“Məqsədimiz yalnız Şuşanı deyil, işğaldakı bütün torpaqları azad etməkdir, bunun üçün...”
Azərbaycan ordusunun uğurlu hücumları fonunda ciddi itkilərə məruz qalan Ermənistanda siyasi vəziyyət də sürətlə mürəkkəbləşməkdədir.
Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov Vətən Müharibəsinin mövcud durumu ilə yanaşı, düşmən ölkədəki siyasi vəziyyət, Rusiya faktoru və proseslərin gələcək inkişaf perspektivlərindən danışıb.
- Tofiq bəy, hərbi müstəvidə aldığı ciddi zərbələrə və məğlubiyyətlərə rəğmən, Ermənistan Azərbaycan ordusuna qarşı müqavimət göstərməkdə davam edir. Düşmənin sillahı yerə qoyaraq problemin diplomatik yolla həllinə səy göstərməməsi, onun üçün hansı nəticələrə səbəb ola bilər?
- Paşinyan rejiminin əsas məqəsdi ondan ibarət idi ki, Rusiyapərəst siyasətdən Qərbpərəst siyasətə dönüş yaratsın. Hesab edirəm ki, artıq bu ssenari həyata keçirilir. Bu gün hərbi əmliyyatları davam etdirməyə səy göstərən Paşinyan istəyir ki, Ermənistan ictimayyətində belə bir fikir formalaşsın ki, Rusiyapərəst siyasətin heç bir perspektivi yoxdur. Digər tərəfdən isə daxildəki müxalifəti, xüsusilə də Rusiyapərəst müxalifəti 5-ci kalon adlandırıb siyasi səhnədən uzaqlaşdırsın. Əsas strategiya bundan ibarətdir.
- Sizcə Qarabağ cəbhəsində böyük itkilər verən Ermənistan düşdüyü ümidsiz vəziyyətdən xilas olmaq üçün hansısa yeni təxribatlara əl ata bilərmi?
- Ermənistan işğal edilmiş əraziləri təkbaşına nəzarətdə saxlamaq gücündə olmadığını dərk etdikcə, böhranı daha da dərinləşdirmək, öz hədəflərinə çatmaq üçün Azərbaycanla sərhəd bölgələrində yeni təxribatlara əl ataraq vəziyyəti bir qədər də gərginləşdirməyə çalışa bilərlər. İndidən bəllidir ki, bu baş verəcəi təqdirdə belə Rusiya Ermənistanın köməyinə gəlməyə tələsməyəcək. Əgər Rusiya bu halda belə Ermənistana kömək etsə, bu, mahiyyət etibarı ilə Paşinyan rejimini gücləndirmək demək olacaq.
Ermənistanda siyasi böhran prosesi davam edir. Hesab edirəm ki, yaxın gələcəkdə Paşinyan yenə də məlum siyasətini davam etdirəcək.
- Tofiq bəy, Gümrüdəki 102-ci rus bazası hər zaman ermənilər tərəfindən Ermənistanın təhlükəsizliyinin qarantı hesab edilib. Sizcə Ermənistanın cəbhədəki uğursuzluqları fonunda Rusiyanın ermənilərə umduqları səviyyədə yardım etməməsi 102-ci bazanın Ermənistandan çıxarılması məsələsini də aktuallaşdıra bilərmi?
- Hesab edirəm ki, baş verən proseslər fonunda Ermənistanın əsas tənqid obyekti sadəcə Azərbaycan yox, həm də Rusiya olacaq. Ermənistan tərəfindən Rusiya bazasına qarşı hansısa addımların atılmasını istisna etmirəm.
Ermənistanın müdafiə sistemi demək olar ki, iflic vəziyyətindədir. Lakin buna baxmayaraq, görürük ki, Paşinyana erməni ictimaiyyəti tərəfindən dəstək hələ də mövcuddur. Hesab edirəm ki, Paşinyan öz strategiyasını sona qədər həyata keçirməyə çalışacaq.
102-ci baza Rusiyanın hərbi strukturudur və məqsədlərdən biri də onu Ermənistandan uzaqlaşdırmaqdır. Qarabağdakı əraziləri itirdikcə ermənilər anlayır ki, onların təhlüəsizliyi Rusiya tərəfindən indi də təmin edilmirsə, deməli, bu məsələdə ayrı bir təminatçı axtarmaq lazımdır. 102-ci bazanın Ermənistanda qalması, həmçinin Rusiyapərəst siyasətin mövcudluğu buna imkan verə bilməz.
- Necə hesab edirsiniz, hazırkı proseslər fonunda Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, onun başqası ilə əvəzlənməsi baş verə bilərmi? Belə bir dəyişikliyin hərbi-siyasi proseslərə də öz təsirini göstərməsi mümkündürmü?
- Ermənistanda yaxın gələcəkdə daha ciddi böhranın baş verəcəyi şübhəsizdir. Həmin böhrana qədər Paşinyan bu xətti davam etdirəcək.
Problem ondadır ki, bu gün Paşinyanın yerini tutmaq istəyən yoxdur. Hamı başa düşür ki, indiki böhran şəraitində kiminsə hakimiyyətə gəlməsi Paşinyanın məsuliyyətdən azad edilməsi, hakimiyyətə gələn şəxsin isə öz siyasi gələcəyini məhv etməsi deməkdir. Belə siyasətçi tapılmır və çətin ki, tapılsın. Bu isə o deməkdir ki, Paşinyanın təxribatçı taktikası davam edəcək.
- Tofiq bəy, ordumuzun Şuşa ətrafında qərarlaşdığı ilə bağlı məlumatlar yayılmaqdadır. Ölkə başçısı da Şuşaya bir nəfəs qədər yaxın olduğumuzu bildirib. Sizcə Şuşa erməni işğalından azad edilərsə, bu, Vətən Müharibəsinin gedişatına həlledici təsir göstərə bilərmi?
- Taktiki baxımdan təhlil etsək, görəcəyik ki, Ermənistan ordusuna zərbələr ən müxtəlif nöqtələrdə endirilir. Azərbaycan ordusunun gücü imkan verir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə endirsin və bir növ erməniləri məcbur etsin ki, öz ehtiyyat qüvvələrini, texnikalaırnı bu və ya digər istiqamətdə hərəkət etdirsinlər. Yəni canlı qüvvə və texnikanın yerdəyişməsi baş versin. Təbii ki, texnikanın bir bölgədən digər bölgəyə daşınması onun məhv edilməsi üçün daha əlverişli şərait yaradır. Bu baxımdan hesab edirəm ki, hərbçilərimiz harda necə hərəkət etmək lazım gəldiyini, hansı yaşayış məntəqəsi və yüksəkliyi nə vaxt, necə tutmaq lazım gəldiyini hər kəsdən daha yaxşı bilir və bu məsələdə onlara hər hansı məsləhət verməyə ehtiyac yoxdur. Bizim məqsədimiz yalnız Şuşanı deyil, işğaldakı bütün torpaqları azad etməkdir. Bunun üçün düşməni məhv etmək, darmadağın etmək lazımdır. Ermənistan ordusuna müxtəlif istiqamətdə endirilən zərbələr də məhz bu məqsədə xidmət edir. /Moderator.az
Paylaş:
Müəllif : Fuad
Tarix:7-11-2020, 22:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-11-2020, 22:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45