Mingəçevirə atılan raketin qalıqları - FOTO + VİDEO
Düşmənin silahlı qüvvələrinin gecə saatlarında Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Oxu.az-ın hadisə yerində olan əməkdaşları düşmənin məhv edilən raketin qalıqlarının görüntülərini təqdim edir: