Erməni bloger Şuşanın vurulmasına görə Paşinyanı ittiham etdi
Erməni bloger Tiqran Köçəryan Şuşada məhv edilən erməni polislərindən yazıb.
O, öz bloqunda oktyabrın 5-də paylaşdığı “Mən daha susmayacağam” başlıqlı yazısında Ermənistan hakimiyyətinin hansısa bilinməyən səbəblərdən polisləri sözügedən binaya topladığını qeyd edib. Bildirib ki, toplantı anında bina Azərbaycan Silahlı Qüvvələrinin atdığı mərmi nəticəsində tamam dağılıb, polislər arasında böyük sayda itki olub. Erməni blogerin yazdığına görə, bu hadisədən cəmi 7 polis müxtəlif yaralar alaraq canını qurtarıb: “Hamısı peşəkar adamlar idi. Onlar heç döyüşlərdə iştirk edə bilmədilər, hamısı birdən ölüb, meyitləri tanınmaz hala düşüb. Yalnız möcüzə nəticəsində 7 nəfər sağ qalıb ki, onlar da yaralıdırlar. Ermənistan hakimiyyəti onların ailələrinə nə cavab verəcək?”.
T.Köçəryan yazıb ki, erməni polislərinin ölümünə görə məsuliyyəti Ermənistanın hakimiyyəti, o cümlədən daxili işlər nazirliyi, şəxsən Sarkisyan daşıyır. Blogerin sözlərinə görə, hərbi hədəflərin vurulduğu bir vaxtda döyüş qabiliyyətli, uzun müddətdir daxili işlər orqanlarında xidmət edən polisləri Şuşadakı hərbi təyinatlı binaya toplamaq, onları hədəfə çevirmək, qırğına vermək məqsədli xarakter daşıyıb.
T.Köçəryan cəbhədəki uğursuzluqlara görə erməni komandirlərin cəzalandırılmasına da etiraz edib: “Mən Ermənistan hakimiyyətindən soruşmaq istəyirəm. Nə üçün cəbhənin cənub istiqamətindəki uğursuzluğa, məğlubiyyətə görə hərbi hissə komandirləri cəzalandırılır? Onların günahı nədir?”.
T.Köçəryan Ermənistan ordusundakı ayrıseçkiliyi, yerlibazlığı, Qarabağ klanı təmsilçilərinin Nikol Paşinyan hökuməti üzvləri tərəfindən qəbul edilmədiyini də dilə gətirib. Bildirib ki, Qarabağ ərazisindəki hərbi hissə komandirlərinin cəzalandırılması da məhz buradan qaynaqlanır.
T.Köçəryanın yazdıqlarından belə məlum olur ki, Paşinyan hakimiyyəti öz uğursuzluğunu erməni hərbçilərin üzərinə atır, onları cəzalandırmaqla özünü mühakimə olunmaqdan yayındırır.
Erməni bloger sonda qeyd edib ki, Paşinyan hakimiyyətinə Arqişti və Armen kimi sözəbaxan peşkalar lazımdır. Onlar əvvəlki hakimiyyəti təqib edən şəxslərlə işləməyə daha çox meyllidirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-10-2020, 10:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-10-2020, 10:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25