Vətən Müharibəsi qazisi: “Laçına daxil olan ilk dəstələrdən biri biz idik” - FOTO
İkinci Qarabağ Müharibəsinin iştirakçılarından biri də qazi Abbaszadə Hümmət Qalib oğludur.
26 yaşlı Hümmət Abbaszadə sentyabrın 29-da qismən hərbi səfərbərliklə çağırılan əsgərlərdən olub. Zərdab rayonunda dünyaya gələn H.Abbaszadə Bakıda, Sabunçu rayonunda yaşayır.
Qazimiz Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı döyüşlərə Füzuli istiqamətindən başladığını deyib:
“İlk olaraq Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdim. Döyüş tapşırıqlarını uğurla başa vurduqdan sonra müvafiq əmrə əsasən bizi Cəbrayıl istiqamətinə göndərdilər. Orda gedən qızğın döyüşlərdə iştirak etdim.
Növbəti istiqamətimiz isə Qubadlı rayonu oldu. Döyüş yoldaşlarımızla düşmənin canlı qüvvəsini məhv edərək onları geri çəkilməyə məcbur etdik. Laçına daxil olan ilk dəstələrdən biri biz olduq. Laçının Səfiyan, Güləbird kəndlərində gedən qızğın döyüşlərdə düşmən hərbçilərini məhv edərək torpaqlarımızdan çıxmağa məcbur etdik.
Arpagədik kəndi istiqamətində döyüşlər davam edirdi. Həmin vaxt dağdan enən zaman düşmən əsgərləri ilə üzbəüz gəldik. Snayper atəşi ilə çiynimdən yaralandım. Ümumilikdə 3 güllə yarası aldım. Əsgər yoldaşlarım məni döyüş meydanından təhlükəsiz əraziyə apardılar. Oradan da hospitala göndərildim”.
Qazimizin müalicəsi davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-01-2021, 21:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-01-2021, 21:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54