Bəyanatın Paşinyanın imtina etdiyi ilk mətni - Sensasion iddia
Ermənistanın Vatikandakı eks-səfiri Mikayıl Minasyan öz "Facebook" səhifəsində 10 noyabrdakı üçlü Bəyanatdan öncə Baş nazir Paşinyana təqdim edilən, amma onun imtina etdiyi və nəticədə imzalanmayan razılaşma mətnini yayıb.
Minasyan Paşinyanın hər yalan bəyanatına sənədlə cavab verəcəyini bildirib.
“Bu, sənin imzaladığın sənəddən öncə təqdim edilən variantlardan biridir. Bundan sonra sən daha ağır təklif aldın və o kapitulyasiya haqqında sənədi imzalayaraq, çıxışı olmayan situasiya yaratdın”, - Minasyan bildirib.
Qeyd edək ki, Minasyanın yaydığı sənəddə 10 bənd yer alıb. Bu sənədin noyabrın 10-da imzalanan sənəddən xeyli fərqi var.
Əsas fərqlər aşağıdakılardır:
- Erməni silahlı qüvvələri Qarabağda saxlanılır;
- Qarabağdan tərəflərin öz tutduqları mövqelərdə qalmasıyla bağlı heç bir bənd yoxdur;
- Azərbaycana yalnız Ağdam, Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonları qaytarılır;
- Şuşa ilə bağlı heç bir bənd yoxdur;
- Ermənistan münaqişənin tərəfi kimi tanınmır,
- Laçın dəhlizinin eni 10 kilometr (hazırkı razılaşmada 5 kilometrdir) olaraq müəyyən edilir;
- Rus sülhməramlıları köhnə DQMV-nin bütün sərhədinə yerləşdirilir;
- Regionda bütün xarici muzdlular çıxarılır (Qarabağ bəyanatında ümumiyyətlə muzdlu ifadəsi yoxdur);
- Naxçıvanla əlaqənin təmini məqsədilə Azərbaycan üçün yeni yol çəkilir.
Minasyan paylaşımında yalnız Ermənistan rəhbərliyinin sənədə reaksiyasını təqdim edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-11-2020, 20:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-11-2020, 20:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29