“PUTİNİN YORULMASININ ƏLAMƏTLƏRİ GÖRÜNÜR...” – “Elita bərk əsəbləşməyə başlayıb, lakin narahatçılığa əsas yoxdur”
Rusiyanın keçmiş prezidentlərinin toxunulmazlığının təminatına aid qaydaların genişləndirilməsilə bağlı qanun layihəsinin Rusiya Dövlət Dumasında və Federasiya Şurasında qəbul olunmasından sonra Prezident Vladimir Putin öz imzası ilə həmin sənədin qüvvəyə minməsini təsdiq edib. Deməli, bundan sonra səlahiyyət müddəti bitmiş prezident daha geniş toxunulmazlıq statusu qazanacaq və bu qanuna əsasən həmin şəxs administrativ və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz. Nəzərdə tutulan qaydalar eyni zamanda prezidentin ailəsinə, mülkünə, avtomobilinə, şəxsi əşyalarına və sənədlərinə də şamil olunur.
Hamıya bəllidir ki,prezidentin qeyri-məhdud müddətə seçilməsi ilə bağlı konstitusiyaya edilmiş dəyişikliyin və həmçinin də keçmiş prezidentlərin toxunulmazlığı barəsindəki qanun layihəsinin təşəbbüskarı Vladimir Putindir. Amma indi çoxlarını belə bir sual maraqlandırır: əgər Vladimir Putin toxunulmazlıq haqqında qanunu özü üçün çıxarırsa, bəs onda konstitusiyaya dəyişiklik kimin üçün edilib?...
Rusiyadakı yeni qanun layihəsi ilə bağlı məsələyə beynəlxalq mətbuatda da geniş yer verilir. ABŞ-ın “Bloomberg” saytı “Rusiya elitasının bəzi nümayəndələri üçün Putinin gələcəyi yenidən qaynar mövzuya çevrilib” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. “AzPolitika.info” həmin məqaləni qısa ixtisarla təqdim edir:
“Keçmiş prezidentlərin və onların ailə üzvlərinin toxunulmazlığını təmin edəcək yeni qanun layihəsi Vladimir Putinin gələcəyi barəsində söhbətləri yenidən canlandırıb. Belə ki, Putinin özünün də aktiv şəkildə dəstəklədiyi konstitusiya dəyişikliyi onun 2036-cı ilə kimi bu postda qalmasına imkan verir. Kremlə yaxın olan bəzi şəxslər deyirlər ki, Putinin hakimiyyətdə çox qalmayacağı barədə yaranmış diskusiyaya əsas səbəb, bəlkə də məhz elə bu qanun layihəsdir.
Putinin 21 illik rəhbərliyi İosif Stalindən sonrakı ən uzun hakimiyyət müddətidir və hələlik onun vəzifədən getməsinin hansısa bariz əlamətləri hiss olunmur. Rusiya prezidenti bu yaxınlarda keçirilən dörd saatlıq mətbuat konfransında prezidentlik müddətinin məhdudlaşdırılmasının ləğvi ideyasına dəstəyini bir daha nümayiş etdirdi. Həmin konfrans zamanı özündən əmin və enerjili görünən Vladmir Putin 2024-cü ildəki prezident seçkilərində işirak edib-etməyəcəyinə hələlik qərar vermədiyini söylədi.
Rusiyanın 68 yaşlı lideri barəsində daim gəzən söz-söhbətlər Putinin mərkəzi fiqur olmasından xəbər verir. Konstitusiyada dəyişiklik edilməsi ilə əlaqədar iyul ayında keçirilən referendumun nəticələri onun prezidentik müddətinə qoyulan məhdudiyyətləri qaldırıb. Əks halda indiki prezidentlik müddəti Putin üçün sonuncu olmalıydı.
Kremlə yaxın olan bəzi şəxslər hesab edirlər ki, Putin prezident postunun gündəlik yükündən yaxa qurtarmaq üçün hakimiyyəti əlində saxlamq şərtilə başqa vəzifəyə keçməyə çalışacaq.
Ölkə başçısının gözlənilməz istefası məsələsi öncəki dövrlərdə də müzakirə mövzusuna çevrilsə də, bu deyilənlərin hamısı əsassız çıxmışdı. Kremlin keçmiş məmurlarından biri, hazırda isə hökumətlə əlaqəli orqanda işləyən və araşdırma mərkəzinə rəhbərlik edən siyasi texnoloq Konstantin Kostin deyib: ”Putinin yaxın zamanlarda istefaya getmək planı yoxdur. İndi elita nümayəndələri bərk əsəbləşməyə başlayıblar, lakin narahatçılığa əsas yoxdur. Biz vahid mərkəzli sistemdə yaşayırıq və burada baş postda kimin olmasından çox şey asılıdır”.
Bu ilin əvvəlində ictimai rəyi öyrənən bir neçə sorğuda Putinin populyarlıq reytinqinin rekord həddə aşağı düşdüyü üzə çıxmışdı. Amma əhalinin gəlirlərinin azalmasına baxmayaraq, son aylar Rusiya prezidentinin populyarlığı yenidən yüksəlib. Hazırda ölkə iqtisadiyyatı koronavirusun vurduğu zərbələrin təsirindən çətinliklə özünə gəlir. Kreml gələn ilin payızında keçiriləcək parlament seçkiləri öncəsi riskə getmək istəmir və ona görə də ictimai etirazları və müxalifətin fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tutan bir sıra qanun layihələrinə baxıb, onları təsdiq etmək istəyir.
Qərb Kremli müxalifət lideri Aleksey Navalnını zəhərləmək cəhdində ittiham etsə də, Moskvada bunu qəti inkar edirlər. Beləliklə, Rusiya hakimiyyəti ölkənin ən aparıcı müxalifətçisini faktiki olaraq Almaniyada sürgündə qalmağa məcbur edib.
Putinin yaşı
Rusiyanı əhatə edən dövlətlərdəki liderlər çoxdandır ki, bütün güclərilə öz hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar. Kremlin yaxın müttəfiqi Aleksandr Lukaşenko öz hakimiyyətinə qarşı sönmək bilməyən xalq etirazları ilə üz-üzədir. Qazaxstanda isə 80 yaşlı Nursultan Nazarbayev keçən il prezident postunu etibarlı saydığı müavininə versə də, özü üçün ali lider rolunu saxlamaq istəyir. Bu yaxınlarda Putin gözlənilmədən öz yaşı barədə söz salaraq deyib ki, ona hələ ki, Rusiya istehsalı olan peyvənd vurulmayıb. Hansı ki, onun hökumətinin üzvləri bu peyvəndi çox tərifləyirlər. Putinin sözlərinə görə, yaşı altmışı ötmüş insanlar üçün peyvənd edilmə barədə tam araşdırma dövrü hələ bitməyib. Ancaq bəzi yaşlı məmurlar artıq peyvənd olunublar və bu, mərkəzi televiziya ilə nümayiş etdirilib.
Kremlin keçmiş müşaviri Qleb Pavlovski bildirib: ”Putinin dövlət sükanı arxasındakı iyirmi illik prezident öhdəliklərindən yorulmasının əyanı əlamətləri görünür. O, əsas oyunçu olaraq qalmaq şərtilə bu vəzifədən getmək haqqında bir neçə dəfə düşünüb. Müəyyən vaxtdır ki, belə bir fikir onun beynində oturub, amma bu, hansısa xəstəliklə bağlı deyil”.
Putin üçün hətta qanunla təsbit edilmiş əsl təhlükəsizlik sığortası o zaman keçərlilik qazanar ki, onun etibarlı adamları aparıcı mövqelərə gətirilsin. Çünki məhz bu adamlar ölkənin keçmiş liderlərinə qarşı məhkəmə təqibinə qadağa qoyan yazılmamış qaydaların yerinə yetirilməsini təmin edə bilərlər.”
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2020, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-12-2020, 11:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16