Keçən il Şuşaya bayraq taxmağı arzulamışdı, bu il həmin gün şəhid oldu - Video
Məlum olduğu kimi, bu gün Azərbaycanda Vətən müharibəsi şəhidləri anılır. Bu şərəfli gündə şəhidlərlə bağlı hazırladığımız reportajları bir daha sizə təqdim etməkdən qürur duyuruq:
Ötənilki Bayraq Günündə Şuşaya bayraq sancmağı arzulayan məktəb direktoru builki Bayraq Günündə Şuşa uğrunda döyüşlərdə şəhid olub.
“Qafqazinfo”nun əməkdaşları Ağstafa rayonunun Qırılı kəndində olub, 4 xarici dil bilən şəhidimiz Elvin İmaməliyevin ailəsindən reportaj hazırlayıblar.
Oğlunun igidliyi ilə qürur hissi keçirdiyini vurğulayan E.İmaməliyevin atası Elsevər İmaməliyev deyir ki, Elvin ordu sıralarına qoşulmağı özü arzulayıb:
“Atam da, babam da, onun atası da evin tək oğlu olub. Mən də evin tək oğluyam. Elvin də tək oğlan idi. Bu silsiləni Elvin pozdu, onun iki oğlu var. Amma özü şəhid oldu…”
Qəhrəman atası danışır ki, Elvin İmaməliyev fransız dili üzrə təhsil alıb və bununla yanaşı alman, ingilis, rus dillərini də öyrənib.
Bakıda neft sahəsində ixtisaslaşan Fransa şirkəti ona yüksək maaşla iş təklif etsə də, Elvin bundan imtina etməli olub. Körpəlikdən nənə və babasının yanında böyüyən Elvin nənəsinin sözü ilə kəndə, onun yanına qayıdıb. Bir müddət fransız dili müəllimi kimi işləsə də, sonradan yüksək balla direktor vəzifəsinə qəbul olub.
Elvin İmaməliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinə könüllü yazılıb, 29-da isə cəbhəyə yollanıb. Noyabrın 9-da Qırmızı bazar kəndi uğrunda döyüşlərdə mərmi yarası alaraq qəhrəmancasına şəhid olub.
Şəhid məktəb direktorundan yadigar isə iki azyaşlı oğlu qalıb. Babalarının sözlərinə görə, qəhrəmanımız şəhid olan gün büküldüyü bayrağı nəvələri “Atamın bayrağı!” deyə adlandırıblar...
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2020, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-12-2020, 10:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti