Həkim ginekoloq: “Azərbaycan qadınlarının ana ola bilməməsinin başlıca səbəbi...” - MÜSAHİBƏ + FOTO
Son günlər Bakıda 63 yaşlı Gövhər Cəfərovanın ana olması ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Noyabrın 10-da oğlan dünyaya gətirən xanım illərdir övlad yolu gözlədiyi üçün ona Zəfər adını verib.
İllərdir övlad həsrəti çəkən ananı arzusuna çatdıran isə Uzman həkim ginekoloq Öndər Tulumbacı olub. Həkimlə söhbətimizə bu mövzu üzərindən başlasaq da bir çox maraqlı məqamlara da toxunduq. Süni mayalanma ilə bağlı bir çox suallarınıza cavab tapa biləcəyiniz material hazırlamağa çalışdım.
Oxu.Az 22 ildir süni mayalanma sahəsində mütəxəssis olan Uzman həkim ginekoloq Öndər Tulumbacı ilə müsahibəni təqdim edir:
- Əvvəlcə bir qədər özünüz haqqında məlumat verərdiniz… Neçə ildir Azərbaycanda yaşayırsız?
-Artıq uzun illərdir ki, burada yaşayıram. Həyat yoldaşım da azərbaycanlıdır. İlk dəfə 2004-cü ildə bura gəlmişəm. İki əkiz qızım var. Uzun illərdir ki, bu sahədə çalışıram.
-Süni mayalanma prosedurunun uğurlu olub-olmadığını hansı müddət ərzində bilmək olur?
- Cütlüklər bizə müraciət edəndə prosedur çərçivəsində ilk olaraq hər hansı bir xəstəliklərinin olub-olmadığını yoxlayırıq. Zəruri yoxlamalardan sonra övlad sahibi ola bilməmələrinin səbəbi müəyyənləşdirilir. Kişidən nümunələr də götürülür və aidiyyəti üzrə laboratoriyada yoxlanılır. Qadın müayinə olunur. Bu müayinələr hər xəstəyə görə dəyişdiyi üçün standart bir neçə müayinə demək olmur. Pasiyentə görə individual yanaşılır. Məsələn, qadında fibroma varsa o aradan götürülür. Uşaqlıq yolunda hər hansı patologiya varsa əvvəlcə o müalicə edilir və s.
Ümumiyyətlə hər bir normal qaydada hamilə qalan xanımlarda hamiləlik dövründə hansı risklər mövcuddursa, süni mayalanma proseduru ilə hamilə qalan xanımlarda da eyni risklər mövcuddur. Odur ki, bütün bunlar əvvəlcədən pasiyentlərə bildirilir. Düşük riski, ilk dəfədən hamiləliyin alınmaması ilə bağlı və s. Bu dövr ərzində gərginlik, çətinlik olur. Lakin sonda həm sevinc, həm də kədər ola bilir. Cütlüklər buna psixoloji cəhətdən hazırlıqlı olmalıdırlar.
-Xüsusilə bir müddət əvvəl 63 yaşlı xanımın ana olması geniş müzakirələrə səbəb oldu. İstərdim bir az bu barədə danışasız.
-Gövhər xanım mənə iki dəfə müraciət etmişdi. Sözün düzü mən bu mövzuda tərəddüd edirdim. Xanımın yaşı və gələcəkdə dünyaya gələcək uşağın valideynlərindən birini erkən yaşda itirmə riski var. Əslində, süni mayalanma proseduru ilə bağlı müəyyən qanunların olması yaxşı olardı. Çünki, Azərbaycanda ortalama yaş həddi 70-80 yaş arası olduğunu nəzərə alsaq, bu riski göz önündə saxlamaqda fayda var. Bu səbəbdən iki dəfə imtina etmişdim.
Lakin, xanım çox israr etdi. Həkim kimi deyil də, bir insan olaraq qarşınızdakı insanın övlad sahibi olmaq üçün can atdığını görürsüz. Bu hiss bir başqadır. Xanımı tam “check-up” müayinədən keçirdik. Yaşına görə, orqanizminin kifayət qədər yaxşı vəziyyətdə olması bu prosesə başlamağıma səbəb oldu.
-Bəzi insanlar bu məsələyə müxtəlif prizmadan yanaşdı. Cəmiyyətdə bir qrup yaşından dolayı xanımı, digər bir qrup isə bu işi sırf pul xətrinə həyata keçirdiyinizi düşünərək sizi qınadı…
-Yəni, Kiprdə bu məsələdə təxminən 45 yaşdan yuxarı şəxslərin süni mayalanma proseduruna müraciət etməsinə üstünlük verilmir. Xəstəyə tövsiyə edilir ki, bu prosedura hansı səbəblərdən müraciət etməsi məqbul hesab olunmur. Amma Azərbaycanda bu gün belə bir qanun yoxdur ki, bu prosesi tənzimləsin.
Bilirsiz, bu kimi məsələlər hər zaman olur. Ona görə ki, bildiyim qədər Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hələ də qüvvəyə minməyib. Düşünürəm ki, bu məsələdə ciddi qərarların alınmasının zamanı gəlib, hətta keçir. Çünki, bu gün bizim əlimizdə qanunla hər hansı sənəd yoxdur ki, bu mövzuda hansı yaş qrupu aralığında olan şəxslərə süni mayalanma ilə bağlı xidmət göstərmək olar, hansılara yox.
Daşıyıcı ana ilə bağlı da Azərbaycanda heç bir qanun layihəsi yoxdur. Bu proseslə bağlı hazırda nə icazə var, nə də bunun tətbiqi üçün zəruri olacaq baza var.
Bu gün Gövhər xanım mən də olmasam, başqa bir həkimə müraciət edəcəkdi. Çünki, övladı olmasını çox istəyirdi. Biz proseduru yekunlaşdırdıq və xanım hamilə qaldı. Amma hamilə qalmaq hələ hər şey bitdi demək deyil. 9 aylıq bir hamiləlik dönəmi zamanında müəyyən problemlər yaşana bilər. Xanımın yaşını da nəzərə alsaq, təzyiq, şəkər, orqanizmdə gedən dəyişikliklər erkən doğuma da səbəb ola bilir. Şükür ki, Gövhər xanımın hamiləliyini 33-cü həftəyə qədər gətirdik. Daha sonra qeysəriyyə üsulu ilə uşağı götürməyə məcbur olduq, çünki ana bətnində uşağın sağlamlığı üçün təhlükə yaranırdı. Çəkisi 2 kq 500 qram olan bir oğlan uşağı dünyaya gəldi. Ananın və uşağın sağlamlığında heç bir problem olmadı və onlar qısa zamanda evlərinə yola salındılar. Nəzarətdə saxlayırıq, yaxın günlərdə ana da, uşaq da yoxlanışa gələcəklər.
- İnsanlar bunun sırf rekord və ya həkimin piarına yönələn addım olduğunu düşünür...
- Bu çox yanlış fikirdir. Bizim burada elə niyyətimiz olmadı. Bu gün mən 300-400 nəfərə yaxın qadının hamiləliyinə nəzarət edirəm. Bu hamilələrin təxminən 50 faizi 40 yaşdan yuxarı qadınlardır. Hamilələrimizin 10 faizini isə 50 yaşdan yuxarı qadınlar təşkil edir ki, bu da bu istiqamətdə təcrübəli olduğumuzu göstərir.
Gövhər xanımın övladını dünyaya gətirdiyi ərəfədə 52 və 54 yaşlı daha iki hamiləmiz də doğum həyata keçirib. Təbii ki, qeysəriyyə üsulu ilə.
- Əslində nənə-babalarımız əvvəlki dövrlərdə 45 yaşında da uşaq sahibi olublar.
- Əlbəttə. Sadəcə olaraq onların dövrü ilə bizim dövrümüz bir deyil. İnsanlıq illər keçdikcə cılızlaşır. Bizim atalarımız, əmilərimiz ucaboy, canlı-cüssəli olublar. Amma bizim uşaqlarımız daha zəif olacaqlar. O dövrdə fiziki əmək fəaliyyəti çox idi. İndi dünyanı bir düymə ilə idarə etmək mümkündür. Oturaq iş, kompüter arxasından ən uzaq məsafələrdəki işi belə idarə etmək insanların fiziki aktivliynin olmaması da əslində dövrümüzün problemidir. Bütün bunlar sonsuzluq probleminin artmasına səbəb olur.
- İllərdir övlad sahibi olmaq istəyən qadınların yaşadığı uğursuz hamiləliklər süni mayalanma zamanı neqativ nəticələrə səbəb olurmu?
- Əslində bəli, bu da bir faktordu. İllərdir uşaq sahibi olmaq istəyən xanımlarda ciftin yerləşməsində problemlər olur. Bundan başqa döl bir neçə dəfə tələf olubsa, bu da müəyyən patologiyalar yarada bilir.
- Hər müraciət edən pasiyentə süni mayalanma proseduru tətbiq edilirmi?
- Xeyr təbii ki. Müraciət edən cütlüklər bütün yoxlamalardan keçirilir. Cütlüklərin ayrı-ayrılıqda problemləri müəyyən olunur. Zəruri müalicə üsulları seçilir və tətbiq edilir. Əgər bu müalicə nəticəsində heç bir effekt əldə olunmazsa, ən son çıxış yolu kimi süni mayalanma tətbiq edilir. Bu bizim üçün ən son variantdır. Biz həkim olaraq bu mərkəzlərə süni mayalanma mərkəzi deyil, sonsuzluqla mübarizə mərkəzi kimi baxırıq.
Amma bəzi pasiyentlər var ki, onlara əbəs yerə müalicə təyin etmirik. Onların övlad sahibi ola bilməsi üçün tək yol süni mayalanmadır. O xəstələrin də nəticə verməyəcək müalicələrə cəlb olunmasına ehtiyac yoxdur. Səhv müalicələrin özü də orqanizmdə müəyyən fəsadlar yarada bilir.
Bundan başqa sırf ehtiyacdan deyil, cinsiyyət seçimi ilə bağlı, əkiz və ya üçəm uşaqlarla bağlı müraciət edənlər də olur. Məsələn, elə ailə var ki, iki qız övladı var, sırf oğlan uşağı üçün müraciət edir. Halbuki, cütlüklərin heç birində problem yoxdur. Biz bu cür müraciətləri nəzakətli formada geri çeviririk. Çünki bu proses zəruri olacaq cütlüklərə tətbiq olunmalıdır, sırf pul xətrinə hər istəyənə (həqiqətən də orqanizmdə bir problem yoxdursa) bunu etmirik.
- Gündə nə qədər xəstə qəbul edirsiz?
- Gün ərzində 100-ə yaxın cütlük süni mayalanma üçün müraciət edirsə, onların hamısına süni mayalanma edilmir. Onların 50-si süni mayalanmadırsa, 50-si müəyyən qadın və kişi problemləri ilə bağlı olur. Onlara da müalicə xidməti göstərilir.
- Necə düşünürsüz, ailələrdə övlad probleminin yaşanmasında gec qurulan evlilik nə qədər rol oynayır?
- Bu məsələnin də sözsüz ki, rolu var. Lakin, daha önəmli faktorlar da var. Ailələr erkən evliliyə meyillidirlər. Ancaq hər erkən ailə quran cütlük erkən də övlad sahibi olmur. Bu da o deməkdir ki, məsələnin kökündə başqa problemlər dayanır. Mən ilk dəfə 2004-cü ildə Azərbaycana gəlmişdim. O illərdə yediyim pomidorun dadını indi ala bilmirəm. Paralel olaraq ekoloji faktor da önəmlidir. O dövrdə bu qədər çox binalar tikilmirdi, nəqliyyat vasitələrinin sayı bu qədər çox deyildi, insanlar bir bu qədər gərgin, stresli rejimdə çalışmırdılar və s. səbəblər. Kapitalizm Azərbaycana sanki daha sürətlə gəldi. Yuxusuzluq, konserv məhsullardan çox istifadə də buna səbəb olan amillərdəndir.
Məsələn, əvvəllər insanlarda evdə hazırlanan yeməklərdən, içkilərdən, şorabalardan daha çox istifadə edirdi. Tərkibinin nə olduğunu bilirdik. Amma indi qonaqlıqlar belə restoranlarda verilir, konservant məhsullardan istifadə olunur. Siqaret, alkoqollu içki və xüsusilə də energetik içkilərdən istifadə artıb.
- Azərbaycanda süni mayalanma prosesi digər ölkələrə müqayisədə yenidir. Qiymətlər isə bütün dövrlərdə baha olub, elə deyilmi?
- Ümumiyyətlə, Azərbaycan daxilində ilk dəfə süni mayalanma proseduru 2004-cü ildə həyata keçirilib. O dövrdə bu prosedur mövcud dövrlə müqayisədə çox-çox bahalı idi. İndi də ucuz deyil, amma o dövrdə daha da bahalı idi. Ona görə, hər kəsin imkanı olmurdu ki, Türkiyəyə, İrana və ya başqa ölkələrə gedib süni mayalanma prosedurundan faydalansın. 2010-cu ildən sonra Azərbaycanda bu sahədə ciddi inkişaf baş verdi. Süni mayalanma mərkəzləri açıldı. Belə olan halda övlad sahibi ola bilməyən ailələrin ümid yeri artdı.
- Bəs mümkündürmü ki, yumurta hüceyrələri normasında olmayan qadına başqa bir qadının yumurta hüceyrəsi köçürülsün? Praktikanızda belə bir məqam olubmu?
- Bu mövzuda onu deyə bilərəm ki, Türkiyə ilə müqayisədə Azərbaycanda qadınların yumurta hüceyrələrinin aktivlik vəziyyəti çox yaxşıdır. Azərbaycanlı xanımların çox az bir qismi siqaret, alkoqollu içkidən istifadə etdiyi üçün ümumiyyətlə böyük əksəriyyətində hüceyrə köçürülməsinə ehtiyac olmur. Azərbaycanda mənim pasiyentlərim arasında 100 qadından bəlkə 2-3-ü siqaret çəkirsə, Türkiyədə 100 qadından 95-i siqaret çəkir. Bu da yumurta rezervlərini aşağı endirir.
Başqa bir faktor yaş irəlilədikcə qadınlar klimaks dövrünə girir və yumurta hüceyrələrinin sayı kəskin azalır. Bu fakt süni mayalanma üçün müraciət edən xəstələrin 15 faizində rast gəlinir. Orta hesabla 100 xəstədən 15-i bu problem qarşılaşır.
- Süni mayalanma ilə dünyaya gələn uşaqların müxtəlif patologiya və ya anomaliya ilə dünyaya gəlmə riski nə qədərdir?
- Əslində süni mayalanma ilə dünyaya gələn uşağın digər uşaqlardan heç bir fərqi yoxdur. Müxtəlif xəstəliklərlə dünyaya gəlmə ehtimalı isə hər zaman var. Məhz bu səbəbdən bu sahədə qanun layihənin qəbul edilməsinə ehtiyac var. Süni mayalanma prosesinin tətbiqindən əvvəl cütlüklərə bu və digər ehtimallar izah edilir, onların razılığı alınır. Daha sonra bu mövzu ilə məşğul olan əməkdaşlar zəruri sənədlərin imzalanmasını təmin edir. Bizim bu mövzuda bütün prosedurlarımız mövcud qaydalar çərçivəsindədir.
- Süni mayalanma prosedurunun talassemiya xəstələrinə də kömək etdiyinə dair fikirlər var. Heç belə praktikanız olubmu?
- Doğrudur, təəssüf ki, bu gün Azərbaycanda talassemiyadan əziyyət çəkən uşaqlar var. Onların müalicəsində kifayət qədər qan köçürülməsinə ehtiyac olur. Müalicə prosesində ilik nəqlinin köçürülməsi önəmli faktordur. Bu köçürmə isə yalnız ana-atanın toxumalarına uyğun bir donordan olmalıdır. Məsələn, talassemiya xəstəsi uşağı olan ailə bizə müraciət edir. Biz onlardan nümunə götürüb tək gen üzərindən embrion hazırlayırıq. Daha sonra embrion aidiyyəti üzrə qadının uşaqlığına qoyulur və hamiləlik dövrü izlənilir. Dünyaya gələcək uşaq öz bacısına və ya qardaşına ilik verərək onu xilas edə bilir. Əslində, süni mayalanmanın bir faydası da budur.
- Süni mayalanma zamanı genlərdə olan irsi xəstəliklərin təmizlənməsi mümkündürmü?
- Tam olaraq belə demək olmaz. Amma məsələn ailədə tək gen xəstəlikləri var (qalaktozemi və s) ki, uşaqlarda anomaliyaya səbəb ola bilər. Bu tip şərtlərdə dünyaya sağlam uşaq gəlmir. Biz bu zamanda həm qadının, həm kişinin genetik koduna baxırıq. Xəstəlik aşkarlanan gen çıxarılır və təmiz genlər embrionda istifadə edilir. Bu prizmadan yanaşsaq nisbətən də olsa, süni mayalanma zamanı genlərdə müəyyən xəstəliklərin təmizlənməsinə nail olmaq olur.
Eyni zamanda hər kəsin qorxduğu xərçəng xəstəliyi. Qadınlarda çox vaxt süd vəzi xərçənginə rast gəlinir. Gendə belə bir xəstəliyi olan cütlüklər qız övladlarında bu xəstəliyin olma riskini daha da azaltmaq istəyirlərsə, o genlər təmizlənir. Hətta bu təmiz genlər dondurulub, gələcək nəsilə də ötürülə bilər. Təbii ki, bu genetik faktorun önəmli olduğu xəstəliklərə aiddir. Bu zaman 50 faizə qədər risk azalmış olur.
Həkim onu da qeyd edib ki, hər birimiz hər gün xərçəng olub, sağalırıq. İnsan bədəni hər gün öz-özünü təmizləyərək yeniləyir. Belə ki, anormal parçalanma zamanı orqanizmdə olan onko genlər təmizlənir.
- Süni mayalanma prosedurunun qiyməti nə qədərdir və meyar nələr əsasında dəyişir?
- Bu gün süni mayalanmanın qiyməti 3700 AZN-dir. Buraya xəstənin analizlərinin qiyməti, embrion yerləşdirildikdən sonra istifadə edilən dərmanların qiyməti daxil deyil. Sadəcə cütlüklərdən nümunələrin götürülməsi və embrionun hazırlanaraq yerləşdirilməsi buna daxildir.
- Tibbdən uzaq bir sual vermək istəyirəm. Soğan suyu qadın xəstəliklərinin, xüsusilə uşaqlıq xərçənginin qarşısının alınmasında effektiv vasitə kimi göstərilir. Bu sualı verməyimin səbəbi sosial şəbəkələrdə soğan suyunun faydaları barədə bir çox video və məlumatların yayılmasıdır.
- Bu yazılmamış qanun kimidir. Əslində soğan suyu ilə yanaşı bir çox başqa təbii üsullardan istifadə edilir. İnsan orqanizminə ziyanı varmı? Xeyr. Xeyri varmı? Tibbi cəhətdən isbat olunmayıb. Odur ki, bu sadəcə insanların inandıqları şəkildə özlərinə hər hansı bir vasitə axtarmasıdır.
- Doğrudur bizdə bu mövzuya birmənalı yanaşma yoxdur. Sadəcə olaraq maraqlıdır, eynicinsli cütlüklərdən sizə övlad sahibi olmaq üçün müraciət edənlər olubmu?
- Bu sualı ilk dəfədir alıram, sözün düzü. Mənə müraciət edilməyib. Amma özümə də maraqlıdır ki, belə bir müraciət olsa necə qarşılayaram. Hələ ki, rastlaşmamışam bu hal ilə.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2020, 12:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-11-2020, 12:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24