Xamneyidən gecikmiş Qarabağ bəyanatı: İran nədən narahatdır? - TƏHLİL
İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi bəyan edib ki, Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmalıdır.
Eyni zamanda, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın təklif etdiyi planın bəzi aspektlərini açıqlayıb. Nazir İRİB-ə verdiyi müsahibəsində qeyd edib ki, İran Dağlıq Qarabağ regionunda gərginliyin ilk illərindən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə danışıqlar aparır.
"Biz hesab edirik ki, müharibə region ölkələrinə daha çox ziyan vuracaq və buna görə də bu ölkələr müharibənin dayandırılmasına daha çox təsir göstərə bilərlər. Biz bu kontekstdə danışıqlar aparırıq", - deyə o bildirib və əlavə edib ki, İranın təşəbbüsü ATƏT-in Minsk qrupu kimi digər həll mexanizmləri ilə rəqabətə cəhd etmir.
"Planımızın mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o yalnız atəşkəsə aid deyil, daha çox hər iki tərəfin bəzi prinsiplərə sadiqliyi ilə başlanacaq çərçivə əsasında fikir ayrılıqlarının həllinə yönəlib, sonra isə digər tədbirlər reallaşdırılacaq, xüsusilə işğalçı qoşunların işğal edilmiş bütün ərazilərdən çıxarılması", - deyə o vurğulayıb.
O bildirib ki, Xarici İşlər nazirinin müavini Abbas Araqçı Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə bu planı təklif edib və Tehran indi bu ölkələrin öz təşəbbüsünə nə cavab verəcəyini gözləyir.
Qeyd edək ki, son zamanlar İranın Dağlıq Qarabağ problemi ətrafında diplomatik fəallığının artması müşahidə olunur. Xariici işlər Naziri Cavad Zərifin təklifləri ümumi məzmun daşıyır və konkret detalları məlum deyil. Ancaq hiss olunur ki, İran münaqişənin həlli prosesində mövqeyinin nəzərə alnmasına çalışır.
“Orta Doğu” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə heç bir töhfə verməyib. Rəsmi Tehranın bu problemə münasibəti daima işğalçıya dəstək verməkdən ibarət olub. Ona görə də İranın vasitəçiliyi və sülhə çağırış bəyanatları heç bir əhəmiyyətə malik deyil:
“İran region dövləti kimi Yaxın və Orta Şərqdə, eləcə də Cənubi Qafqazda baş verən proseslərdə iştirak edir. Azərbaycanı da Güney Azərbaycanla yanaşı qoysaq, Orta Şərqin bir hissəsinə çevrilir. Bubaxımdan, İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Pakistan məsələlərində iştirak edən İran Yaxın və Orta Şərqdə cərəyan edən proseslərdə öz mövqeyini ortaya qoyub. Şuşanın işğalı Tehranda aparılan danışıqlardan sonra başlayıb. Ondan sonra İran Azərbaycandakı məcburi köçkünlərər yardım adı altında Xomeyninin İslam İnqilabı doktrinasını təbliğ etməyə başladı. 1994-cü ildə İmişli və Saatlı rayonları ərazisində məcburi köçkünlərin yerləşdirildiyi çadır düşərgələri İranın nəzarəti altında idi və oraya jurnalistləri, kənar adamları buraxmırdılar. Xomeyni İmdad Cəmiyyəti ləğv olunduqdan sonra bu problem aradan qalxdı. İran Qarabağ məsələsinin hərbi yolla həllində iştirak etmir.
Bu mərhələdə İran Azərbaycana qarşı çıxan qüvvə kimi göründü. İran Ermənistana silah, Qarabağdakı separatçılara ərzaq, yanacaq göndərdi. Hazırda İranla Ermənistan arasındakı Meğri gömrük-keçid məntəqəsi fəaliyyətini davam etdirir. Sonrakı mərhələdə İran Rusiyadan Ermənistana göndərilən silah və hərbi texnikanı öz ərazisindən Ermənistana ötürdü.
Azərbaycan “Əks-hücum” əməliyyatlna başladıqdan sonra İran mətbuatı Azərbaycanın və Türkiyənin əleyhinə çıxışlar etməyə başladı. Dezinformasiya üzərində qurulmuş həmin məlumatlarda Azərbaycan ərazisində guya terrorçuların, vəhabilərin, Türkiyədən gəlmiş xüsusi təyinatlıların yerləşdirildiyi iddia olunurdu. Bunun ardınca İran prezidenti Həsən Ruhani bildirdi ki, qonşu dövlətin ərazisində terrorçuların yerləşdirilməsinə imkan verməyəcəklər. Bu, prezident səviyyəsində Azərbaycan ərazisində hansısa terrorçunun döyüşdüyünün iddia olunması idi. Bir tərəfdən işğalçı Ermənistana silah, yanacaq, ərzaq, hərbi texnika, təbii qaz ötürən İran digər tərəfdən, Azərbaycan əleyhinə təbliğat aparır.
Həmin təbliğatı Ermənistan, Rusiya və Fransa da aparır. O ki qaldı, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi məsələsinə, Tehran hakimiyyəti bunu Azərbaycan İranla həmsərhəd bölgələri işğaldan azad etməsindən sonra dilə gətirməyə başladı. Müxtəlif səviyyələrdə bu bəyanat səsləndirildikdən sonra indi də ali lider Ayətullah Seyid Əli Xamneyi Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyini bəyan edir. Burada yeni heç nə yoxdur. İstər Məhəmməd Cavad Zərifin, istər Həsən Ruhaninin və Ayətullah Əli Xamneyenin söylədiyi fikirləri illər öncə digər dövlətlər də bildirib".
Ekspert BMT-nin dörd qətnaməsini xatırladaraq bildirib ki, işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxmalıdır:
"İran da bunu təkrarlayır və yeni heç bir mövqe ortaya qoymur. İran Azərbaycanın ərazi bütövlüyünü İslam Əməkdaşlıq Təşkilatında da dəstəkləyib. Amma İran heç vaxt Ermənistanı işğalçı dövlət adlandırmayıb. Azərbaycan ərazilərini işğal etdiyinə görə İran Ermənistana heç zaman sanksiya tətbiq etməyib. Yəni İran prosesdən tamamilə kənarda qalıb. İndi isə proses başa çatmaq üzrədir.
Azərbaycan tezliklə ərazilərinin işğaldan azad olunmasını yekunlaşdıracaq. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərin bir hissəsinə beynəlxalq səviyyədə nəzarət etməyə başlayıb. Həmin rayonlarda komendantlıqların yaradılması qərar da bunu təsdiq edir. Belə bir şəraitdə Xamneyi ərazilərin işğaldan azad olunmasının vacibliyinə dair bəyanat verir, yaxud prezident Həsən Ruhaninin xüsusi elçisi Abbas Araqçi region ölkələrinə səfər edərək təklif irəli sürür. Bu təkliflər nədən ibarət ola bilər?
Azərbaycan öz torpaqlarında tikinti-qururculuq işləri aparacaq. İranın isə Qarabağda işi yoxdur. İranın Qarabağda gördüyü iş Azərbaycanın icazəsi olmadan, Şuşa işğal altında olduğu müddətdə Gövhər Ağa məscidinin təmir etmək olub.
Bu gün də Ermənistan mətbuatı həmin məscidin İrana aid olduğunu yazır. Halbuki, Gövhər Ağa məscidi tikiləndə İran adlı dövlət yox idi. Ona görə də İranın bəyanatı getmiş qatarın arxasınca qaçmaq və özünü göstərmək cəhdidir".
S.Soltan Tehran rejimini narahat edən məsələlərdən danışıb:
"Burada digər məsələ şiə olmayan digər müsəlman dövləti Pakistanın adının İrandan daha çox çəkilməsi ilə bağlıdır. Pakistanın, Türkiyənin, xristian ölkəsi olan Ukraynanın, Macarıstanın, nə müsəlman, nə xristian olmayan İsrailin adı bu prosesdə hallandığı halda İran sanki yada düşmür. Ona görə də İran ciddi əhəmiyyət kəsb etməyən təkliflər, bəyanatlar irəli sürməklə öz varlığını nümayiş etdirməyə çalışır. İran ABŞ-ın bölgədə fəaliyyətini artmasından narahatdır. Halbuki, bu yanaşma tamamilə əsassızdır və ABŞ-ın Cənubi Qafqazdakı fəaliyyəti İran üçün təhlükə yaratmır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-11-2020, 08:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-11-2020, 08:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti