“Qələbəmiz “beşinci kalon”u məyus edib” - Vahid Əhmədovdan Musabəyovun açıqlamalarına MÜNASİBƏT
Milli Məclisin deputatı Vahid Əhmədov həmkarı Rasim Musabayovun Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsinə qarşı səsləndirdiyi fikirlərinə sərt cavab verib.
Vahid Əhmədov Rusiyanın Azərbaycandakı "beşinci kalonu" yenidən fəallaşmağa başladığını bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsi dövründə "beşinci kalon" Azərbaycan Ordusunun məğlub olacağını düşünürdü:
"Ancaq Vətən müharibəsində Ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz düşmənlər kimi "beşinci kalon"u da məyus edib. Onlar bunu gözləmirdilər. İndi "beşinci kalon"un yenidən fəallaşmasının səbəblərindən biri də məhz budur".
Deputat deyib ki, 44 günlük müharibədə qardaş Türkiyənin Azərbaycana dəstəyi böyük olub:
"Ümumiyyətlə, kimliyindən asılı olmayaraq Türkiyəyə qarşı bu cür yersiz fikirlər səsləndirmək yolverilməzdir. İndi Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. 44 günlük müharibə bir daha onu göstərdi ki, Türkiyədən olan qardaşlarımız sonadək yanımızdadırlar. Qardaş Türkiyə bütün istiqamətlərdə bizə dəstək oldu. Ona görə də qardaş Türkiyənin ünvanına xoşagəlməz fikirlər sələndirmək əsl azərbaycanlıya yaraşmaz. Hər kəs qardaş Türkiyə ilə bağlı danışanda fikirlərinə diqqət etməldir.
Əksinə, biz çalışırıq ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq daha da genişləndirilsin, Türk əsgərləri Qarabağa gəlsinlər, Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə dayansınlar. Hansısa deputat isə durub deyir ki, bu düzgün deyil. Axı niyə düzgün deyil? Mən bir daha açıq deyirəm ki, 44 günlük müharibədən sonra "beşinci kalon" yenə dirçəlməyə başlayıb. Buna imkan vermək olmaz. Bu adamları Azərbaycandakı "beşinci kalon"un başları ilə bərabər birdəfəlik əzmək lazımdır. Artıq bunun vaxtı gəlib çatıb.
Eyni zamanda Milli Məclisin İntizam Komissiyası da Türkiyə əleyhinə səsləndirilən fikirləri araşdırıb lazımı addım atmalıdır". /Demokrat.az
Paylaş:
Müəllif : Fuad
Tarix:5-12-2020, 14:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-12-2020, 14:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54