RUSİYA AZƏRBAYCANINI POMİDOR İSTEHSALINI NECƏ “VURUR”? – Ekspert rəqəmlər açıqladı
Tanınmış iqtisadçı Məhəmməd Talıblı Azərbaycanın kənd təsərrüfatı sektorunda və ixracında pomidor istehsalının həcmini, ölkə iqtisadiyyatına faydasını təhlil edib. Xatırladaq ki, Rusiya bu il dekabrın 1-dən ölkəmizdən bu məhsulun idxalını məhdudlaşdırıb.
Məhəmməd Talıblı bildirib ki, Azərbaycanın qeyri-neft ixracında 1-ci yerdə pomidor ixracı durur və bu tendensiya 3 ildir davam edir. “Demək ki, bu məhsulun ölkəmizin qeyri-neft ixracı üçün önəmi böyükdür”, - deyə ekspert qeyd edib.
M.Talıblı Dövlət Gömrük Komitəsinin məlumatlarını təqdim edərək bildirib ki, 2019-cu il ərzində ölkəmizin qeyri-neft ixracı 1,96 milyard ABŞ dolları təşkil edib. Bunun da 690,6 milyon dolları Rusiyaya, Türkiyəyə 401,8 milyon və digər ölkələrin payına düşüb. Demək, qeyri-neft ixracatımızda birinci yerdə Rusiya gəlir.
Onun sözlərinə görə, 2019-cu il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (189,3 milyon ABŞ dolları) liderlik edib: “Demək Azərbaycanda pomidor ixracı qeyri-neft ixracımızın 10 faizini təşkil edir. 2020-ci ilin 10 ayında isə bu rəqəm 12 faiz təşkil edib. Bu mənada pomidor ixrac üçün önəmli məhsul hesab olunur”.
M.Talıblı qeyd edir ki, 2020-ci ilin 10 ayı ərzində isə Azərbaycandan 12,2 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb: “2020-ci ilin 9 ayı ərzində isə Azərbaycanın pomidor ixracından 167,8 milyon dollar gəlir daxil olub. Son 3 ildə birmənalı olaraq qeyri-neft ixracında pomidorun dominant rolu dəyişməyib. Pomidor ixracımızın isə demək olar ki, hamısı (99%), almanın isə 90%-dən çoxu Rusiya bazarına istiqamət alıb.
2020-ci ilin 9 ayı rəzində Azərbaycandan Rusiyaya 173 milyon dollarlıq pomidor, 21 milyon manatlıq isə alma ixrac edilib. Hər iki məhsul üzrə ölkəmiz 194 milyon dollarlıq ixrac gəliri əldə edib”.
Ekspert bildirir ki, bu rəqəm sadəcə neftimiz-qazımız var deyə, aşağı məbləğ sayılmamalıdır.
“Belə ki, 2020-ci ilin yekunlaşmasına cəmi 1 ay qalıb. Cari ildə Şahdəniz yatağından qaz və kondensat satışından əldə edilən gəlir 276 milyon dollar olub. Bizim qaz gəlirlərimiz də bu mənada əvvəlki illərdəki neft gəlirləri olmayacaq”, - deyə iqtisadçı vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-12-2020, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-12-2020, 14:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09