“Bizi qarşıda yoluxma sayında daha da artım gözləyir” - Yaqut Qarayeva
"Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Lakin hələ havalar soyumayıb, ona görə də, bunu hazırkı artımla bağlı səbəb kimi göstərə bilmərik. Görünür, başqa səbəblər də var, bəlkə də insanların sentyabr ayında “COVİD”ə yoluxma sayında azalmanın olmasına görə bir qədər rahatlanması bu nəticəyə gətirib çıxardı. Lakin bilməliyik ki, havalar hələ soyumayıb, bizi qarşıda yoluxma sayında daha da artım gözləyir".
Bunu AzTV-yə müsahibəsində TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, yanvar ayının sonlarından Operativ Qərargah xüsusi planlar hazırlamışdı. Bir çox rayonlarda modul tipli xəstəxanalar tikilib. Lakin hazırkı vəziyyətlə əlaqədar bir çox şey dəyişib: “Bizim kifayət qədər çarpayı ehtiyacımız var idi. Son hadisələrlə əlaqədar biz çarpayı fondumuzun bir hissəsini bəlli istiqamətdə istifadə edirik. Maraqlıyıq ki, tibb işçilərimiz də qüvvətli olsunlar, hazır vəziyyətdə olsunlar ki, hərbçilərimizə kömək eləsinlər. Xəstəlik insanın peşəsinə baxmır, tibb işçilərimiz də virusa yoluxa bilir. Bir çox bölgə xəstəxanalarımızda tibb işçiləri arasında da yoluxmalar artır. Bizdə əsas problem ağır xəstələr, yaşlılar, xroniki xəstəliyi olanlarla bağlıdır. Çünki onlara adi stasionar çarpayı yox, intensiv-terapiya çarpayısına ehtiyac var. Bu, o deməkdir ki, həmin xəstə azı 2 həftə orada müalicə olunur. Bu, ciddi problemdir”.
Y.Qarayeva bildirib ki, doğrudur, dövlət modul tipli xəstəxanalar tikib, yetərincə süni tənəffüs aparatları da gətirilib: “Amma bir resurs var ki, onu gətirmək çox çətindir. Bunlar tibb işçiləridir. Bir həkim reanimatoloq, həkim –pulmonoloqun yetişməsi üçün illər lazımdır. Ona görə də hər kəs diqqətli olmalıdır. Qaydalara əməl etməlidir. Hazırda reanimasiya bölümündə yatan 209 xəstə var. Onlardan 18 nəfəri süni tənəffüs aparatına qoşulub. Biz hər birimiz bunun məsuliyyətini hiss eləməliyik. Bizim stasionar çarpayı baxımından heç bir problemimiz yoxdur. Bütün həkimlər onlara nəzarət edə bilirlər, lakin süni tənəffüs cihazına qoşulan xəstəyə həkim reanimatoloq baxmalıdır. Mən xüsusən gənclərimizə müraciət edirəm. Onlar elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər. Lakin hər kəsin evində yaşlılar, xroniki xəstəliyi olanlar var. Ona görə də gənclər bu məsələyə diqqətli yanaşmalıdırlar. Kim ki ordumuza, qələbəmizə dəstək olmaq istəyir “COVİD”lə mübarizəyə qoşulsun. Çünki biz öz resurslarımızı bölmək məcburiyyətində qalırıq”.
Y.Qarayeva, həmçinin hazırda aparılan test sayından da danışıb: “Fevral ayında testləri aparan laboratoriyalarımızın sayı az idi. Lakin bu günə qədər TƏBİB-in nəzdində regionlarda laboratoriyalar açıldı. Hazırda 9 mindən çox test edirik və bundan da çox edə bilərik. Test sayı çox olarsa, aşkarlanma da çoxala bilər. Hər aşkarlanan pozitiv hadisə asimptomatik olsa belə, başqa insanlar üçün təhlükədir. Aşkarlayıb izolyasiya ediriksə, bu, xəstəliyin qarşısının alınmasında vacib addımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2020, 16:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-10-2020, 16:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25