reklam
Regionxeberlericom.az » Araşdırma » Ermənilər döyüşdən qaçmağın yeni yolunu tapıb

reklam

Ermənilər döyüşdən qaçmağın yeni yolunu tapıb


Məlum olduğu kimi, sentyabrın 27-dən Qarabağda aparılan döyüşlərdə ağır məğlubiyyətlə üzləşən və böyük itkilər verərək Azərbaycan Ordusu tərəfindən geri çəkilməyə məcbur edilən Ermənistanda əhali vuruşmaq istəmir. Azərbaycan torpaqlarında döyüşməyi istəməyən ermənilər ya savaş meydanında hərbi geyimi atıb mülki şəxs kimi ölkəsinə qayıdır, ya təslim olur, ya da yeni “üsul” tapıb ümumiyyətlə döyüşə gəlmirlər.

Sonuncu variant gündəmə uyğun tapılıb. Belə ki, artıq bir neçə gündür sosial şəbəkələrdə yayılan məlumata görə, təcavüzkar ölkənin kişiləri ya rüşvətlə, ya da tanışlıqla “COVID-19” testini “pozitiv” kimi yazdıraraq özlərini azı 14 gün karantinə aldırırlar. Bununla onlar ordudan yayınmağa cəhd edirlər. Bu ehtimalı gücləndirən daha bir fakt odur ki, sentyabrın 19-da sözügedən ölkədə yoluxma sayı 766 idisə, bu rəqəm son 5 gündə 2474-ə qədər artıb.

 “Armeniasputnik” saytının məlumatına görə, hətta bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi xidmətdən yayınmaq üçün koronavirusu simulyasiya etməyə çalışan bir nəfərin saxlanıldığına dair açıqlama da yayıb.

Qeyd olunur ki, gənc vətəndaşın atası tibb mərkəzlərindən birinə müraciət edərək laboratoriya işçilərini oğlunun koronavirus xəstəsi olduğuna dair yalan nəticə çıxarmaq üçün razılaşdırıb. Bunun üçün başqalarının analizləri əsasında laboratoriya testinin nəticəsi “pozitiv” göstərilib.

Faktla bağlı cinayət işi başlanıb. Səfərbərlikdən yayınmağa çalışan oğul ilə ata və tibb mərkəzinin işçiləri saxlanılıb.

Bildirilib ki, bu kimi digər mümkün pozuntuların aşkarlanması üçün istintaq hərəkətləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
25-10-2020, 10:11
Sikayət   


loading...
Загрузка...