Koronavirus mutasiyaya uğrayıb: 260 dəfə daha təhlükəli hal alıb - VİDEO
Koronavirus əvvəlkindən daha təhlükəlidir. Araşdırmalar nəticəsində məlum olub ki, koronavirus mutasiyaya uğrayır və nəticədə, daha öldürücü təsir göstərir.
Baku TV xəbər verir ki, bu səbəbdən mütəxəssislər pandemiyanın ikinci dalğasının daha çətin ola biləcəyini deyirlər.
Həkim Adil Qeybulla bildirir ki, virus mutasiyaya uğradıqda zəifləməyə doğru gedir, amma bəzi ölümcül formalara rast gəlinir:
“Az miqdarda qəbul olunan virusun öhdəsindən gəlmək olur, amma çox olduqda bu, ölümcül olur”.
Mütəxəssislər bildirir ki, yeni növ koronavirus bir il əvvəlki virusdan 260 dəfə təhlükəlidir. Bu da virusa qarşı dərman və ya vaksin üçün problemlər yaradır. Yeni elmi tədqiqatda 11 müxtəlif şəhərin pasiyentlərindən götürülən yaxma analizlər təhlil edilib.
Məlum olub ki, hər nümunə bir-birindən fərqlənən bir mutasiyadır. Beləliklə, təkcə bir tədqiqatda 30 mutasiya aşkarlanıb ki, onlardan 19-u elmə məlum deyil.
Həkim Ramin Nərimanın sözlərinə görə, yay aylarında virusun zəifləmə ehtimalı az olur:
“Artıq bəzi Avropa ölkələrində tədqiqatlar var ki, koronavirus mutasiyaya uğrayıb. Tədqiqatlar göstərir ki, koronavirusun mutasiyaya uğraması onun aqressivləşməsinə gətirib çıxarıb. Bu baxımdan, koronavirusun 4-6 həftə ərzində aktivliyinin artması gözləniləndir”.
Böyük Britaniyanın elmi beyin mərkəzinin mütəxəssisləri araşdırma nəticəsində ilin ilk altı ayı ərzində koronavirusa yoluxanların öskürək və qızdırma kimi əlamətlərin ortaya çıxmasından 13 gün sonra öldüyünü, ikinci yarımildə isə xəstələrin daha tez dünyadan köçdüyünü müşahidə ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 12:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38