“SON 2 GÜNDƏ ŞUŞA ƏTRAFINDAN 300 MEYİT ÇIXARILIB...” – Paşinyan deyib ki, "Şuşa darıxdırıcı, bədbəxt şəhərdir"
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim “Mənim addımım” fraksiyasının (müxalifət iclasda iştirak etmir) üzvləri qarşısında çıxışı zamanı “Şuşanın satıldığı” barədə onun ünvanına səslənən ittihamlardan danışıb. Bildirib ki, şəhər uğrunda döyüşlərdə Ermənistan ordusu olduqca böyük itkilər verib və bu da satqınçılıq haqda söz-söhbətlərə ziddir.
“Əgər Şuşanı saxlamaq imkanı olardısa, onu saxlayardılar. Mən bu haqda danışmaq istəmirdim, amma məcburam -son iki gündə Şuşa ətrafından 300-dən çox erməni döyüşçüsünün cəsədləri çıxarılıb. 300-dən yuxarı cəsəd. Siz bu döyüşün miqyasını təsəvvür edə bilirsinizmi? Amma hələ də elə adamlar var ki, generalların və ya siyasi rəhbərliyin Şuşanı döyüşsüz təslim etmək tapşırığını verdiyini deyirlər. Belədirsə bu adamlar kimin əmri ilə döyüşüblər və ölüblər?” - Paşinyan bildirib.
Nikol Paşinyan deputatların suallarına cavab verərək bildirib ki, Şuşa darıxdırıcı, bədbəxt şəhərdir.
“Bizə deyirlər, Şuşanı kim satdı? Şuşanı satdılarsa da, son 30 ildə satmışdılar, çünki Şuşa bədbəxt, darıxdırıcı şəhər idi. Şuşaya ehtiyacınız varmı? Lazım idisə, niyə bu vəziyyətdə idi? Bu əraziləri azad etmək lazım idimi? Əgər belədirsə, niyə?”, - Paşinyan deyib.
"Son bir neçə ildə oraya ancaq bir neçə fədakar biznesmen investisiya qoyub. Bu ərazilər 30 il müddətinə təhvil verilib, orada alaq otları yetişib", - deyə Nikol Paşinyan bildirib. (Turan)
Bundan əvvəl Dağlıq Qarabağda hələ də mövcudluğunu qoruyub saxlaya bilmiş qondarma rejimin rəhbəri Araik Arutyunyan Şuşa ətrafından 150-dən çox erməni əsgərinin cəsədinin toplanıb təhvil verildiyini açıqlamışdı.
Qeyd edək ki, təkcə bir epizodda xüsusi təyinatlılarımızın 30-35 nəfərlik qrupu Şuşadan Xankəndinə gedən yolda düşmənin 110-dan çox hərbçisini məhv etmişdi və onların cəsədləri günlərlə yol kənarında qalmışdı. Həmin cəsədlərin görüntüsünü Rusiya sülhməramlıları ilə regiona daxil olan”Reuters” müxbiri də çəkmişdi.
Azərbaycan tərəfinin məlumatlarına görə, düşmən Şuşa uğrunda döyüşlərdə 800 nəfərə yaxın itki verib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2020, 18:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-11-2020, 18:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50