"AYPARA" VƏ YA "QURD QAPANI" TAKTİKASI... - Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?
Türk ordularının tarixə damğa vurduğu döyüş üsulu indi Qarabağda, müharibə meydanında tətbiq olunur
Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd Azərbaycanın nəzarətindədir.
Sentyabrın 27-dən etibarən başlayan əks-hücum tədbirləri nəticəsində Zəngilan şəhəri də daxil olmaqla Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının kəndlərini işğaldan qurtaran ordumuz "Aypara" (Hilal) Taktikası və ya "Qurd Qapanı" taktikası ilə hərəkət edir.
Bu barədə çoxları deyir, yazır. Hər kəs üçün bu döyüş planının nədən ibarət olduğu maraqlıdır. Bu hücum üsulundan tarixdə çox istifadə edilib və hər biri də uğurlu alınıb. Tətbiq edilməsi elə də asan olmayan “Aypara”nın sonda uğurlu nəticələri olur. Bunu bu günlərdə canlı olaraq görürük.
“Aypara” taktikası, düşməni çevrələyərək yox etməyi məqsəd qoyan bir hərbi taktikadır və türk dövlətləri tərəfindən sıxlıqla istifadə edilir. Əsrlər öncə həmin dövrün silah gücünə görə bu üsul ordu üçün həddən artıq əlverişli hesab edilirdi.
Məsələn, ordu, döyüş anında mərkəz, sol və sağ tərəf olmaq üzrə üç hissəyə ayrılır. Mərkəz qüvvələri düşmənə hücum edir, bir müddət sonra hücum edən bu qüvvələr, bacarmayıb, məğlub olubmuş kimi davranır və düşmənə ox atmağa davam edərək geri çəkilirlər. Beləcə geri çəkilən əsgərlərin arxasından gələn düşmən, ordunun sağ və sol qismi tərəfindən tələ qurulan yerə çəkilir, “qapanın” içinə alınaraq məhv edilirdi.
Bu döyüş taktikasının da özünün xırda detalları var. Məsələn, “Aypara”nı təşkil edən sağ və sol tərəfdəki qüvvələr bir-birilərindən çox uzaq olmamaq şərti ilə məsafə saxlayırlar. Düşmən ilk zərbələri aldıqca qanadlarında yaranan boşluqlara da sürətli hücumlar edilir, onları mərkəzə yığılmağa məcbur edirlər. Beləcə plan baş tutur, düşmən mühasirəyə düşür.
Bu səbəbdən edilməsi olduqca çətin olmaqla birlikdə qəti nəticə verməsi ilə bilinən və türk ordularının tətbiq etdiyi, az qüvvələrlə yüksək saylı düşmənlərin yenilə biləcəyi bir taktikadır. Bu taktikadan dediyim kimi, tarixdə çox istifadə edilib.
Məsələn, Qay Yuli Sezar “Hilal”dan istifadə edib, amma ordusunun sürətli olmaması nəticəsində uğursuzluğa düçar olmuşdu. Çünki bu üsul kənardan asan görünsə də, xüsusi hərbi bacarıq və sürətli ordu tələb edir. Bu döyüş üsuluna “Turan Ordusu” taktikası da deyənlər var. Çünki tarixən türk orduları döyüşlərdə bu üsuldan yaxşı istifadə ediblər.
Bu döyüş strategiyasını tarixdə ən yaxşı şəkildə tətbiq etmiş yeganə azərbaycanlı sərkərdə Nadir şah Əfşar idi. Həmçinin, tarixdə taktikanın ən yaxşı tətbiq olunduğu döyüşlər bunlardır:
Malazgird döyüşü - Alp Arslan
Mohaç döyüşü (1526) - Sultan Süleyman Qanuni
Əsrlər keçsə də, bu taktika döyüşlərdə uğur qazandırır. Müasir dövrümüzdə də türk dövlətləri bu üsuldan istifadə edir. Məsələn, Türkiyə 2018-ci ildə “Zeytin Dalı” əməliyyatında “Hilal” taktikasından uğurla istifadə etmişdi.
Azərbaycan ordusu da “Aypara” strategiyasına yeni nəfəs gətirib. Çünki təkmilləşmiş silahlar, PUA-lar, müasir texnikalar da işə qarışdıqdan sonra “Aypara”nın gücü daha artır və nəticələr də göz önündədir.
Füzulinin işğaldan azad edilməsi də bu üsulla baş tutdu və hazırda ümumi gedişat bunu göstərir ki, “Hilal” taktikası 2020-ci ilə də öz damğasını vuracaq, daha bir türk dövləti bu strategiya ilə qalib gələcək.(musavat.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2020, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-10-2020, 11:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09