reklam
Regionxeberlericom.az » Araşdırma » İcra Hakimiyyəti tenderi qazanan şirkətin adını niyə gizləyib? - 2 milyonluq təmir...

reklam

İcra Hakimiyyəti tenderi qazanan şirkətin adını niyə gizləyib? - 2 milyonluq təmir...


Gəncə Şəhər İcra Hakimiyyəti növbəti tenderə yekun vurub. Yenisabah.az xəbər verir ki, maliyyə dəyəri 1 milyon 997 min 796.43 AZN təşkil edən müqaviləyə görə Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri - abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə 11 iyul 2020-ci il tarixində şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərdə sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmiri həyata keçirilməlidir.
Ad - 00:18ƏTRAFLIHero BabyMaraqlıdır ki, dövlət satınalmalarının internet portalında qalib şirkətin adı yoxdur. Daha doğrusu, qalibin adı Gəncə Şəhər İcra Hakimiyyəti kimi göstərilib. Əlbəttə bunu texniki yanlışlıq kimi qiymətləndirmək olardı. Əgər VÖEN nömərsilə araşdırma apardıqda qalibin “Ərdağı” MMC olması üzə çıxmasaydı. Bu və tender barədə detallı məlumatın olmaması qalibin adının məqsədli şəkildə gizlədildiyinə şübhələri artırır. 
Məsələ buradındadır ki, “Ərdağı” MMC şübhəli tenderlər üzrə ixtisaslaşmış şirkət kimi tanınır. Bu şirkətin “müştəriləri” isə əsasən Gəncə, Goranboy və Göygöl rayonlarıdır.
Elə bu il iyunun 8-də Gəncə Şəhər İcra Hakimiyyəti bu MMC ilə maliyyə dəyəri 3 milyon 174 min 710 manat 26 qəpik olan müqavilə imzalayıb. Şirkət bu məbləğə Gəncədə abadlıq-quruculuq işlərini həyata keçirib. 
İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri “Asfaltzavod”da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Qeyri-rəsmi məlumatlara görə, MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov proxy şəxsdir. Şirkət əslində Gəncədəki məmurlardan birinə məxsusdur.
 




Paylaş:


Müəllif : Tarix:
25-11-2020, 16:53
Sikayət   


loading...
Загрузка...