“DEDİYİMİZ "BEŞİNCİ KOLON" ELƏ BELƏ İNSANLARDIR...” – "Yadınıza salın, Primakovun yubileyi Bakıda necə keçirildi?..."
İlham İsmayıl: “Media və vətəndaş cəmiyyətində çalışanların üzərinə qoyulan vəzifə cəmiyyəti rusiyayönümlü etməkdir...”
“Bakı Slavyan Universiteti faktiki olaraq Rusiya üçün münbit agentura mənbəyidir”
Rusiya kəşfiyyat orqanlarının Cənubi Qafqaz ölkələrindəki fəaliyyəti, qurduğu agentura şəbəkəsi ilə bağlı dossier.center (https://dossier.center) saytında yerləşdirilən materiallar Azərbaycan cəmiyyətində geniş rezonans doğurub.
Materiallarda Rusiya Prezidentinin xarici ölkələrlə bölgələrarası və mədəni əlaqələrinə rəhbərlik edən kəşfiyyat generalı Vladimir Çernova məxsus sənədlərin arasından əldə edildiyi iddia olunan və Moskvanın Azərbaycandakı “yumşaq gücü” kimi xarakterizə edilən 76 nəfərlik siyahı da yayımlanıb.
Vladimir Çernov və Əli HəsənovÖlkənin vətəndaş cəmiyyəti institutlarında və mediasında çalışan, içərisində tanınmış saytların baş redaktorları, jurnalistlər və politoloqların adlarının da olduğu siyahıdakı şəxslərin Rusiya dövlətinin maraqlarına xidmət edə biləcəyi vurğulanıb. Hətta bəziləri haqda sənədlər də yayımlanaraq Rusiya Baş Kəşfiyyat İdarəsindən təlimat aldıqları iddia olunub.
Qeyd edək ki, adıçəkilən sayt Rusiyanın Gürcüstanda və Ermənistandakı casus şəbəkəsi ilə bağlı daha geniş və təfsilatlı materiallar yayımlayıb. Həmin materiallarda agentlərə ödənilən pullar, qoyulan tapşırıqlar, verilən tezislər açıqlanıb. Bu da hər iki ölkədə ciddi müzakirələrə səbəb olub, siyasi qalmaqal yaradıb.
Ancaq Rusiya kəşfiyyatının Azərbaycanda işbirliyi qurduğu iddia olunan şəxslərlə bağlı isə belə geniş informasiyalar verilməyib. Sadəcə adlar və onlardan alınan bəzi məlumatlar dərc olunb.
Adları siyahıda qeyd olunanların bəziləri mətbuatda açıqlama verərək, Rusiyanın maraqlarına xidmət etdiklərinə dair iddiaları təkzib edib, müxtəlif izahlar veriblər.
Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) də açıqlama yayaraq, məlumatların həqiqətə uyğun olmadığını, Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı təxribat olduğunu bəyan edib.
"Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq", – DTX-nın açıqlamasında bildirilib.
DTX-nın belə aydın və kəskin tonda verilmiş bəyanatından sonra sözügedən materialın və yayılan siyahının təxribat xarakterli olduğuna əksəriyyətin şübhəsi qalmadı. Lakin bu material istər-istəməz Rusiya kəşfiyyatının postsovet məkanında, o cümlədən Azərbaycanda fəaliyyəti mövzusunu yenidən aktuallaşdırıb. Hansı ki, belə bir fəaliyyətin mövcudluğu şübhə doğurmur, əksini düşünmək sadəlövhlük olar.
Aydındır ki, Rusiya keçmiş ittifaq ölkələrində, o cümlədən Azərbaycanda özünün “yumşaq gücü”nü formalaşdırmaq istiqamətində ciddi fəaliyyət göstərir. İmperiya maraqlarından imtina etməyən Moskva, öz təsir dairəsini genişləndirmək üçün bu ölkələrdə tanınmış, az-çox ictimai rəyə təsir gücü olan insanları ələ alaraq, onlarla sıx əlaqə qurur. Yəni, kəşfiyyat generalı Çernovda və başqalarında mütləq hansısa siyahılar var, əsl həqiqətdə o siyahılarda kimlərin adının olduğunu isə, necə deyərlər, bir Allah bilir.
Xüsusi xidmət orqanlarının istefada olan zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da məsələyə bu prizmadan baxılmalı olduğunu bildirir.
O, "AzPolitika.info”-ya açıqlamasında DTX-nın belə bir məlumat yaymasının başadüşülən olduğunu bildirməklə yanaşı, sözügedən materialda qeyd olunan məsələlərin və adların ciddi şəkildə araşdırılmasını da zəruri hesab edir.
İ.İsmayıl, belə məxfi materialın ələ keçirilərək yaymasının mümkünlüyü ehtimalına dair sualımıza cavab olaraq bildirdi ki, bu, çətin olsa sa, mümkünsüz deyil: “Əvvəla onu deyim ki, Rusiya Baş Kəşfiyyat İdarəsinə məxsus olan informasiyalara çıxışda həddindən artıq məxfilik mərhələləri var. Bu məlumatların sızdırılması çox çətindir. Amma burada qarşıya qoyulan məqsədləri aydınlaşdıranda, məram tamamilə uyğun gəlir. Çünki Baş Kəşfiyyat İdarəsi, əsasən, QHT, media istiqamətində işləyir, müxtəlif ölkələrdə Rusiyaya meyilliləri seçib öz işlərinə cəlb edir. Bu, onların əsas fəaliyyət istiqamətlərindən biri olduğuna görə, Azərbaycanda da, Gürcüstanda da kimlərləsə əlaqə yaratmaq istəmələri və ya yaratmaları mümkündür. Müəmmalı qalan məsələ informasiyanın sızdırılmasıdır...”
İlham İsmayılın fikrincə, bu da iki variantda ola bilər: “Əməkdaşlar arasında ixtilaf baş verir, biri digərini zərbə altında qoymağa çalışır. Fikir vermisinizsə, yayılan məlumatlarda iki nəfərin adı çəkilir. İkinci variant odur ki, regionda maraqları olan başqa xüsusi xidmət orqanları bu məlumatları ələ keçirib, yayır. Rusların bu informasiyaları qəsdən sızdırmaları ehtimalını ciddi hesab etmirəm. Mən siyahıda çəkilən adlara, onların çalışdıqları sektorlara baxıram, tamamilə Baş Kəşfiyyat İdarəsinin işinə, məqsədlərinə uyğun gəlir. Yəni, hədəflər doğru seçilmiş kimi görünür...”
İ.İsmayıl adıçəkilən saytda postsovet məkanında Rusiya kəşfiyyatının fəaliyyətinə dair materialların yayılmasını həm də bu ölkənin məxfi əməllərinin ifşası kimi də dəyərləndirilə biləcəyini vurğulayır: “Burada başqa dövlətlərin kəşfiyyat xidmətinin maraqları və imkanları olduğu da istisna deyil. Yəni, Rusiya ilə maraqları üst-üstə düşməyən kəşfiyyat orqanlarından söhbət gedir. Məsələn, ABŞ-ın, İsrailin, Türkiyənin və digər Qərb ölkələrinin maraqları ola bilər. Onlar bu məlumatları yaya bilərlər ki, məsələn, Azərbaycanda rusiyayönümlü insanların olması səbəbsiz deyil. Bu, Rusiya kəşfiyyatının kimlərinsə vasitəsilə cəmiyyətdə apardığı işin nəticəsidir.”
İ.İsmayılın fikrincə, media və vətəndaş cəmiyyətində çalışanların Rusiya kəşfiyyatına xidmətləri də, əsasən, bu istiqamətdə ola bilər: “Əlbəttə, onlar məxfi informasiya daşıyıcıları deyillər. Bu sfera tamamilə başqadır. Media və vətəndaş cəmiyyətində çalışanların üzərinə qoyulan vəzifə isə, cəmiyyəti rusiyayönümlü etməkdir... Vətəndaş cəmiyyətində Rusiyaya məhəbbət yaratmaq, onu bütövlükdə cəmiyyətə aşılamaq və başqalarını qəbul etməmək. Bu da elə Vətənə xəyanət kimi bir şeydir. Məşhur "beşinci kolon" deyirik, onlar elə belə insanlardır. "Beşinci kolon" o demək deyil ki, kiməsə informasiya daşısın. Sən öz jurnalist, QHT fəaliyyətinlə Rusiyanı, onun dilini, mədəniyyətini təbliğ elə, Qərbi, xüsusən Türkiyəni qəbul etmə, birbaşa və ya dolayı yollarla əleyhinə iş apar...”
Təhlükəsizlik zabitinin fikrincə, buna görə də məsələyə ciddi yanaşılmalıdır: “Mən demirəm ki, onların hamısını çağırıb sorğu-sual etməlidirlər. Hərçənd ki, lazım gəlsə, bunu da edə bilərlər. Hətta yayılan məlumat dezinformasiya olsa belə, bu istiqamətdə işin aparıldığı ortadadır. Bu qədər adam adları çəkilir. Siyahıdakı 5-10 nəfər barədə nəsə demək çətindir, yerdə qalanların hamısı birmənalı rusiyayönlü fəaliyyət göstərən insanlardır. Onların fəaliyyətinə ciddi nəzarət olmalıdır. Vacib deyil ki, güc strukturları əməliyyat keçirsin, elə media adları çəkilən adamların fəaliyyətini monitorinq etsin, jurnalist tədqiqatları aparılsın. Baxsınlar, onların fəaliyyətində nə dərəcədə rusiyayönümlülük və anti-Qərb mövqeyi var. Bütün hallarda, bu, çox ciddi məsələdir, bu fəaliyyətlərin qarşısı alınmalıdır. Bundan əlavə, dövlətin öz proqramı olmalıdır. Amma təəssüf ki, bəzi dövlət orqanlarının da fəaliyyətində rusiyayönümlülük müşahidə olunur. Rusiyanın ali məktəblərinin filialları, rusdilli məktəblər açılır. Bax, indi baş verənlər də məhz rusdilli məktəblərin nəticəsidir...”
Bu cür əməkdaşlıqların hansı əsaslar üzərində qurulduğuna dair sualımıza cavab olaraq İ.İsmayıl bildirdi: “Məsələn, QHT-lər xaricdən maliyyələşdirilə, onlara konkret mövzular verilə bilər. Yadınıza salın, Primakovun yubileyi Bakıda necə keçirildi? Bakı Slavyan Universiteti faktiki olaraq Rusiya üçün münbit agentura mənbəyidir. Ola bilsin, vəsait ayrılıb, yaxud, başqa qarşılıqlı fəaliyyətin nəticəsində bu işlər görülüb. Bir daha qeyd edim ki, onların fəaliyyəti hansısa məxfi informasiyalar toplamaqdan ibarət deyil. Cəlb edirlər, hərdən görüşürlər, ola bilsin, onları heç "verbovka" edib, ləqəb də seçmirlər. Sadəcə, maliyyə alıb onların xəttini yeridirlər. Bu xətt də rusiyayönümlülüyü təbliğ etməkdən ibarətdir”.
İ.İsmayılın fikrincə, bu cür fəaliyyətin çox böyük mənfi nəticələri olur: “Məsələn, görülən işlərin nəticəsi olaraq insanlar arxa planı fikirləşmədən rusdilli məktəbləri seçirlər, Rusiyaya meyl göstərirlər. Türkiyəni qəbul etmirlər, aşağılayırlar, Qərbi düşmən bilirlər və s. Bunların bir qismi sovetdən qalanlar olsa da, təəssüf ki, bir hissəsi də yeni nəslin nümayəndələridir.”
Bu siyahının Türkiyə-Azərbaycan münasibətlərində önəmli yaxınlaşmanın baş verdiyi, iki ölkə arasında hərbi təlimlərin keçirildiyi, Media Platformasının yaradılmasının razılaşdırıldığı bir vaxtda ortaya çıxması təsadüfdürmü?
Bu suala cavab olaraq İ.İsmayıl qeyd etdi ki, bu məlumatların ortaya çıxmasında başqa maraqlı xüsusi xidmət orqanlarının rolu ola bilər: “Yenə deyirəm, hətta dezinformasiya da olsa, onun kifayət qədər əsasları var.”
İ.İsmayıl daim imperiya maraqlarından çıxış edən Rusiyanın dövlət strukturlarında, siyasi partiyalarda və başqa sahələrdə agentura şəbəkəsi qurmağa çalışmasını, kimlərləsə əməkdaşlıq etdiyini istisna etmir: “Agenturaların fəaliyyəti müxtəlifdir. Birindən hərbi sirlərə aid məlumatlar istəyirlər, başqasına cəmiyyətin əhval-ruhiyyəsini öyrənmək tapşırılır, digərindən etnik münasibətləri qızışdırmaq tələb edirlər və s. Burada isə məqsəd cəmiyyətdə Rusiyaya məhəbbət oyatmaq, Qərbə, Türkiyəyə nifrət yaratmaqdır. İlk baxışdan, bəlkə də, zərərsiz görsənir. Amma bunun ölkəmizə çox böyük zərərləri var...”
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2020, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
İlham İsmayıl: “Media və vətəndaş cəmiyyətində çalışanların üzərinə qoyulan vəzifə cəmiyyəti rusiyayönümlü etməkdir...”
“Bakı Slavyan Universiteti faktiki olaraq Rusiya üçün münbit agentura mənbəyidir”
Rusiya kəşfiyyat orqanlarının Cənubi Qafqaz ölkələrindəki fəaliyyəti, qurduğu agentura şəbəkəsi ilə bağlı dossier.center (https://dossier.center) saytında yerləşdirilən materiallar Azərbaycan cəmiyyətində geniş rezonans doğurub.Materiallarda Rusiya Prezidentinin xarici ölkələrlə bölgələrarası və mədəni əlaqələrinə rəhbərlik edən kəşfiyyat generalı Vladimir Çernova məxsus sənədlərin arasından əldə edildiyi iddia olunan və Moskvanın Azərbaycandakı “yumşaq gücü” kimi xarakterizə edilən 76 nəfərlik siyahı da yayımlanıb.

Müəllif :
Fuad
Tarix:21-09-2020, 14:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26