Dövlət Televizyası diktorlarla bağlı məsələyə münasibət bildirib
Azərbaycan Televizya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) vaxtı ilə qurumda çalışmış tanınmış diktorların televizyaya qayıtması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Dövlət televizyasının Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov “Report”un sorğusuna cavab olaraq uzun müddət dövlət televizyasında çalışmış təcrübəli diktorların yenidən televiziyaya qayıtmasının sosial mediada geniş müzakirəyə səbəb olması, ictimaiyyətin sözügedən təşəbbüsü təqdir etməsini xatırladaraq bildirib ki, atılan bu addım AzTV-nin hələ də öz tarixinə, peşəkar ənənələrə sadiq qaldığını nümayiş etdirir.
Televiziya rəsmisi qeyd edib ki, millilik, milli dəyər və prinsiplər üzərində qurulan bu yol bundan sonra da davam etdiriləcək: “Lakin təəssüf ki, bəzi şəxslər hər zaman olduğu kimi bu məsələni də başqa aspektdən təhlil etməyə üstünlük verdilər. Belə ki, söhbət bəzi xəbər saytlarının yaydığı kimi diktorların işə çağırılmasından və ya onların işə götürülməsindən, efirə çıxarılmasından getmir. Qeyd etdiyimiz kimi, məsələ ilk növbədə diktorlarımızın televiziya ilə sıx əlaqəsinə nail olmaq, onların zəngin təcrübəsindən faydalanmaq, ən nəhayət, onlara diqqət və qayğı göstərməkdir. Ömürlərini yaradıcılığa, diktorluğa həsr etmiş bu insanlar televiziya ilə yaşayır. Onların bəzilərinin AzTV-dən kənar qalması, incik düşməsi yolverilməz idi. Efir məsələsinə gəlincə, bəzi diktorlarımız bu gün də AzTV, Mədəniyyət, İdman Azərbaycan kanallarında və radiosunda çalışır, verilişlər aparır və onların müəllifi, aparıcısı olduğu verilişlər bu gün də sevilir, geniş ictimaiyyət tərəfindən qəbul olunur, o cümlədən təqdir edilir. Bir sözlə, söhbət, bir daha qeyd edək ki, kiminsə işə götürülməsindən, işə çağırılmasından və ya efirə çıxarılmasından deyil, sağlam münasibət, sağlam əməkdaşlıq və zəngin təcrübədən faydalanmaqdan gedir. Təbii ki, yeni layihə də istisna deyil. Odur ki, diktorlarla görüşdə yeni layihənin də müzakirəsi aparılıb. Hələlik detallar barədə açıqlama vermək istəməzdik, amma onu deyə bilərik ki, yeni mövsümdən tamaşaçılar qocaman diktorlarımızın aparıcılığı və iştirakı ilə tam fərqli, tarixlə müasirliyin sintezindən ibarət maraqlı veriliş izləmək imkanı əldə edəcəklər. Söhbət xəbər və ya analitik xarakterli verilişdən deyil, səmimi mövzular üzərində qurulan layihədən gedir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-05-2019, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-05-2019, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39