Sərt karantin hansı nəticələri verəcək?
COVİD-19-a yoluxma sayında müşahidə edilən artım tempi karantin rejiminin sərtləşdirilməsini zəruri edirdi.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib. Onun sözlərinə görə, COVİD-19-a yoluxma hallarının sayının artması ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini tələb edirdi.
Y.Abdiyeva əlavə edib ki, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 4000-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır.
Sərt karantin tədbirlərinin yalnız Azərbaycanda deyil, bir çox dünya ölkələrində tətbiq edildiyini nəzərə çatdıran Y.Abdiyeva hesab edir ki, bir çox rayon və şəhərlərdə hərəkətə məhdudiyyətin qoyulması nəticəsində yoluxma sayının azalması mümkün ola bilər:
"Ümid etmək olar ki, sərt karantinin tətbiq ediləcəyi iki həftə ərzində insanların bir-biri ilə təması azalacaq və bu da sonda yoluxma sayının azalmasına səbəb olacaq".
Paylaş:
Müəllif : Fuad
Tarix:9-12-2020, 08:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-12-2020, 08:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti