VPN bank əməliyyatlarına hansı risk yaradır? - ARAŞDIRMA
Bu gün həm təlabatdan irəli gələn səbəblərdən dolayı, həm də pandemiya ilə əlaqədar bank əməliyyatlarının əksəriyyəti onlayn şəkildə həyata keçirilir. Nəzərə alsaq ki, bu gün internetdə müəyyən məhdudiyyətlər tətbiq olunub, bununla əlaqədar şirkətlər və sahibkarlar internetə bağlanmaq üçün müxtəlif vasitələri işə salırlar.
Artıq uzun müddətdir ki, elektron bankinq (onlayn və ya internet bankinq) xidmətləri ilə insanların maliyyə hesablarını idarə etməsi asanlaşıb.
Belə ki, cari hesab, kart, əmanət, kredit hesabı sahibləri internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrini izləyə, həmçinin, onlayn ödənişlər etməyə, ödənişlərin tarixçəsini görməyə, kartdan karta pul köçürmələrini etməyə, əmanət məbləğini artırmağa, bank daxili və xarici pul köçürmələrini internet bankçılıqdan istifadə edərək banka getmədən onlayn şəkildə həyata keçirə bilər. Bu, həm də işlərin sürətlənməsi deməkdir. Az yol, az vaxt sərfiyyatı deməkdir.
Bəs, əgər internetə girişdə müəyyən məhdudiyyətlər varsa?
Daha əvvəl bütün bunları onlayn qaydada həyata keçirərkən onsuz da ehtiyatlanırdıq. Çünki, istənilən halda cihazımıza düşən fayl zədələyici ünsürlər (viruslar) cihazın düzgün işləməməsi və məlumatların üçüncü tərəfə ötürülməsi demək idi. İndi isə həmin tərəfi bank əməliyyatlarına özümüz əlavə edirik.
Bu gün məsələnin miqyası biraz daha genişlənib. Söhbət müharibə şəraitində bir ölkənin vətəndaşlarının internet bankinq vasitəsilə etdiyi bütün əməliyyatların izlənməsi şübhəsindən gedir. Əslində, sırf bunun qarşısını almaq məqsədilə internetin imkanları məhdudlaşdırılsa da, bir çox şirkət, sahibkarlar və sadə vətəndaşlar vaxta qənaət etmək üçün onlayn bankinqdən istifadə etməyə məcbur qalırlar. Belə olan halda şəxsi hesabınızın və ya şirkətin məlumatları oğurlana bilər.
Bəs, nə etməli?
Mümkün qədər internet vasitəsilə maliyyə əməliyyatları etməkdən çəkinin, əgər, vacibdirsə internetlə aranızda vasitəçilik edəcək şirkətin təhlükəsiz olduğunu yoxlayın.
Bu barədə Oxu.Az-a “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib.
Onun sözlərinə görə, insanlar internetə qoyulan məhdudiyyətlərdən dolayı müxtəlif proqramlardan istifadə edirlər, xüsusilə də, VPN (Virtual Private Network – Virtual Şəxsi Şəbəkə) texnologiyalarından və bu da vətəndaşların məlumatlarının oğurlanması ilə bağlı müəyyən risklər yarada bilər:
“Maliyyə əməliyyatları aparan zaman, həmçinin, hansısa dövlət qurumu ilə olan məktublaşmalar, ödənişlərlə bağlı əməliyyatlar, eyni zamanda, şəxsi informasiyaların paylaşılması və açıqlanması həmin şəxsə ziyan vura bilər. Təbii ki, adi əməliyyatlar həyata keçirilə bilər. Lakin, risk yarada biləcək hallar varsa, bu əməliyyatların VPN vasitəsilə həyata keçirilməsi tövsiyyə olunmur. Əməliyyatların VPN vasitəsilə həyata keçirilməsi o deməkdir ki, bu əməliyyatlarda üçüncü bir tərəf də var. Burada “X” şirkət tərəfləri birləşdirməyə xidmət edir və informasiyalar həmin üçüncü tərəf vasitəsilə götürə və digər məqsədlərdə istifadə edilə bilər. Ona görə də, vətəndaş VPN vasitəsilə maliyyə əməliyyatlarını aparmağa çəkinməlidir”.
Əgər vətəndaş VPN-dən istifadə etməyə məcburdursa?
İnternet Forumunun prezidenti əlavə edib ki, əgər, VPN-dən istifadə qaçınılmazdırsa, şəxs mütləq araşdırma aparmalıdır:
“İlk növbədə istifadə edəcəyi VPN ilə bağlı rəyləri araşdırmalıdır. Çünki, VPN-lərlə bağlı hər gün çoxlu sayda rəy yazılır. Əgər VPN-lə bağlı mənfi rəy yoxdursa risk edə bilər. İkinci növbədə yoxlamalıdır ki, bu VPN-nin istehsalçısı olan şirkət harada yerləşir. Ölkə mütləq dəqiqləşdirilməlidir. Son olaraq, dövlət qurumlarının rəylərinə baxmalıdır. Ola bilsin ki, həmin qurumların hesabatlarında hansısa mənfi rəy ola bilər”.
Ödənişli VPN-lərin fərqi nədədir?
O. Gündüz bildirib ki, ödənişli VPN daha güvənlidir, çünki, əgər ödəniş edirsinizsə, artıq burada VPN-nin izi qalır və hansısa risk yaranarsa həmin VPN sahibi şirkəti məhkəməyə vermək mümkündür:
“Ödəniş vasitəsilə sanki onlayn bir müqavilə bağlayırsınız. Hansısa təhlükə yaranan zaman məhkəməyə müraciət edib şirkəti sorğulaya bilərsiniz. Bu cəhətdən ödənişli VPN-lər daha güvənlidir. Əgər, şirkət ödənişin müqavilində xidmət göstərirsə, bu xidmət keyfiyyətli olmalıdır”.
O qeyd edib ki, yalnız bu halda üçüncü bir tərəfin iştirakı istisna edilə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-10-2020, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-10-2020, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29