“Kərbəladan gətirdiyim kəfənimi geyinib döyüşə getmişdim”
Yusif Əhmədovu indiyə kimi idmançı kimi tanıyırdıq. Kempo-karate idman növü üzrə 4 qat dünya, 2 qat Avropa çempionu, (Heydər Əliyev kəmərinin sahibi) əməkdar idman ustasıdır. 44 günlük Vətən müharibəsi isə bizə onu həm də qəhrəman döyüşçü kimi tanıtdı. Oktyabrın 20-dən torpaqlarımızın azadlığı uğrunda mübarizəyə o da qoşulub. Füzulidən başlayan döyüş yolu Xocavəndə qədər davam edib.
“Qafqazinfo” hazırda müalicə alan İkinci Qarabağ müharibəsi qazisi ilə söhbətləşib.
“Cəbhəyə getmək üçün Səfərbərlik Xidmətinə 4 dəfə müraciət elədim, nəhayət, oktyabrın 20-də apardılar. Füzulidən döyüşə başladıq, Qacar və digər kəndlərin alınmasında iştirak etdik. Xocavəndə qədər gedib çıxdıq.
Noyabrın 5-6-da Xocavənd istiqamətində döyüşlərdə iştirak etmişik və orada maşınımız minaya düşərək 11 metrlik təpədən aşağı yuvarlanıb. İki şəhid verdik, 9 yaralımız oldu.
Mən də ağır yaralıların içərisində idim. Sağ ayağımda sınıq, sümükdən aralanma, sağ və sol bel fəqərələrimdə sınıqlar var, sinir sistemim zədələnib, beyin silkələnməsi nəticəsində gözlərim zəifləyib. Hazırda səhhətim yavaş-yavaş yaxşılaşır. Düzəlməsə də, həkimlər çalışır ki, qaydasında saxlasınlar, bundan sonra pisləşməsin”.
Yusif Əhmədov deyir ki, idmançı olmağın döyüşdəki əsas üstünlüyü özünü daha dözümlü, səbirli apara bilməklə bağlıdır. Onun sözlərinə görə, peşəkar idmanla məşğul olması, xüsusən fiziki baxımdan çox köməyinə çatıb.
“Mən kəşfiyyatda, “həmlə” taborunda idim. Bu taborda birbaşa döyüşdəsən, fiziki-taktiki hərəkətlərdə çox diqqətli olmalısan, döyüşü özün qurmalısan. Necə ki, rinqlərdə, tatamilərdə öz döyüşümüzü qurmuşuq, orada da çalışdıq ki, döyüşümüzü quraq. Mən tatamidə erməni idmançı ilə döyüşmüşəm və 4 dəfə onu “nakaut” eləmişəm. Bir dəfə Rusiyada bir rus idmançı mənə demişdi ki, “siz balaca ölkə olsanız da, çox cürətli, cəsarətlisiniz. Amma o cəsarətinizi ermənilərin üzərində göstərə bilməmisiz”. Bu, böyük damğa idi və mənə çox pis təsir etmişdi. Mən də döyüşlərə qatıldım, şükürlər olsun ki, üzərimizdən həmin o damğanı götürdük”.
Qazi deyir ki, elə yarışlarda olduğu kimi döyüşdə də ermənilərin zəifliyinin şahidi olub. Onlar bizim döyüşçülərin əzmi qarşısında tab gətirməyərək silahlarını atıb qaçıblar.
Y. Əhmədova çempion kimi daim bayrağımızı yüksəkdə görmək tanış hisdir. Qazimiz deyir ki, torpaqlar işğaldan azad olunduqca ora öz bayrağını sancmaq isə insanda tamam başqa duyğular yaradır:
“Yarışda himn çalınanda insanın özündən asılı olmayaraq gözündən yaş gəlir. Macarıstanda, Almaniyada, Fransada və digər ölkələrdə qalib gələrkən ağladığım videolar var. Bu ölkələrdə məni heç kim tanımır, o qalxan bayrağın, oxunan himnin hansı ölkəyə aid olduğu ilə maraqlanırlar. Bu da insanı çox qürurlandırır. Amma bu meydan isə qeyrət meydanıdır. Yarış meydanında öz ölkəni göstərirdin, döyüş meydanında isə öz ölkənin qeyrətini göstərirsən. Ölkəmizin qüruru burada milyon dəfə yüksəkdir. Torpaq bizim qeyrətimizdir, biz onu geri qaytarmasaq, mən nə qədər yarışlarda iştirak edib bayraq qaldırsam da, heç bir əhəmiyyəti yoxdur”.
Vətən müharibəsi qazisi döyüşə şəhid olmaq üçün getdiyini deyir: “Kərbəladan gətirdiyim kəfənimi geyinib döyüşə getmişdim. Mən şəhid olmaq üçün getmişdim, çünki torpaq uğrunda ölmək şəhidlikdir. Bundan gözəl bir şey yoxdur. Xoş o şəhidlərimizin halına! Bu gün yaralansam da, ağrılarla sızlasam da, şəhidlərimizə qibtə edirəm.
Şəhidlər xiyabanına gedirəm, boş qəbir yerlərinə baxıb ağlayıram...”
Qazi deyir ki, müharibədə döyüşçü yoldaşlarında gördüyü əzm, Vətən sevgisi ona həmişə böyük ruh verib. Günlərlə ac qalsalar da, heç kim dayanmaq haqqında düşünməyib. Döyüşən hər bir əsgər ancaq irəli getməyi düşünüb və bugünkü qələbəmizin özəyində məhz bu dayanır.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2020, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-12-2020, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti