ERMƏNİSTAN HEÇ İKİ HƏFTƏ TAB GƏTİRƏ BİLMƏDİ! – “Problemi güc yolu ilə həll etməyə yaxınıq”
Oktyabrın 15-i işğal olunmuş torpaqların azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatların 18-ci günü idi.
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı vaxtaşırı məlumatlar yayır. Xəbərlərdən məlum olur ki, oktyabrın 9-da Moskvada Rusiyanın təşəbbüsü ilə əldə olunmuş humanitar atəşkəs razılaşmasına Ermənistan əməl etmir. Nazirliyin sonuncu informasiyasında bildirilir ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Düşmən bu qədər itkiləri əldən verdiyi strateji döyüş mövqelərini əks-hücumla geri almağa çalışarkən verib. Prezident İlham Əliyev də Fransanın nüfuzlu “Frans-24” telekanalına müsahibəsində bu barədə məlumat verib. Sitat: “Onlar azad edilmiş əraziləri, xüsusilə Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mən Ermənistan hökumətinə və həmçinin erməni xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq”.
Müharibənin 18 gününün nəticələrini təhlil edərkən mübağiləsiz Ermənistan üçün faciəli vəziyyətin yarandığı açıq-aydın görünür. Faktlara diqqət yetirsək, cəmi yarım ayda Azərbaycan Ordusu düşmənin müdafiə xəttini bir neçə istiqamətdə darmadağın edərək 50-dən artıq kənd və şəhərləri, strateji hərbi əhəmiyyətli yüksəklikləri azad edib, erməni qüvvələrini silah, yanacaq, ərzaqla təmin edən mühüm yollara nəzarəti ələ keçirib. Hərbi mənbələrdən sızan bilgilərə görə, ordumuz Füzulu şəhərini, Ağdərə, Xocavənd, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını işğaldan azad etmək üçün əlverişli yüksəkliklərə, digər strateji əhəmiyyətli döyüş mövqelərinə sahibdir.
Erməni ordusu bu müddətdə minlərlə hərbçisini (müxtəlif mənbələrə görə 7 mindən artıq ölü, 10 mindən çox yaralı) itirib. Döyüş meydanında vurulan tankların, artilleriya qurğularının, zenit-raket komplekslərinin, topların, hərbi təyinatlı başqa nəqliyyat vasitələrinin sayı isə hətta ABŞ, Hindistan, Rusiya kimi ölkələrin hərbi rəhbərliklərini heyrətə salıb. Prezident İlham Əliyev xarici mediaya müsahibəsində düşmənin 1 milyard dollardan çox dəyəri olan texnika itirdiyini açıqlayıb. Əcnəbi hərbi ekspertlərin qiymətləndirmələrinə görə, Ermənistan ordusu malik olduğu hərbi texnikanın azı üçdə birini itirib. Bu, kiçik bir ordu üçün dəhşətli rəqəmlərdir və döyüşlərin davamında onun miqyasının daha da artacağı şübhə doğurmur. Elə Prezident İlham Əliyev də Türkiyə televiziyasına müsahibəsində qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqlardan çıxmasa, onun bütün ordusu məhv ediləcək. İki gün əvvəl Gəncəyə raket atan strateji hücum silahlarının Ermənistan ərazisində aşkar edilərək məhv edilməsi isə Prezidentin bu mesajının reallıqları dəqiq ifadə etdiyini göstərdi.
Politoloq Elxan Şahinoğlu da “AzPolitika.info”-ya cəbhədəki vəziyyəti şərh edərkən bildirib ki, ordumuz düşmənin müdafiə xəttini yarıb, əvvəlki cəbhə xətti artıq yoxdur, biz irəliləməkdə davam edəcəyik: “Erməni tərəfinin etirazları ondan xəbər verir ki, müharibəni davam etdirməyə resursları çatmır. Paşinyanın, separatçı Araik Arutunyanın dediklərindən belə məlum olur ki, öz cəmiyyətlərini müharibəni dayandıra biləcəklərinə hazırlayırlar”.
Ekspert deyir ki, Moskva görüşünün Azərbaycan üçün heç bir əhəmiyyəti olmadı. “Dövlət başçısı qətiyyətli siyasətini davam etdirir, sona qədər getməliyik və gedəcəyik. Şəhidlərimiz var, onların qanı yerdə qalmamalıdır. Problemi güc yolu ilə həll etməyə yaxınıq. Nə danışıqlar, nə də atəşkəs bizim maraqlarımıza cavab vermir. Rusiya bizə təzyiq edəcəksə, qarşısında Türkiyəni görəcək. Bu da bizim üçün çox önəmli amildir”, - E.Şahinoğlu vurğulayıb.
Sentyabrın 27-dən keçən müddətdə Paşinyan iqtidarının ölkədə malik olduğu siyasi güc, əhali arasında qazandığı nüfuzu sürətlə əriyib. Hakim komandada böhran əlamətləri artıq özünü göstərir. Milli Təhlükəszilik Xidməti rəhbərinin xəyanət ittihamı ilə vəzifədən qovulması, səhra komandirləri arasında populyar olan “bizi satıblar, ət maşınına girməyin mənası yoxdur” kimi xəbərlər, ölkənin müxtəlif yerlərində iqtidara qarşı baş qaldıran etirazlar Paşinyan iqtidarının labüd süqutunun uzaqda olmadığını göstərir.
Cəmi 3 həftə ərzində məlum oldu ki, erməni lobbisinin güclü dəstəyi, ermənipərəst ölkələrin Ermənistana arxa çıxacağı, habelə inqilabdan sonra formalaşdırılan yarı demokratik imic barədə şüarlar mifdən başqa bir şey deyil. Ermənistan işğalçı dövlətdir, Azərbaycanın dünya birliyi tərəfindən qəbul olunmuş ərazilərini, o cümlədən Dağlıq Qarabağı ələ keçirib nəzarətdə saxlayır. Beynəlxalq hüquqa həqarət olan bu faktlar qarşısında Ermənistanın dünyadan ciddi beynəlxalq dəstək alması mümkün deyildi. Hadisələrin gedişinə bu reallıq bir daha təsdiqləndi – Paşinyanın, İlham Əliyev demişkən, bircə zəng etmədiyi şamanlar qaldı. Bütün cəhdlərinə rəğmən, Azərbaycana qarşı güclü beynəlxalq təzyiq formalaşdıra bilmədi. Hətta Ermənistanın strateji mütəfiqi Rusiyanın prezidenti Vladimir Putin də döyüşlərin Azərbaycan ərazilərində getdiyini etiraf etməli oldu.
Müharibənin cəmi iki həftəsində Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Koronavirus pandemiyasından yarımcan olan ölkənin uzun müddət bahalı müharibə aparmaq iqtidarında olmadığı əvvəldən məlum idi. BBC radiosunun araşdırmasına görə, ilin ilk yarısında Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskindir, buna əsas səbəb isə dövlət borcunun kəskin artmasıdır. “Dağlıq Qarabağda Azərbaycanla münaqişənin yenidən alovlanması iqtisadiyyatı daha da çətin duruma salıb. Türk Erməni Biznes İnkişafı Şurasının həmsədri Kaan Soyakın söylədiyinə görə, toqquşmalar başlandıqdan sonra Ermənistanda bizneslər və banklar dayanma nöqtəsinə yaxınlaşıb. Soyakın fikrincə, toqquşmalar davam edərsə, malların daşınmasında çətinliklər dərinləşə və iflaslar baş verə bilər”, - deyə materialda qeyd olunur.
Onu da xatırladaq ki, bu il Ermənistan iqtisadiyyatı 13 faizə yaxın geriləyib, ölkənin valyuta ehtiyatları cəmi 1.5 milyard, xarici borcu isə 9 milyard dollara yaxındır. Belə bir vəziyyətdə Ermənistan qat-qat güclü Azərbaycan qarşısında nə qədər tab gətirə bilər? Yəqin, qısa müddətdə anlayacaqlar: 50 milyard dollarlıq strateji valyuta ehtiyatına, sabit neft gəlirlərinə, 4 milyard manata yaxın hərbi büdcəyə, 48 milyard dollarlıq ÜDM-ə, 10 milyonluq əhaliyə, yaxşı silahlanmış, xalq tərəfindən yumruq kimi dəstəklənən nizami orduya sahib ölkə ilə döyüşməyin heç bir perspektivi yoxdur. Özü də bu ölkə NATO-nun ikinci ordusuna sahib, regionda nüfuzlu Türkiyə tərəfindən birmənalı dəstəklənir, Ankaranın havada yellənən yumruğunun qorxusundan heç kim Ermənistana dəstək durmayacaq.
Azərbaycanın resursları imkan verir ki, bu döyüşü, bir il də, beş il də eyni templə apara bilsin. Nəzərə alaq ki, ilk həftə Azərbaycan Silahlı Qüvvələri üçün nisbətən çətin keçib. Çünki düşmənin 30 illik müdafiə xətlərinin sıradan çıxarılması vaxt aparıb, sonrakı günlərdə ordunun sürətli hərəkətinə heç bir maneə qalmayıb. Humanitar atəşkəs razılaşması Ermənistan üçün bir şansdır, əlbəttə, ondan düzgün istifadə edib, Azərbaycanın tələb etdiyi şərtlər əsasında torpaqları azad etməlidir. Əks təqdirdə, Ermənistanın bir dövlət kimi süqutu qaçılmaz olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-10-2020, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-10-2020, 09:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Bu gün, 11:29