reklam
Regionxeberlericom.az » Araşdırma » Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - Detallar

reklam

Minsk Qrupunun Qarabağda məqsədi bu imiş... - Detallar


Prezident İlham Əliyev dekabrın 1-də Laçının azad olunması ilə bağlı xalqa müracətində münaqişənin tənzimlənməsi prosesinin gedişatı ilə bağlı bir sıra olduqca önəmli ismarıclar səsləndirdi, bir sıra önəmli məqamlara toxundu.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, hər kəsə bəlli idi ki, münaqişənin tənzimləmə prosesində baza prinsipləri müzakirə predmeti idi və baza prinsiplərində də “5+2” variantında rayonların azad olunması məsələsi müzakirə edilirdi:

“Cənab Prezident xalqa müraciətində həmin prosesin detallarına toxundu və qeyd etdi ki, ilkin olaraq 5 rayonun qaytarılmasından söhbət getsə də 2 rayonun, yəni Kəlbəcər və Laçının qaytarılması məsələsində ATƏT-in Minsk qrupu qeyri-adekvat davranış ortaya qoyurdu, deyirdilər ki, “siz müharibədə məğlub dövlətsiniz və 5 rayon sizə verilirsə, bu çox böyük hadisədir”, 2 rayona gəldikdə isə şərt irəli sürürdülər ki, Dağlıq Qarabağın taleyi, statusu müəyyən edilir, yəni faktiki olaraq Dağlıq Qarabağ Azərbaycandan qoparılır, əvəzində isə Kəlbəcərin Azərbaycana verilməsi deyilir, Laçın məsələsi isə yenə də həllini tapmamış məsələ kimi qalırdı və Laçın dəhlizi məsələsində yenə də Ermənistanın maraqları nəzərə alınırdı. Faktiki olaraq Laçının da Azərbaycana verilməsi müşkül məsələ idi. Bütün bu detalları cənab Prezident xalqa müraciətində açıqladı".

Deputat ın sözlərinə görə, bütün bunlar göstərir ki, əslində beynəlxalq təşkilatlar, xüsusilə Minsk qrupu münaqişəni Ermənistanın maraqları əsasında həll etməyə cəhd edirdi: "Beynəlxalq təşkilatların münaqişənin həllində mövqeləri ikili standartlardan irəli gəlirdi. Heç bir halda onlar təcavüzkara təzyiq göstərib onu beynəlxalq hüquqi müstəvidə münaqişənin həllinə cəlb etmək istəmirdi, əksinə Azərbaycanın kompromisə getməsini istəyirdilər, Azərbaycanın maraqlarının ziddinə olan bir mövqe ortaya qoyurduar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası ilə bağlı heç bir addım atmır və beləliklə niyyətləri o idi bu münaqişə dondurulmuş vəziyyətdə qalsın. Beləliklə də işalçı tərəfdə bir arxayınçılıq sindiromu formalaşmışdı və növbəti təxribatlar törətməyə şirniklənirdi.

Təbii ki, Azərbaycan bununla heç zaman razı ola bilməzdi. Son sözü isə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu dedi. 44 günlük müharibədə Azərbaycan tarixi qələbəyə imza atdı və yeni reallıq yaratdı. O reallıqlar ki, həm Ermənistan, həm də beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu razılaşmağa məcbur oldu”.


Paylaş:


Müəllif : Tarix:
3-12-2020, 20:26
Sikayət   


loading...
Загрузка...