Kasetli bombalardan necə müdafiə olunmalı?
Mülki əhali, eləcə də jurnalistlər üçün təhlükəsizlik qaydaları
Ruzanna Rəşidqızı
Erməni silahlı qüvvələrinin Azərbaycana qadağan olunmuş kasetli raketlər atdığını beynəlxalq təşkilatlar da təsdiqlədi. “Amnesty İnternational” və “Human Rights Watch” son bəyanatlarında Bərdə şəhərinin “Smerç” qurğusundan atılan raketlərlə vurulduğunu bildirdi. “Human Rights Watch” onu da əlavə etdi ki, hücumu texniki səhv kimi anlamaq ağlasığmazdır.
Oktyabrın 28-də Bərdəyə atılan raketlər 21 mülki şəxsin ölümünə, 70-dən çox adamın yaralanmasına səbəb olub.
Kasetli bombalardan istifadə ona görə qadağandır ki, hər raketin içərisində müxtəlif ölçülü və müxtəlif funksiyalı partlayıcılar yerləşir və partlayış baş verəndə onlar bir neçə futbol sahəsi böyüklüyündə əraziyə səpələnir. Ona görə də belə raketlərin qurbanlarının 87%-i mülki şəxslər olur.
Ən pisi odur ki, partlayıcıların 5-20%-i, bəzi mənbələrə görə 40%-ə qədəri həmin dəqiqə yox, dəqiqələr, saatlar, günlər, aylar, hətta illər sonra işə düşə bilər. Məsələn, yüngül çəkili, ya da yumşaq yerə düşən partlayıcı sizi qorxutmaya bilər, amma hərəkət etdiyiniz, yaxud toxunduğunuz halda o, partlaya bilər. Ona görə də partlayış səsi eşitdiyiniz an olduğunuz yerdə qalmalı, daldalanacaq yoxdursa, yerə uzanmalı, ara sakitləşəndən sonra ehiyatla hərəkət etməlisiz.
Bərdədə həlak olanlardan 31 yaşlı Fuad İsmayılov partlayış səsinə çıxandan sonra, ikinci partlayışda həlak olub. Hadisənin şahidlərindən biri yerə düşən bombanın fışıldamağa başladığını, sonra partladığını danışıb. Həm jurnalistlər, həm də əhali üçün hazırlanmış informativ vəsaitlərdə məsləhət görülür ki, partlayıcıdan səs gələrsə, ya da o, görünüşünü dəyişərsə, üzərində hər hansı işıq yanarsa, hadisə yerindən qaçmağa, ya da sığınacaq tapmağa tələsin. Sığınacaq kimi divarın, qapının, şkafın arxasına keçmək, masanı qalxan eləmək olar, bunlar həmin an qəlpələrdən qorunmağın yeganə yoludur.
Ətrafda partlayış səsi eşidəndə nəinki çıxmamalı, pəncərələrdən, şüşə qapılardan, zədələnmiş divardan mümkün qədər uzaq dayanmalısız. Ətraf sakitləşəndən sonra hadisə yerindən uzaqlaşın. Liftlə yox, pilləkənlərlə düşün.
Dağıntılar altında qalsanız, yaxınlıqdakı boru, yaxud divarı taqqıldatmaqla yerinizi xilasedicilərə bildirmiş olarsız (fitiniz olsa, lap yerinə düşər). Qışqırmaq son vasitədir, çünki qışqıranda ağzınıza toz-torpaq dola bilər. Ümumiyyətlə, bu günlər ehtiyat tədbirlərini ailənizlə müzakirə etmək, mümkün təhlükələrə qarşı plan qurmaqda fayda var.
Kasetli raketlər ağaclıqda, meşədə xüsusilə təhlükəlidir. Paralanmış ağaclar ətrafa uçuşub, öldürücü zərbə vurur (Oktyabrın 24-də Tərtərə atılan raketin zərbəsindən parçalanan ağac 16 yaşlı gəncin ölümünə səbəb olub). Atəş səsi eşidən kimi çuxur varsa, ora sığınmalı, yoxsa yerə yıxılıb, düz uzanmalısız. Partlayışdan sonra qalxıb qaçmaq, növbəti səsi eşidən kimi yenə uzanmaq lazımdır.
Münaqişə zonalarında qaranlıqda gəzmək təhlükəlidir, hələ işə düşməmiş partlayıcını görməyə bilərsiz. Bütün hallarda hamının istifadə etdiyi yollardan keçin.
Bəzi mənbələrdə kasetli bombaları minanın təhlükəli forması adlandırırlar. Minaları yerə maşınla, yaxud əllə basdırırlar. Kasetli bombalar isə səpələnir. Ona görə də silah-sursata bənzəyən istənilən əşyaya toxunmamalı, gördükləriniz haqda dərhal Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) xəbər verməlisiz. Təcili Tibbi Yardım Xidmətinin qaynar xətt nömrəsini də (103) unutmayın. Evdə ilkin tibbi yardım vasitələri saxlamaq, qan qrupunuzu bilmək xüsusilə vacibdir.
Bütün bunlar münaqişə zonasına gedən jurnalistlərə də aiddir. Mətbuat üçün təhlükəsizlik qaydalarında jurnalistlərə həm də gündəlik istifadə etdikləri dərmanların iki qatını, ehtiyat eynək, telefon, fotoaparat, kamera kimi alətlər üçün adapter və batareya, şəxsiyyəti təsdiqləyən sənədləri götürmək məsləhət görülür.
Ən vacibi isə qoruyucu jilet və dəbilqədir – onların üzərində PRESS, yaxud TV yazılması şərtdir, çünki Cenevrə Konvensiyasının 79-cu maddəsinə görə, jurnalistlər mülki vətəndaş hesab olunur və onlara atəş açmaq olmaz.
Jurnalist münaqişə zonasına yola düşürsə, səfərə həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdır. Müharibənin psixoloji fəsadları fiziki yaraları qədər təhlükəli ola bilər.
Bu günlər psixoloji və fiziki baxımdan güclü olmaq hamı üçün faydalıdır. Çətin situasiyalara emosional hazır olmaq belə anlarda insana özünü daha yaxşı idarə etmək imkanı verir.
Özünü idarə edə bilmək üçün münaqişə zonasındakı jurnalistlərə, eləcə də mülki vətəndaşlara alkoqollu içkilərdən də uzaq durmaq tövsiyyə edilir.
Yazı kasetli raketlər haqda məqalələr və “Sərhədsiz reportyorlar” təşkilatı”ın jurnalistlər üçün hazırladığı təhlükəsizlik təlimatı əsasında hazırlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-10-2020, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Mülki əhali, eləcə də jurnalistlər üçün təhlükəsizlik qaydaları
Ruzanna RəşidqızıErməni silahlı qüvvələrinin Azərbaycana qadağan olunmuş kasetli raketlər atdığını beynəlxalq təşkilatlar da təsdiqlədi. “Amnesty İnternational” və “Human Rights Watch” son bəyanatlarında Bərdə şəhərinin “Smerç” qurğusundan atılan raketlərlə vurulduğunu bildirdi. “Human Rights Watch” onu da əlavə etdi ki, hücumu texniki səhv kimi anlamaq ağlasığmazdır.
Oktyabrın 28-də Bərdəyə atılan raketlər 21 mülki şəxsin ölümünə, 70-dən çox adamın yaralanmasına səbəb olub.
Kasetli bombalardan istifadə ona görə qadağandır ki, hər raketin içərisində müxtəlif ölçülü və müxtəlif funksiyalı partlayıcılar yerləşir və partlayış baş verəndə onlar bir neçə futbol sahəsi böyüklüyündə əraziyə səpələnir. Ona görə də belə raketlərin qurbanlarının 87%-i mülki şəxslər olur.
Ən pisi odur ki, partlayıcıların 5-20%-i, bəzi mənbələrə görə 40%-ə qədəri həmin dəqiqə yox, dəqiqələr, saatlar, günlər, aylar, hətta illər sonra işə düşə bilər. Məsələn, yüngül çəkili, ya da yumşaq yerə düşən partlayıcı sizi qorxutmaya bilər, amma hərəkət etdiyiniz, yaxud toxunduğunuz halda o, partlaya bilər. Ona görə də partlayış səsi eşitdiyiniz an olduğunuz yerdə qalmalı, daldalanacaq yoxdursa, yerə uzanmalı, ara sakitləşəndən sonra ehiyatla hərəkət etməlisiz.
Bərdədə həlak olanlardan 31 yaşlı Fuad İsmayılov partlayış səsinə çıxandan sonra, ikinci partlayışda həlak olub. Hadisənin şahidlərindən biri yerə düşən bombanın fışıldamağa başladığını, sonra partladığını danışıb. Həm jurnalistlər, həm də əhali üçün hazırlanmış informativ vəsaitlərdə məsləhət görülür ki, partlayıcıdan səs gələrsə, ya da o, görünüşünü dəyişərsə, üzərində hər hansı işıq yanarsa, hadisə yerindən qaçmağa, ya da sığınacaq tapmağa tələsin. Sığınacaq kimi divarın, qapının, şkafın arxasına keçmək, masanı qalxan eləmək olar, bunlar həmin an qəlpələrdən qorunmağın yeganə yoludur.
Ətrafda partlayış səsi eşidəndə nəinki çıxmamalı, pəncərələrdən, şüşə qapılardan, zədələnmiş divardan mümkün qədər uzaq dayanmalısız. Ətraf sakitləşəndən sonra hadisə yerindən uzaqlaşın. Liftlə yox, pilləkənlərlə düşün.
Dağıntılar altında qalsanız, yaxınlıqdakı boru, yaxud divarı taqqıldatmaqla yerinizi xilasedicilərə bildirmiş olarsız (fitiniz olsa, lap yerinə düşər). Qışqırmaq son vasitədir, çünki qışqıranda ağzınıza toz-torpaq dola bilər. Ümumiyyətlə, bu günlər ehtiyat tədbirlərini ailənizlə müzakirə etmək, mümkün təhlükələrə qarşı plan qurmaqda fayda var.
Kasetli raketlər ağaclıqda, meşədə xüsusilə təhlükəlidir. Paralanmış ağaclar ətrafa uçuşub, öldürücü zərbə vurur (Oktyabrın 24-də Tərtərə atılan raketin zərbəsindən parçalanan ağac 16 yaşlı gəncin ölümünə səbəb olub). Atəş səsi eşidən kimi çuxur varsa, ora sığınmalı, yoxsa yerə yıxılıb, düz uzanmalısız. Partlayışdan sonra qalxıb qaçmaq, növbəti səsi eşidən kimi yenə uzanmaq lazımdır.
Münaqişə zonalarında qaranlıqda gəzmək təhlükəlidir, hələ işə düşməmiş partlayıcını görməyə bilərsiz. Bütün hallarda hamının istifadə etdiyi yollardan keçin.
Bəzi mənbələrdə kasetli bombaları minanın təhlükəli forması adlandırırlar. Minaları yerə maşınla, yaxud əllə basdırırlar. Kasetli bombalar isə səpələnir. Ona görə də silah-sursata bənzəyən istənilən əşyaya toxunmamalı, gördükləriniz haqda dərhal Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) xəbər verməlisiz. Təcili Tibbi Yardım Xidmətinin qaynar xətt nömrəsini də (103) unutmayın. Evdə ilkin tibbi yardım vasitələri saxlamaq, qan qrupunuzu bilmək xüsusilə vacibdir.
Bütün bunlar münaqişə zonasına gedən jurnalistlərə də aiddir. Mətbuat üçün təhlükəsizlik qaydalarında jurnalistlərə həm də gündəlik istifadə etdikləri dərmanların iki qatını, ehtiyat eynək, telefon, fotoaparat, kamera kimi alətlər üçün adapter və batareya, şəxsiyyəti təsdiqləyən sənədləri götürmək məsləhət görülür.
Ən vacibi isə qoruyucu jilet və dəbilqədir – onların üzərində PRESS, yaxud TV yazılması şərtdir, çünki Cenevrə Konvensiyasının 79-cu maddəsinə görə, jurnalistlər mülki vətəndaş hesab olunur və onlara atəş açmaq olmaz.
Jurnalist münaqişə zonasına yola düşürsə, səfərə həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıdır. Müharibənin psixoloji fəsadları fiziki yaraları qədər təhlükəli ola bilər.
Bu günlər psixoloji və fiziki baxımdan güclü olmaq hamı üçün faydalıdır. Çətin situasiyalara emosional hazır olmaq belə anlarda insana özünü daha yaxşı idarə etmək imkanı verir.
Özünü idarə edə bilmək üçün münaqişə zonasındakı jurnalistlərə, eləcə də mülki vətəndaşlara alkoqollu içkilərdən də uzaq durmaq tövsiyyə edilir.
Yazı kasetli raketlər haqda məqalələr və “Sərhədsiz reportyorlar” təşkilatı”ın jurnalistlər üçün hazırladığı təhlükəsizlik təlimatı əsasında hazırlanıb.
Paylaş:
Müəllif :
Fuad
Tarix:31-10-2020, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29