Ağdam sakini: “Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir” - FOTO
2020-ci il 20 noyabr tarixi - Ağdamın yağı düşməndən təmizləndiyi şanlı gün. Bu tarix təkcə ağdamlılar deyil, bütün Azərbaycan üçün qürur günüdür.
AZƏRTAC xəbər verir ki, Ağdam sakinləri öz doğma yurdlarına köçməyi səbirsizliklə gözləyir. 27 illik vətən həsrəti bitən ağdamlılar indi ən sevincli anlarını yaşayır.
Ağdamın İsmayılbəyli kənd sakini Əliyev Burcu deyir ki, bizim üçün Ağdamın azad edilməsi xəbəri ən böyük xoşbəxtlik hissidir. Hər zaman arzu edirdim ki, öz doğma ata-baba yurdumda dəfn olunum. Mənim yaşım çoxdur. Ağdamdan çıxdığımız gündən bir an belə inamım itmədi. Hər zaman öz torpağımıza qayıtmaq arzusu ilə yaşadım. Bu gün Müzəffər Ali Baş Komandanın söylədiyi “Ağdam azaddır” ifadəsi bizim üçün əvəzsiz hədiyyə oldu. İndi səbirsizliklə doğma yurdumuza qayıtmağı gözləyirik. Ordumuz var olsun, Müzəffər Ali Baş Komandan sağ olsun, zəfər yürüşümüz düşmənə elə bir zərbə oldu ki, həm torpaqlarımız azad edildi, həm də şəhidlərimizin qisası alındı.
Elmira Əliyeva isə sevinc hisslərini belə ifadə edib: “Bizə bu sevincli anı bəxş etdiyi üçün sağ olsun Müzəffər Ali Baş Komandan, var olsun Ordumuz. Bizim Ağdamda yarım qalan həyatımız yenidən canlanır. Düzdür biz qaçqınçılıq dövründə də dövlətimiz tərəfindən bütün qayğı ilə əhatə olunduq, amma bizim doğma torpaq sevgimiz, həsrətimiz ürəyimizdə bir yara idi. Lakin bu yara indi sağaldı, şəfa tapdıq”.
Alnımızdan məcburi köçkün sözü silindi deyən Əliyev Füzuli indi doğma torpağına qayıtmaq üçün səbirsizlənir. Biz illərdir İmişlidə məskunlaşmışıq. Evlər tikilib, bizə lazımi şərait yaradılıb. Ancaq bu illər ərzində doğma torpağımızdan uzaq qalmaq bizə çətin idi. İndi ən xoşbəxt anı yaşayırıq. Çünki Ağdamımız yağı düşmən tapdağından azad edilib. Bu gözəl anlar üçün Müzəffər Ali Baş Komandana təşəkkür edirik, var olsun şanlı Ordumuz.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-11-2020, 11:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-11-2020, 11:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45