin kimliyi və motivləri haqda məlumat verilmir.
İki nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu gün Baş prokurorluğun bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə birgə məlumat yayacağı gözlənilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-05-2019, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-05-2019, 13:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24