Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir
Medikamentoz müalicədən başqa digər müəyyən ərzaq məhsulları da sətəlcəm olan insanların daha tez sağalmasına kömək edə bilər.
Sətəlcəm, ağciyər iltihabının təhlükəli həddə çatmasına səbəb olur. Bundan əlavə, bu xəstəlik kəskin respirator distressiya-sindromunun inkişafını sürətləndirir ki, bu da nəticədə COVID-19-un süni tənəffüs tələb edən ciddi forması kimi yaşlı və zəifləmiş insanlar arasında ölüm riskini artırır.
Anlamaq vacibdir ki, ev şəraitində heç bir özbaşına müalicə və hətta dünyanın ən faydalı ərzaq məhsulları sətəlcəmi müalicə edə bilmir. Onun müalicəsi üçün xüsusi müalicə strategiyası və müvafiq dərmanlar tələb olunur. Bununla belə, müəyyən qidaların rasiona daxil edilməsi, ilkin ağır mərhələdən sonra bərpa prosesinin sürətlənməsinə kömək edə bilər.
Yenisabah.az “MedikForum” saytına istinadla sətəlcəm zamanı hansı adi ərzaq məhsullarının daha tez sağalmağa kömək etməyindən bəhs edir.
Bütöv buğda. B qrupunun vitaminləri ilə və karbohidratlarla zəngin olan kinoa, qəhvəyi düyü, yulaf, arpa orqanizmin bərpa olunmasına kömək edir. Bundan əlavə, orqanizmi enerji ilə təmin edən bu məhsulların tərkibindəki selenyum immun sistemini gücləndirir.
Zülalla zəngin olan qidalar. Pnevmoniyadan əziyyət çəkən insanlar iltihab əleyhinə xüsusiyyətlərə malik olan və zədələnmiş ağciyər toxumalarının bərpasına kömək edə biləcək qidalar: qoz, fındıq, tum, paxla, ağ ət, balıq yeməlidirlər.
Yarpaqlı tərəvəzlər, salatlar və ispanaq tez sağalmaq üçün çox faydalıdır. Onlar iltihabla mübarizə aparan və orqanizmdəki yoluxucu maddələrin konsentrasiyasını azaldan antioksidantların zəngin mənbəyi sayılır.
S vitamini ilə zəngin olan sitrus meyvələri, giləmeyvələr, kivi immunitet sistemini gücləndirir, sətəlcəm zamanı orqanizmin bərpa prosesini sürətləndirir. Onların antioksidant komponentləri xəstəlik törədən mikroorqanizmləri məhv edə bilər.
Yoqurt. Bu sadə məhsul sətəlcəm xəstəliyini yaranmasına səbəb olan probiotiklərlə zəngindir.
Qeyd edək ki, yoqurt həmçinin bağırsaqdakı faydalı bakteriyaların sayını artıraraq immun sistemini gücləndirir. (Azərtac)
Paylaş:
Müəllif : Fuad
Tarix:30-10-2020, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-10-2020, 09:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:26
MSK 25 manatlıq yanğınsöndürən balonlar üçün 44 min manat sərf edəcəkdi-Tender ləğv olundu
Dünən, 08:31
Paytaxtda milyonluq layihə sahibi olan "Grand Palace" səkini yola çevirib - Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO
29-10-2024, 15:08