Dünya liderlərinin ölüm səbəbi sizə şoka salacaq: Edam, zəhərlənmə, intihar...
Müdriklərdən biri demişdir ki, "Həyat müvəqqəti, ölüm isə əbədidir". Yaranışdan bu günə qədər yer üzündə nə qədər dahi insanlar olubsa, onların həyatı əzablı, keşməkeşli olub. Onlar ehtiyac içində yaşayıb kənardan təzyiqlərə məruz qalmalarına baxmayaraq, daim bəşəriyyətin gələcəyi naminə çalışıblar.
AZXEBER.COM dünyasını dəyişmiş dünya liderlərinin ölüm səbəbi ilə bağlı araşdırma aparıb.
Görkəmli sərkərdə, Fransa imperatoru Napoleon Bonapartın (1769-1821) ölümü ilə bağlı bir neçə variant var. Bəziləri onun zəhərləndiyini, bəziləri isə adadan qaçaraq uzun müddət başqa ad altında yaşadığına deyir. Həkimlərin diaqnozuna görə isə, Napoleon mədə xərçəngindən vəfat edib.
Uzun illər SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin (1879-1953) ölümünün sirləri hələ də müəmmalı qalır. Tarixi mənbələrdə Stalinin 1953-cü ilin martın 5-də beyninə qansızmadan vəfat etdiyi göstərilir. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya N.S.Xruşşov onun ölümünə göstəriş verib.
20-ci əsrin ən qanlı diktatorlarından biri olan Adolf Hitlerin (1889-1945) ölümü ilə bağlı arxiv materiallara nəzər salsaq, bir sıra təzadlara rast gələrik. İlk baxışdan cavab birmənalı və aydındır: dəlisov fürer və onun həyat yoldaşı Eva Braun 1945-ci ildə aprel ayının 30-da 15:30-da, İmperiya dəftərxanasında quraşdırılmış yeraltı bunkerdə intihar ediblər. Başqa bir versiyaya görə isə Hitler intihar etməyib. O Eva Braun və tərəfdaşları ilə mühasirəyə alınmış Berlindən Cənubi Amerikaya qaçıb və orada vəfat edib.
SSRİ-nin qurucularından olan Vladimir İliç Leninin (1870-1924) ölümü hələ də 20-ci əsrin sirrlərindən biri kimi qalmaqdadır. Stalinin Lenini zəhərləməsi versiyası təsdiqlənməsə də səngimək bilmir. Digər sənədlərdə isə Leninin ağır xəstəliyə tutularaq əlil arabasında əzabverici ağrılarla yaşayaraq 21 yanvar 1924-cü ildə beyninə qansızma nəticəsində öldüyü bildirilir.
Böyük Britaniyanın baş naziri, ingilis siyasi və dövlət xadimi Uinston Çörçillin(1874-1965) də ölümü maraq doğurub. O 80 yaşından depresiyyadan əziyyət çəkməyə başlayır və ruhi sarsıntılar keçirir. Ömrünün son 10 ilini tənha yaşamağa üstünlük verir. 1965-ci ilin yanvarın 24-də Çörçill ölümyatağında son sözləri belə olur: "Hər şey necə də cansıxıcıdır"
Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Paşa Atatürkün (1881-1938) ölümü ilə bağlı bəzi mənbələr masonlar tərəfindən sui-qəsd nəticəsində öldürüldüyünü qeyd etsə də, bu da təsdiqlənməyiib. O 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib.
Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəyə 12 günlük səyahətindən sonra vəfat edib. Özalın bir sui-qəsdə qurban getmiş ola biləcəyi ehtimalı da illərdir müzakirə edilir, ancaq bu fakt da təsdiqini tapmayıb.
Türkiyə Respublikasının 9-cu prezidenti, görkəmli siyasi xadimi Süleyman Dəmirəl(1924-2015) 91 yaşında uzun müddətdir müalicə olunduğu Ankara Güvən xəstəxanasında 2015-ci ilin 17 iyun tarixində saat 02:05-də ürək çatışmazlığı və tənəffüs yolları infeksiyası səbəbindən ölüb.
Kuba lideri Fidel Kastro (1926-2016) ömrünün son illərində xəstəliyi üzündən taqətdən düşüb. 25 noyabr 2016-ci ildə Kuba dövlət televiziyası Fidel Kastronun çoxlu orqan çatışmazlığından vəfat etdiyini bildirib.
Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi (1869-1948) 30 yanvar 1948-ci ildə Yeni Dehlidə yerləşən Birla evinin bağçasında gecə gəzintisi edərkən hindli bir radikal olan Nathuram Qodse tərəfindən sui-qəsd nəticəsində vurularaq öldürülüb.
ABŞ-ın 35-ci prezidenti Con Kennedi (1917-1963) snayper tüfəngindən açılan atəşlə 22 noyabr 1963-cü ildə qətlə yetrilib. Bu qətl 20-ci əsr Amerika tarixinin ən önəmli hadisələrindən biri olmaqla yanaşı, eyni zamanda əsrin ən müəmmalı sirri olaraq qalıb.
ABŞ-ın 16 –cı prezidenti Avraam Linkoln (1809-1865) ilk qətlə yetirilən ABŞ prezidentidir. 15 aprel 1865-ci ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib.
İraq tarixinin ən qalmaqallı lideri olan Səddam Hüseynin (1937-2006) həyatı maraqlı məqamlarla doludur.
O 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 - də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006 - cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir. 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam edilmişdir.
İnqilab lideri və uzun illər Liviyanın dövlət başçısı Muammer Qəddafinin (1942-2011) də aqibəti Səddam kimi olub.
Ölkədə baş verən müharibə zamanı Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və s. Liviya şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümidi olan Sirt şəhərinə soxuldular və Qəzzafini vəhşicəsinə öldürdülər.
Osmanlı imperiyasının 7-ci padşahı Fateh Sultan Mehmet (1432-1481) Üsküdarla Qəbzəarasında Maltəpə yaxınlığındakı ordugahında 3 may 1481-ci ildə vəfat edib. Ölüm səbəbi olaraq nikris xəstəliyi göstərilsə də, zəhərlənərək öldüyü də bəzi mənbələrdə göstərilir.
Görkəmli Monqol hökmdarı və sərkərdəsi Böyük Monqol İmperiyasının qurucusu Çingiz Xanın(1162-1227) ölüm səbəbi naməlum qalıb. 1226-cı ildə onun orduları Tanqut dövlətini mühasirəyə alır. Mühasirə zamanı Çingiz Xan qəflətən 11 avqust 1227-ci ildə vəfat edib. Ölüm səbəbi nəinki sərkərdələrdən həmçinin salnaməçilərdən də gizli saxlanılıb.
Roma imperatoru Qay Yuli Sezar (e.ə.100-cü il-e.ə. 44-cü il 15 mart) ən yaxın silahdaşı olan Brutun xəyanətinə uğrayaraq sui-qəsd nəticəsində öldürülüb. O ölüm anında bu sözləri deyib: "Sən də mi Brut"
Türk dünyasının ən məşhur sərkərdələrindən olan, "Avropanın imperatoru" titulunu qazanmış Hun İmperiyasının hökmdarı Atilla (406-453) toy gecəsi qanaxmadan(ağız və burnundan qan açılaraq) vəfat edib. Bəzi mənbələr bunun sui-qəsd olduğunu qeyd edir.
Makedoniyalı İsgəndər (e.ə.336-e.ə.323) ölümü ilə bağlı bir neçə versiya vardır. Bəzi mənbələrdə sui-qəsd bəzilərində isə zəhərlənmə malyariya və qarın yatalağı kimi xəstəliklər nəticəsində öldüyü bildirilir.
ABŞ-ın banilərindən biri olan görkəmli ictimai-siyasi xadim Bencamin Franklin (1706-1790) ağciyərlərində nəfəs darlığı və tənəffüs sistemi ağırlaşdığı üçün səhhəti pisləşir və 17 aprel 1790-cı ildə 84 yaşında vəfat edib.
Şah İsmayıl Xətai (23 iyun 1487, Ərdəbil – 23 may 1524, Ərdəbil) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.
Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində ABŞ-ın Klivlend Klinikasında 80 yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişib. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı,fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilir.
Son olaraq isə bu sözlərlə yazını bitirmək istərdim: Dahilər heç bir zaman ölmür.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2019, 20:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2019, 20:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08