Rasim Musabəyovu kim danışdırır? – Babasının açdığı cığır…
Deputat Rasim Musabəyov növbəti dəfə tənqid hədəfinə gəlib. Bu dəfəki məsələ “popkorn qalmaqalı”ndan daha ciddi xarakter daşıdığla görə ünvanına səsləndirilən tənqidlər də sərtliyi ilə fərqlənir.
Cənab Musabəyovun tənqidə məruz qalmasının səbəbi isə onun Türkiyə ordusunun Qarabağa gəlməsinə etiraz etməsidir. Deputat hesab edir ki, Türkiyə ordusunun bölgəyə yerləşdirilməsi regiondakı təhlükəsizliyə zərər verə bilər.
İkinci Qarabağ savaşı başlayanda Azərbaycana birmənalı dəstək verənlərdən biri və birincisi Türkiyə olub. Türkiyənin hərbi-siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, Ankara Bakının yanındadır və Azərbaycanın haqq işində ona hər cür dəstək verməyə hazırdır.
Qarabağ savaşında Azərbaycan Ordusunun uğurlarında Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının da əhəmiyyətli payı var.
Azərbaycana qarşı beynəlxalq təzyiqlərin neytrallaşdırılmasında Ankaranın səyləri yüksək qiymətləndirilməlidir. Məhz Türkiyənin Azərbaycana birmənalı dəstəyi regiondakı maraqlı oyunçuların prosesə birbaşa müdaxiləsini əngəlləyən faktorlardandır.
Azərbaycan və Türkiyə İkinci Qarabağ savaşında “Bir millət iki dövlət” deyimini real platformaya çevirdi və iki ölkə arasında hərbi müttəfiqlik məsələsi gündəmə gəldi və cəmiyyətdən ciddi dəstək gördü.
Siyasi analitiklər hesab edir ki, mövcud geopolitk şərtlər daxilində Türkiyə ordusunun Qarabağda yerləşdirilməsi Azərbaycan milli maraqları baxımından məqsəduyğundur.
Heç bunu anlamaq üçün siyasi analitik olmağa ehtiyac da yoxdur. Amma hansısa səbəbdən həm də politoloq olan Rasim Musabəyovun bunun əksini düşünür. Türkiyə ordusunu regionun təhlükəsizliyi üçün zərərli hesab edir.
Rasim Musabəyov bu fikirləri Azərbaycan dilində səsləndirsəydi, fikrini doğru ifadə etmədiyini düşünmək olardı. Çünki Azərbaycanın millət vəkili olsa da, cənab Musabəyov doğma dilində ən azı eks xarici işlər naziri Elmar Məmmədyarov kimi axsayır. Amma deputat fikrini Azərbaycandan dili ilə müqayisədə daha səlis danışdığı rus dilində ifadə edib. Bu baxımdan, Musabəyovun dili dolaşdığını, yaxud Azərbaycan dilinin imkanlarından yaxşı yararlana bilmədiyini düşünmək sadəlövhlük olardı.
Yeri gəlmişkən, cəmiyyəti qıcıqlandıran səbəblərdən biri də Rasim Musabəyovun Türkiyə ordusunun “zərəri” barədə rus dilində danşımasıdır. Avtomatik olaraq bu insanların şüurunda Rusiya sülhməramlılarına priveligiyalar verməsi kimi assosiasiya olunur.
Təəssüf doğuran odur ki, Rasim Musabəyovun mövqeyi ciddi-cəhdlə Türkiyəyə qarşı kampaniya aparan, türk hərbçilərini Qarabağda görmək istəməyən Ermənistan rəsmilərinin yanaşması ilə üst-üstə düşür. Amma deyəsən, Musabəyov bunun fərqində deyil. Heç dediklərinə aydınlıq da gətimək istəmir. Ona zəng vuran media nümayəndələrinə “əl çəkin məndən” deyir. Sanki haqlı olduğuna görə ittiham edilir.
Rasim Musabəyov bolşevik Qəzənfər Musabəyovun nəslindəndir. İllərlə Azərbaycanda bolşevik hakimiyyətinin qurulması uğrunda mücadilə verən və sonda elə bolşevik daktiturasının qurbanına çevrilən Qəzənfər Musabəyovun.
Əlbəttə Rasim Musabəyov babasının mövqeyinə, əməllərinə görə ittiham edilə bilməz. Babasının yolunu getmədiyi sürəcə...
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2020, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-12-2020, 14:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09