Alman professordan Qarabağ açıqlaması: “Rusiyadan çox şey asılıdır“
“Azərbaycan ərazilərinin işğalı və qondarma “respublika”nın yaradılması ermənilərin heç birinə - nə Dağlıq Qarabağ ermənilərinə, nə də Ermənistanda yaşayan ermənilərə xeyir vermədi”.
Bunu alman professor Mixael Hess deyib.
Onun fikrincə, Ermənistan tərəfi çoxdan qoşunlarını başqasının ərazilərdən çıxarmalı idi. Professor qeyd edir ki, bu gün Azərbaycan tərəfi torpaqlarını kifayət qədər uğurla işğaldan azad edir.
“Son 27 ildə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək istəmədi, beynəlxalq ictimaiyyətdə, o cümlədən Minsk qrupunda isə onların icrasını təmin etmək üçün vasitə və qətiyyət olmadı. Bu onu göstərir ki, sadəcə qətnamələrin mövcudluğu onların icrasına zəmanət vermir”, - professor vurğulayıb.
Ekspert döyüş bölgəsindən çox kənarda yerləşən dinc Azərbaycan şəhərlərinə raket zərbələri endirilməsini şokedici və qəbuledilməz adlandırıb.
Bundan əlavə, M.Hess regiondakı digər oyunçuların geosiyasi maraqlarını unutmamaq lazım olduğunu söyləyib:
“Məsələn, Rusiyadan çox şey asılıdır. İndiki gərginləşmədə Rusiyanın mövqeyi çox maraqlıdır. Rusiya hələ də Ermənistanın ən vacib müttəfiqi olsa da, Ermənistanın kömək üçün Rusiyaya müraciət etməsi lazımi cavabla yekunlaşmayıb. Başqa vacib oyunçu – Türkiyədir. Rusiya və Türkiyə təkcə Dağlıq Qarabağ məsələsində deyil, həm də Suriyada və Liviyada bir-birinə təsir göstərir. Bütün bunlar Ermənistanın nə etmək istəməsindən asılı olmayaraq, tam seçim imkanına malik ola bilməyəcəyini göstərir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2020, 13:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-11-2020, 13:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-12-2024, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
29-12-2024, 12:38