Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - FOTO
Fransanın TF1 telekanalının dünən saat 20:00-da yayımlanan xəbərlərində yerli jurnalist Liseron Budulun Qarabağdakı cəbhə xəttindən reportajı efirə gedib.
Telekanalın xanım əməkdaşı Azərbaycan tərəfində olaraq cəbhədəki vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edib.
Həmin videoreportajda yerli əhalinin gecə vaxtı erməni raketlərindən qorunması üçün düzəltdikləri sığınacaqda gizlənməsi əks olunub. Həmçinin Gəncədə mülki əhalinin həlak olması, şəhərin infrastrukturuna dəyən zərər vurğulanıb. Cəbhə xəttində isə hərbçilərimizin işğal olunmuş torpaqlarımızı qaytaracağı və düşmənin hərbi texnikalarını qoyub qaçması barədə fikirləri yer alıb.
Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxarıb.
Ona görə də TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan dörd dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı və jurnalist haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər.
Fransa Erməni Təşkilatları Şurasının həmsədri Murad “Frank” Papazyan hətta daha da irəli gedərək TF1-ə qarşı kütləvi etiraza çağırış edib. Təkliflər səslənib ki, telekanal boykot edilsin, qarşısında mitinq keçirilsin. Hətta sosial şəbəkədə jurnalisti öldürməyi təklif edənlər də olub. Ermənilərin kütləvi təhdidindən sonra TF1 reportajın linkini öz saytından silib. Bununla belə, telekanala qarşı etirazlar davam edir.
Məsələn, Valeri Terziyan adlı şəxs qorxunc, terrorçulara xas bir fikir irəli sürüb:
“TF1 telekanalının vəzifəli şəxslərinin bir neçəsinin başının kəsilməsindən sonra onlar bu barədə daha aydın və daha yaxşı fikirləşəcəklər”.
David Karpentye isə “Biz ASALA-nın ehtiyaclarını bilirik” deyərək daha bir ölüm hədəsi ilə yadda qalıb.
Biz sizə sosial şəbəkədə yer alan həmin təhqiramiz çıxışları fotofakt olaraq təqdim edirik. Lakin bildirmək istəyirik ki, Fransada erməni lobbisinin güclü olması və mediaya təzyiqi onsuz da çoxlarımıza bəllidir. Amma erməni aqressiyası harada, hansı mədəni ölkədə olmasından asılı olmayaraq, hər yerdə aqressivdir. Mədəni şəkildə fikrini çatdıra bilməyən, adi həqiqəti qəbul edə bilməyən separatist qüvvələr isə məhvə məhkumdur.
Sonda fransalı jurnalist Liseron Budula öz qərəzsiz, həqiqətləri güzgü kimi əks etdirən videoreportajına görə təşəkkür edirik. Bu fakt onu göstərir ki, Fransada Qarabağ münaqişəsi ilə bağlı müstəqil, qərəzsiz, həqiqətləri yazmaq istəyən jurnalistlər və onu işıqlandırmaq istəyən media orqanları var.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2020, 22:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-10-2020, 22:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29