İkinci Qarabağ savaşının şəhid tələbələri - Hansı universitet neçə şəhid verib?
Bakı Slavyan Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov 100-ə yaxın məzunun müharibədə iştirak etdiyini qeyd edib:
"Azərbaycan xalqının Qarabağ uğrunda apardığı ədalətli Vətən müharibəsində Bakı Slavyan Universitetinin 100-ə yaxın məzunu iştirak edib. Onlardan üç nəfəri - Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun kollektivi həmişə onların xatirəsini əziz tutacaq.
Bundan başqa döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən və yaralanan qazilərimiz də var. Qeyd edim ki, həm şəhidlərimizin həm də həmin yaralı tələbələrin ailəsi Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyevanın xüsusi diqqətindədir. Həmçinin prezident tərəfindən Milli Qəhrəman adı verilən şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də bizim universitetin IV kurs tələbəsidir və ona da universitet rəhbərliyi diqqət ayırır .
Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı hərbi qulluqçularımıza isə şəfa diləyirik! Qarabağ Azərbaycandır!".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şahanə Müşfiq adıçəkilən universitetdən 3 məzunun şəhid olduğunu diqqətə çatdırıb:
"44 gün davam edən Böyük Vətən müharibəmizdə şəhid olan igidlərimiz arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları da var.
Bağırov Süleyman Loğman oğlu 2010-2014-cü illərdə ADMİU-da Sənətşünaslıq ixtisası üzrə təhsil alıb. Leytenant rütbəsi daşıyan məzunumuz Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Qəfərli Samir Möhlət oğlu universitetimizin aktyorluq fakültəsi məzunudur. O, sənətini davam etdirirdi. "Ata ocağı" serialında rola çəkilmişdi. Doğulduğu Ucar rayonu Bərgüşad kənd qəbiristanlığında dəfn olunub.
Məmmədov Fəqan Vahid oğlu Zaqataladan olan şəhid məzunumuzdur. Milliyyətcə çaxur olan gəncimiz kinoşünas idi, müharibəyə könüllü qatılmışdı. 2019-cu ildə universiteti bitirmişdi. 8 Oktyabrda ermənilər tərəfindən atılan qumbaranı zərərsizləşdirmək, bununla döyüşçü yoldaşlarını qorumaq üçün qumbaranın üzərinə uzanıb. Beləcə şəhidlik zirvəsinə ucalıb.
ADMİU olaraq bütün şəhidlərimiz, qazilərimiz, Vətən Müharibəsi iştirakçılarımızla fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin!".
Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli son döyüşlərdə 8 tələbənin şəhid olduğunu deyib:
"Universitetimizdən I və II Qarabağ müharibəsində ümumilikdə 13 nəfər məzun şəhid olub. Son müharibədə 8 nəfər məzunumuz qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalıb".
Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova gələcəyin 10 həkiminin döyüşlərdə şəhid olduğunu bildirib:
"Universitetimizin 10 nəfər məzunu İkinci Qarabağ müharibəsində şəhid olub. Onların hər birinə rəhmət diləyir, ailələrinə səbr arzulayırıq!".
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Zamirə Adilova 10-a yaxın üzvünün döyüşlərdə iştirak etdiyini qeyd edib:
"Böyük Vətən Müharibəsində Bakı Ali Neft Məktəbinin (BANM) məzunları, əməkdaşları və onların yaxınları da iştirak ediblər. Ümumilikdə, BANM ailəsinin 10-a qədər üzvü bu dövrdə təkrar hərbi xidmət keçib. Onlar arasında 2013-cü il Prezident təqaüdçümüz - 679 balla BANM-in Neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Aqil Ələkbərov da var.
Haqq mübarizəsində Bakı Ali Neft Məktəbinin tələbə, məzun və əməkdaşları arasında Şəhid olmasa da, məzun və əməkdaşlarımızın ailə üzvlərindən şəhidlik zirvəsinə yüksələnlər var. Buradan onların timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik". /Sfera.az
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2020, 21:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-12-2020, 21:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50