“Ərim məni dəfələrlə döysə də, polis olduğu üçün cinayət işi açılmır”
Bakıda polis əri tərəfindən dəfələrlə döyüldüyünü iddia edən qadının şikayətləri ilə bağlı prokurorluğun cinayət işi başlamamaq barədə qərarını məhkəmə ləğv edib.
“Qafqazinfo”ya müraciət edən Ülkər Quliyeva (ad-soyad şərtidir) bildirib ki, əri tərəfindən döyülməsini sübut edən faktlar olsa da, şikayətinə baxılmır: “Keçmiş ərim Nəriman Həsənov Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin tağım komandiri işləyir. Onunla 2018-ci ilin iyul ayında ailə həyatı qurdum və toydan bir neçə gün sonra məni döyməyə başladı. Bu döyülmə hadisələri sonradan mütəmadi hal olurdu, ailəm dağılmasın deyə susurdum. Bir ilə yaxın Nəriman mənə işgəncə verəndən sonra hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan boşandım.
Həmin müddətdə döyüldükdən sonra qayınatam İdrak Həsənov məni özünün həkim işlədiyi “Diaqnoz” Tibb Mərkəzinə apardı. Orada iş yoldaşlarına dedi ki, hamamda ayağı sürüşüb və yıxılıb. 2018-ci ilin avqust ayında yenə möhkəm döyüldüm və bu dəfə “Baku Medical Plaza” Tibb Müəssisəsinin təcili yardım şöbəsinə apardılar. Yenə də mən ailəmizin dağılmaması üçün döyüldüyümü demədim.
2019-cu ilin mart ayın yenə döyüldüm. Anam məni qarın nahiyəmdə kəskin ağrılar və qanaxma olduğu üçün həkimə apardı. Müayinə zamanı sağ yan divarda 8 mm hematoma aşkar edildi. Orada mənə hamilə olduğum üçün Tibb Universitetinin Tədris-Cərrahiyə Xəstəxanasına müraciət etməyim məsləhət görüldü və mən həmin xəstəxanaya müraciət etdim. Lakin yenə də ailəmizin dağılmaması üçün Nəriman tərəfindən döyüldüyümü həkimə bildirmədim. Bunda sonra yenə döyüldüm. O zaman mən hamilə idim. Mənə hamiləliyin vaxtından əvvəl düşük təhlükəsi diaqnozu qoyuldu. Mən bu dəfə dünyaya gələcək uşağım üçün dözdüm. Nəriman bir neçə dəfə mənim üstümə bıçaq da çəkmişdi”.
Ü.Quliyeva qeyd edib ki, əri Nəriman Həsənov tərəfindən döyülərkən onun səsini də yazıb və bunları sübut kimi istintaqa versə də, müstəntiq buna fikir verməyib:
“Məni döydüyünə görə qanun qarşısında cavab verəcəyini dedim, o isə “get hara istəyirsən ver, mən heç kimdən qorxmuram, sənə əzab verəcəm” kimi ifadələrlə məni döyməyə davam etdi. Döyülmüş vəziyyətdə ayağımın və qollarımın xəsarət alan yerlərini də telefon vasitəsilə fotosunu çəkmişəm. Səs yazısında Nərimanın məni döyməsi açıq-aşkar anlaşılır və eşidilir”.
Ü.Quliyeva deyib ki, döyülməsini sübut edən kifayət qədər sübutlar olsa da, Nizami Rayon Prokurorluğunun müstəntiqi Tale Səfərov cinayət işinin açılması rədd edib:
“Göstərdiyim bütün halları təsdiq edən xəstəlik tarixçələri, ekspertiza rəyləri, səs yazısı, habelə şəkillər olmasına baxmayaraq, heç bir mötəbər sübuta əsaslanmadan əsassız olaraq cinayət işinin başlanması rədd edildi. Müstəntiqin bu qərarından şikayət etdim, məhkəmə qərarı ləğv edib işi yenidən araşdırılması üçün prokurorluğa göndərdi. Keçmiş ərim Nəriman Həsənov polis olduğu üçün istintaqa təzyiq edərək araşdırmalara təsir göstərir”.
Qeyd edək ki, Nəriman Həsənov təhqiqat zamanı bildirib ki, həyat yoldaşı Ü.Quliyeva hamiləlik dövründə pərdə asarkən yıxılıb və xəsarət alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2020, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-09-2020, 14:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45