Alimenti ödəməyən həbs edilirsə, uşaqpulu niyə ödənilmir?
Ümumiyyətlə, əvvəlki parlament və hökumət nümayəndələrinin ölkəmiz üçün həll edilmədən miras qoyub getdikləri bir sıra ciddi problemlər vardır ki, onların bir çoxu hazırda da “domokl qılıncı” kimi dövlət və vətəndaş münasibətlərinin başı üzərində durmaqdadır. Bu problemlərdən bəzilərinin yaranmasına və geniş vüsət almasına bilərəkdən şərait yaradılması ehtimalları da istisna deyil. Hər bir halda bütün dövrlərin prioritet problemləri olur və onların həllində məsul olan şəxslər və qurumlar fəaliyyət göstərir. Haqqında danışdığımız problemlərin yaranmasının və ya yaradılmasının hansı dövrə aid olmasından asılı olmayaraq hazırkı dönəmdə mövcud olduqlarına görə, elə hazırkı hökumətin də həll etməli olduğu ən vacib məsələlər hesab olunmalıdır.
Bu gün ölkəmizdə uzun illər ərzində formalaşmış və həllini tapmadığı müddətcə ölkə vətəndaşlarının haqlı narazılığına səbəb olan ən ciddi problemlərdən biri də “uşaqpulu” problemidir. Təbii ki, indiyə qədər həllinə qovuşmayan bu problemlə bağlı cəmiyyətimizdə müxtəlif səviyyələrdə müzakirələr aparılsa da, bu mövzu sadə Azərbaycan vətəndaşının gündəlik müzakirə rasionundan düşmək bilmir. Məhz uşaqlarının maddi ehtiyaclarını qarşılamaq baxımından “uşaqpulu”na ciddi ehtiyac duyan vətəndaşlarımızdan savayı, bu mövzunu zaman-zaman gündəmə gətirməkdə müxtəlif alt məqsədlər də olmamış deyildir. Kimlərsə bu mövzu ilə gündəmi dəyişmək, bəziləri deputat olmaq, bir çoxları uzun illər ərzində cəmiyyətdə barələrində formalaşmış mənfi ictimai rəyi dəyişməyə cəhd etmək və hətta müəyyən qüvvələr də dövlətlə xalq arasında gərginlik yaratmaq niyyətində olublar. Hər bir halda, dövlətimizin və dövlətçiliyimizin gələcəyinin təminatı olacaq Azərbaycan uşağının haqqı olan pulu verməklə bağlı çox təəssüflər olsun ki, bu günə qədər real bir iş görülməyib. Ölkədə hazırda mövcud olan nəzəri və praktiki vəziyyətə görə, uşağının saxlanılmasına görə alimenti ödəyə bilməyən valideyni həbs edən hökumət, özü “uşaqpulu”nu vermir.
Uzun illər ərzində sosial təminat sahəsində ölkə qanunvericiliyi ilə bağlı həm qanunvericilik orqanına, həm də icra hakimiyyətinə aid məsul şəxslər tərəfindən kifayət qədər pafoslu çıxışlar edilmiş, zəngin proqramlar hazırlanmış, çoxlu vədlər verilmiş və bir sıra qanunlar da qəbul edilmişdir. Ancaq bu günümüzün acı reallığı ondan ibarətdir ki, nəticə yoxdur və hansısa şəxslərin səhlənkarlığı, etinasızlığı, laqeydliyi və ya qanunsuzluğu nəticəsində dövlətinin vətəndaşı olmaq istiqamətində ilk addımlarını atmaqda olan hər bir insanımız özünün ən vacib hüquqlarından məhrum olmaqdadır.
Əslində “uşaqpulu” ifadə olaraq çox da ciddi səslənməsə də, özlüyündə çox böyük anlam kəsb edən məfhumdur. Bu məfhum dövlətin qucağına aldığı vətəndaşına körpəlikdən olaraq göstərməli olduğu ilk qayğı, nəvaziş və sevgidir ki, bununla da onlar arasında heç vaxt qırılmayacaq dərin bağlar formalaşır. Bu prosesin normal gedişatının hansısa səbəblərdən pozulmasının gələcəkdə mövcud olacaq dövlət vətəndaş münasibətlərində qabaqcadan müəyyən çatların yaranmasına səbəb olması ehtimalını yüksəldir.
Düşünürəm ki, hazırda ölkədə ümumi olaraq ciddi dəyişikliklər vardır ki, mövcud idarəetmə iqlimi bir çox digər məsələlərlə yanaşı uzun illər ərzində formalaşmış “uşaqpulu” probleminin də həllində müsbət dəyişikliklərin olacağına ümidlər verir. Bu məsələdə optimist düşünməyə əsas verən faktorlar, təkcə ölkədəki kadr dəyişikliklərinin miqyası ilə bağlı deyil, həm də yenilənmiş kadr korpusunun tərkibini xarakterizə edən amillərlə də bağlıdır. Belə ki, son dövrlərdə formalaşdırılmış qanunvericilik və icra hakimiyyətlərinə aid sahələri təmsil edən kadrların böyük əksəriyyəti, əvvəlki dövrlərdə olduğu kimi oliqarx məmurlardan ibarət deyil. “Uşaqpulu” kimi minimum təminat məbləğlərinin mövcudluğunda heç bir maraqları olmayan əvvəlki oliqarx məmurlardan fərqli olaraq, hazırkı idarəetmə korpusunun bir çoxunun ya özlərinin, ya da yaxın ətraflarındakılarının nə vaxtsa bilavasitə həmin problemlə qarşılaşdıqları şübhəsizdir. İstənilən məsələdə olduğu kimi, bu məsələdə də o aksiom keçərlidir ki, hər bir problemi daha çox yaşayan onun həlli yollarını axtarmaq və tapmaq marağında və iqtidarında olur.
Bütün bunları nəzərə alıb düşünürəm ki, hazırkı yeni Milli Məclisin üzvlərinin və hökumətin müvafiq sahəyə aid olan nümayəndələrinin, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə bu məsələdə çox böyük məsuliyyət yükü düşür. Sələflərinin miras qoyub getdikləri bu cür ölkə əhəmiyyətli problemlərin həlli istiqamətində sadəcə nəzəri deyil, real praktiki addımların atılmasının zamanı artıq çoxdan yetişib. Onu da nəzərə almaq lazımdır ki, məhz bu problemin həlli məqsədilə “ünvanlı sosial yardım” praktikasından istifadə edilməsi təcrübəsinin də, özünü müxtəlif səbəblərdən doğrultmadığı müəyyənləşdi. Bununla bağlı sui-istifadə imkanlarına yol verilməsinə münbit şəraitin yarandığını, bir çox məqamlarda şəxsi maraqlar üzündən həmin yardımları almağa daha çox hüququ olanların əvəzinə digər şəxslərin almasını və digər bu kimi neqativ halların baş veridiyini qeyd etmək lazımdır.
Düşünürəm ki, uzun illər ərzində bu problemin daha rahat həlli üçün ölkəmizdə həm iqtisadi, həm də digər vacib məqamlar baxımından münbit şəraitin olmasına baxmayaraq, hazırda eyni vəziyyətin olduğunu iddia etmək yanlışdır. Bu baxımdan da, ümumi yanaşma kimi, hazırkı mövcud çətinlikləri nəzərə alıb ilk öncə, ölkə əhalisinin müvafiq kateqoriyalarının ehtiyac meyarlarını nəzərə alaraq bu prosesin mərhələli şəkildə həyata keçirilməsini mümkün hesab edirəm. İlkin olaraq bu məsələdə müvafiq sahə üzrə mütəxəssislərin prosesə cəlb olunması və dünya ölkələrində bu sahədəki analoji təcrübələrin öyrənilməsi kimi ilkin addımları təxirə salmadan atmaq lazımdır.
Hər bir halda, real addımların atılmasının və konkret nəticələrin ortaya qoyulmasının zəruri olduğunu düşünürəm. Çünki xalqımız Parlament və hökumət nümayəndələrindən fərqli olaraq vəd vermir! Real olaraq səsini verir və etimadını göstərir! Artıq real addım ataraq, göstərilən etimadı doğrultmaq üçün sıra Sizdədir, Cənablar!
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2020, 14:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-09-2020, 14:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25