İndoneziya mətbuatı Şuşanın erməni işğalından azad edilməsini geniş işıqlandırdı - FOTO
İndoneziyanın kütləvi-informasiya vasitələri Azərbaycan ordusunun keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində Şuşa şəhərinin işğaldan azad olunmasını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, İndoneziyanın “respublika.co.id”, “inews.id”, “kompas.tv”, “minanews.net”, “senayapost.com” və digər KİV-ləri bu tarixi hadisənin elan olunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Şəhidlər xiyabanında xalqımıza etdiyi müraciətindən sitatlara geniş yer veriblər.
Məqalələrdə 28 ildən bəri işğal altında saxlanılan Şuşanın düşmən tapdağından azad edildiyi vurğulanıb. Azərbaycan Prezidentinə istinadla bildirilib ki, 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesi heç bir nəticə verməyib. Qeyd edilir ki, hazırda Azərbaycan Ordusu problemin hərbi yolla mümkünlüyünü döyüş meydanında sübuta yetirir.
Məlumatlarda qeyd olunub ki, uzun müddət işğal altında qalan əzəli Azərbaycan torpaqları rəşadətli Azərbaycan Ordusunun böyük qəhrəmanlığı ilə azad edilir. Ermənistan tərəfi isə danışıqlar prosesindən sadəcə vaxt qazanmaq, status-kvonu möhkəmləndirmək üçün istifadə etməyə çalışıb.
Azərbaycan Prezidentinin Şuşanın azad edilməsi barədə müraciətindən sonra Bakının küçələrinə axışan paytaxt sakinlərinin bu qələbəni böyük sevinc və coşqu ilə qeyd etməsinə də geniş yer verilib.
Məqalələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə qısa məlumat verilərək, işğal altındakı Dağlıq Qarabağ regionunun və ətraf rayonların beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan ərazisi kimi tanındığı vurğulanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-11-2020, 16:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-11-2020, 16:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Dünən, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Dünən, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Dünən, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54