CENEVRƏ DANIŞIQLARINDA AZƏRBAYCAN NƏ QAZANDI, ERMƏNİSTAN NƏ İTİRDİ? - Qubad İbadoğlunun şərhi
"ABŞ rəsmiləri erməniləri Cırtdanın nağılında olduğu kimi, işıq gələn tərəfə deyil, ithürən tərəfə göndərirlər ki, seçkiöncəsi onlardan yaxalarını qurtara bilsinlər"
ADR hərəkatının rəhbəri Qubad İbadoğlunun Cenevrədəki danışıqlara həsr olunan şərhini kiçik redaktələrlə təqdim edirik.
Qubad İbadoğlu mövzuya ermənilərin Bərdə və Tərtərə atdığı çoxluqlu (kaset) döyüş bombalarına dünyanın verdiyi reaksiya ilə başlayıb.
Sitat: " Bunlar istifadəsi qadağan olunan silahların siyahısındadır. Dünyanın 123 ölkəsi bu Konvessiyaya üzv olub və imza atıb. Odur ki, "Human Right Watch" və "Amnesty International" beynəlxalq təşkilatları ermənilərin Bərdəyə çoxluqlu (kaset) döyüş sursatları ilə atəş açmasını və dinc əhalinin ölümünü pisləyən bəyanatla çıxış edib. Bu bəyanatlar həm yaxşıdır, həm də lazımlıdır. Gələcəkdə Ermənistana qarşı qaldıracağımız beynəlxalq məhkəmə iddialarında bunlar bizim mövqeyimizi möhkəmləndirəcək.
İkincisi, məlumunuz olsun ki, dünən Cenevrədə Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşündə reqalamentləşdirilə bilən siyasi qərarlar qəbul edilməyib, tərəflər 6 saatlıq görüşdən ölçülə bilən yalnız bir qərarla - cəsədlərin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar-texniki razılaşma ilə - çıxıblar. Bu da indiki situasiyada bizim maraqlarımıza xidmət edir. Onsuz da biz əsirləri və cəsədləri hətta birtərəfli qaydada ermənilərə təhvil verirdik. Bundan sonra onları BQXC vasitsəilə dəyişdirmək imkanı yaranır. Hesab edirəm ki, bu
Dilqəm Əsgərov və Şahbaz Quliyevin vətənə gətirilməsi üçün yaxşı imkandır.
Üçüncüsü, dünən ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brienin Skandinaviya ölkələrinin sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi üzərində işləməsi barədə açıqlamasından narahat qalmayın, bu uzun söhbətdir. Bununla bağlı nə siyasi, nə də texniki şərtlər razılaşdırılmayıb. Bilin ki, BMT-nin qərarı, tərəflərin razılığı olmadan Dağlıq Qarabağa sülhməramlılar gələ bilməz. Amerikanlıların seçkiöncəsi belə açıqlaması bir tərəfdən ermənilərin "könülünü" almağa, digər tərəfdən də rus sülhməramlılarının bölgəyə gətirilməsinə qarşı arqument qoymağa daha çox bənzəyir. Hesab edirəm ki, ABŞ rəsmiləri bununla erməniləri Cırtdanın nağılında olduğu kimi işıq gələn tərəfə deyil, ithürən tərəfə göndərirlər ki, seçkiöncəsi onlardan yaxalarını qurtara bilsinlər.
Odur ki, yenə də diqqət cəbhədə olmalıdır, ordumuzun döyüşdə qazandığı qələbələrin sayı artmalı və miqyası böyüməlidir. Hazırda həlli vacib olan ən ümdə vəzifə mümkün qədər tez bir zamanda minimum itki və maksimum nəticə ilə döyüş mövqelərini gücləndirməkdir. Belə strategiyanı seçib hərəkət edən xilaskar Azərbaycan ordusunun Şuşa qalasını fəth etməsi, Laçın dəhlizinə nəzarətə nail olması yaxın zamanın məsələsidir. Nəzərə alsaq ki qələbənin böyüyü kiçiyi olmur və hər kiçik qələbələrin ardından böyük qələbə gəlir. Müzəffər ordumuzun möhtəşəm qələbəsinə çox az vaxt qalıb. Ona görə də darıxmayın, səbrlə ordumuzun Şuşaya və Xankəndinə planlaşdırılan zəfər yürüşünü gözləyin".
Paylaş:
Müəllif : Fuad
Tarix:31-10-2020, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-10-2020, 12:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25