“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
Azərbaycan Ordusunun bir aydan artıq müddətdə apardığı Vətən müharibəsi və əldə olunan misilsiz zəfərləri böyük qələbənin çox da uzaqda olmadığından xəbər verir.
30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın qaytarılması həm də ölkədə böyük bir qayıdış prosesinin başlanması ilə nəticələnəcək. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi gözlənilir. Həmçinin həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Artıq azad edilən ərazilərdə yenidənqurma və infrastrukturun bərpası işlərinə başlanılıb, yolların, elektrin enerjisinin bərpası istiqamətində iş aparılır.
Bəs görəsən, bütün bu məsələlərin həlli ilə yanaşı, artıq əvvəlki funksiyaları gündəmdən düşən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də ləğv olunacaqmı? Yoxsa böyük qayıdış dövründə də bu qurumun fəaliyyətinə ehtiyac olacaq? Ümumilikdə, bu prosesdə hansı qurumlar iştirak edəcək və məcburi köçkünlərlə bağlı hansı qərarlar ola bilər?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, torpağı işğaldan azad olunan vətəndaşların köçürülməs ilə bağlı ayrıca qanun qəbul olunmalıdır: “Bu proses qaçqınlara aid deyil, çünki qaçqın deyəndə Ermənistandan gəlmiş vətəndaşlarımız nəzərdə tutulur. Ona görə də onların torpaqları hələ azad edilməyib. Biz gərək Ermənistanda onlar üçün ya muxtariyyət, ya da torpaq məsələsini həll edək ki, onların da məsələsi çözülsün. Ancaq məcburi köçkünlər Qarabağ və onun ətrafında olan rayonlardan köçməyə məcbur edilən vətəndaşlarımızdır. Onların azad olunan torpaqlara qaytarılması istiqamətində ciddi addımlar atılmalıdır. Bununla bağlı ayrıca qanun da qəbul olunmalıdır. Çünki bu böyük bir prosesdir. Bu qanunda həm onların hüquqları, həm də burada olan müəyyən problemlərin həlli ilə bağlı məsələlər öz həllini tapmalıdır. Çünki məcburi köçkünlərin illərdir yerləşdiyi yaşayış evləri, obyektlər var. Müxtəlif vətəndaşlar illərdir gözləyirlər ki, evləri boşaldılsın. Bütün bunlar da qanunvericiliklə tənzimlənməlidir. Bunun hansı formada olacağı ilə bağlı indidən ictimai müzakirələr aparılmalıdır və həmin icmaların təmsilçilərinin iştirakı ilə optimal variant tapılmalıdır. Çünki onların əksəriyyətinə dövlət ev verib və yeni azad olunan torpaqlarda da dövlət ev tikib onları köçürəcəksə, o zaman dövlətin burada çəkdiyi məsrətflər və başqa məsələlər fərqli istiqamətə yönəldilməlidir. Burada məcburi köçkünlərin şəxsi mülkiyyətindən söhbət getmir, o toxunulmazdır, dövlət təmin etdiyi əmlak üzərində optimal bir qərar qəbul olunmalıdır. Bu məsələ ictimai müzakirədən keçməlidir, konsensusla ümumi maraqların təmin olunması ilə qərar qəbul olunmalıdır. Oraya təkcə məcburi köçkünlər getməyəcək, həmçinin könüllülərin köçməsi də nəzərdə tutulur. Başqa yerlərdən də insanlar da həmin torpaqlara köçüb yaşaya bilərlər. Onlar üçün də ayrıca şəraitin yaradılması düşünülməlidir. Bu məsələlər ictimai müzakirə olunmalıdır ki, kimsə incidilməsin və daha rahat şəraitdə məskunlaşmanı həyata keçirək”.
F.Mustafa vurğuladı ki, bu prosesin həyata keçirilməsi təkcə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin deyil, digər bir çox qurumların, o cümlədən azad olunmuş rayonların yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür: “Müvafiq icra hakimiyyəti orqanlarının görəcəyi işlər də böyükdür. Onlar köçüb həmin ərazilərdə fəaliyyət göstərəcəklər. Hansı rayon işğaldan azad edilibsə, həmin rayonun icra başçısı öz aparatı ilə birgə o əraziyə köçməlidir. Onların da birgə iştirakı ilə plan hazırlanmalıdır, konkret hansı vaxta və müddətə bu ərazilər bərpa olunacaqsa, işlər bitən kimi dərhal həmin insanların oraya köçürülməsi təmin olunmalıdır. Burada iş adamlarının və çevrəsinin də rolu vacibdir, onlar hansı sürətlə bu prosesi həyata keçirəcəklər, övlət bu prosesi hansı sürətlə həyata keçirəcək- bütün bunların həllini tapması vacibdir”.
Deputat onu da vurğuladı ki, məcburi köçkünlərin bu statusunun ləğvi ilə bağlı danışmaq hələ tezdir: “Bu vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir. Ancaq hələ ki köçürmə prosesi baş tutmayıbsa, onların bu statusunun ləğvi mümkün deyil. Lakin konkret olaraq kimsə köçməkdən imtina edəcəksə, hansısa neqativ situasiya ortaya çıxacaqsa, o zaman bu status avtomatik olaraq onlardan alınmalıdır”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər: “Repartasiya ilə bağlı heç nə deyə bilmərəm, çünki bu barədə bizdə bir məlumat yoxdur. Ola bilər ki, bu böyük bir dövlət proqramı olsun”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğv edilməsi və ya böyük qayıdış prosesində iştirak edəcəyi ilə bağlı məsələyə gəlincə, İ.Mirzəyev bildirdi ki, bu, Nazirlər Kabinetinin qərarı əsasında müəyyən oluna bilər: “Biz Nazirlər Kabinetinin tabeliyində olan icraedici qurum olaraq özümüzlə bağlı qərar verə bilmərik. Bununla bağlı qərar ya Nazirlər Kabineti, ya da Prezident Administrasiyasi tərəfindən verilə bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-11-2020, 09:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-11-2020, 09:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50