reklam
Regionxeberlericom.az » Araşdırma » “Rusiya sülhməramlıları anti-terror əməliyyatı keçirməsə, Azərbaycan dövləti özü bu əməliyyatları keçirəcək”

reklam

“Rusiya sülhməramlıları anti-terror əməliyyatı keçirməsə, Azərbaycan dövləti özü bu əməliyyatları keçirəcək”


Xəbər verildiyi kimi dünən Xocavənd rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Erməni terrorçularının dəfələrlə əsgərlərimizə hücum etməsi etirazlara səbəb olub. İctimaiyyət nümayəndələri Laçın dəhlinizin müvəqqəti bağlanmasını və Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazilərində anti-terror əməliyyatı aparmağa çağırıb.
Emin Həsənli Emin Həsənli
Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən hərbi məsələlər üzrə ekspert Emin Həsənli terrorçularla bağlı problem birdəfəlik həll olunmalıdır.
“O məsələ birdəfəlik həll olunmalıdır. İctimaiyyət haqlı olaraq qeyd edir ki, Laçın dəhlizi bağlanıb terrorçular birdəfəlik təmizlənməlidir və terrorçuların rəhbəri başda Araik Arnturyan olmaqla hər biri həbs edilməlidir və ondan sonra orada Azərbaycan əhalisi olan ermənilər və Azərbaycan vətəndaşları yaşaya bilərlər. Onlar Azərbaycan qanunlarına tabedirlərsə yaşayacaqlar, kim tabe olmursa gedib Ermənistanda yaşamalıdır. Bu cür hadisələr davam edə bilməz. Terror hadisələri hər 3 dövlət rəhbərinin imzaladığı
10 noyabr bəyanatına da ziddir, beynəlxalq hüquqa da ziddir, Azərbaycan Konstitusiyasına da ziddir. Azərbaycan dövləti bununla bağlı konkret ölçü götürəcək. Rus sülhməramlıları ilə terrorçuların tez-tez orada görüşlər keçirməsi, yerli hakimiyyət orqanı kimi onları tanımalıdırlar. Haqlı olaraq cəmiyyətimiz tərəfindən qınanılır və Azərbaycan ictimaiyyəti bunu qəbul edə bilmir və Gəncənin, Bərdənin bombalanmasına birbaşa əmr verən Araikin orada Rusiya sülhməramlılarının komandanı ilə görüşməsi, Rusiya sülhməramlılarının nümayəndələri ilə görüşməsi də haqlı olaraq böyük etirazlara səbəb olur. Bu artıq ikinci bir haldır. Bundan öncə böyük belə bir hadisə var idi. Orada terrorçular Azərbaycan Silahlı Qüvvələri tərəfindən, Azərbaycan xüsusi xidmət orqanları, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi məlum əməliyyatlardan sonra, antiterror əməliyyatından sonra hər biri girov götürüldü. Bu ikinci bir hadisədir”,-deyə E.Hüseynli bildirib.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycan ordusunun və onun xüsusi xidmət orqanlarının xüsusi təyinatlılarının elə bir gücü var ki, orada bütün terrorçuları bir neçə gün ərzində tam zərərsizləşdirmək gücünə malikdir: “Bu Azərbaycan dövlətinin haqqıdır, hüquq da buna tam imkan verir. Rusiya sülhməramlıları özü də bu əməliyyatı keçirə bilər. Rusiya sülhməramlıları əgər bu əməliyyatı keçirməsə Azərbaycan dövləti özü bu əməliyyatları keçirəcəkdir. Bu cür hallar belə davam edə bilməz”.
 


Paylaş:


Müəllif : Tarix:
28-12-2020, 14:47
Sikayət   


loading...
Загрузка...