28 yaşlı qız əməliyyatdan sonra öldü - PROKURORLUQ CİNAYƏT İŞİ AÇDI

Sentyabrın 23-ü saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə Rayon Prokurorluğundan bildiriblər ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə yumurtalığın boğulmuş kistası diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında kistanın çıxarılması cərrahi əməliyyatı olunduqdan sonra ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-09-2020, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-09-2020, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:36
Bu gün, 10:45
Bu gün, 09:49
Dünən, 10:04
Dünən, 10:03
18-02-2025, 14:50

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma