Azərbaycan Müdafiə Nazirliyi: Bomba Calal Arutyunyanı parça-parça edib
Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi və ölkənin xüsusi xidmət orqanlarının 27 oktyabr 2020-ci il tarixdə birgə həyata keçirdikləri unikal xüsusi əməliyyat zamanı Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat-atəş tədbirləri və taktiki orta hündürlüyündəki PUA-dan dəqiq zərbə nəticəsində qondarma “dqr”in “müdafiə naziri” Calal Arutyunyan məhv edilib.
Azərbaycan təhlükəsizlik qüvvələri parlaq əməliyyatın görüntülərini də yayıb. Beş gün sonra, cəmi bir neçə saat əvvəl, erməni tərəfi hər halda C.Arutyunyanın ağır yaralandığını etiraf etdi.
Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, separatçı qoşunların komandanı ölüm ayağındadır.
Hərçənd Azərbaycanın Müdafiə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, C.Arutyunyan Azərbaycanın xüsusi əməliyyatı nəticəsində öldürülüb: "Calal Arutyunyanın parçalara bölündüyünə dair təkzibolunmaz dəlillərimiz var. Ermənistan tərəfi C. Arutyunyanı bizə canlı olaraq göstərə bilsəydi, biz bu video sensasiyaya yalnız sevinərdik. Ermənistan KİV-lərinin tirajladığı informasiya qoşunların komandanının həlak olması faktını gizlədən erməni güc strukturlarına ictimai təzyiqin yumşaldılmasına cəhddir".
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2020, 08:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-11-2020, 08:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25