Qarşıdakı illərdə su çatışmazlığını necə həll etməli?
Yeni su anblarının yaradılması suyun ilin soyuq dövründə də anbarlarda toplanması üçün zəruridir. Lakin qarşıdakı 2-3 il ərzində su çatışmazlığını nəzərə alaraq Kənd Təsürrüfatı Nazirliyi sudan istifadə zamanı yeni suvarılan sahələrin istifadəyə verilməsini məhdudlaşdırmalı, mövcud sahələrin su ilə optimal təmin olunmasına üstünlük verilməlidir:
Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Yengicə su anbarının reqional ekoloji durumunun nəzəri olaraq texniki əsaslandırılması” mövzusunda keçirilən onlayn iclasda iştirak edərkən deyib.
Onun sözlərinə görə, Yengicə su anbarını inşa edərkən bir neçə məsələni diqqət mərkəzində saxlamaq vacibdir. O deyib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərüfatının inkişafı üçün külli miqdarda su ehtiyatları tələb olunur.
Yengicə su anbarının Vəndam çayının davamı və Kür çayını su ilə təmin edən qollardan biri olan Göyçaya tökülən Qaraçay üzərində tikildiyini diqqətə çatdıran alim su anbarının tikilməsi ilə əlaqədar Göyçayda suyun azalmasının nəticə etibarı ilə Kürün suyun azalmasına səbəb olacağını bildirib.
M.İsmayılov Azərbaycanda Kür çayı boyunca uzanan əsas əkinçilik zonalarının suvarılmasında problemlərin yaranmaması, su çatışmazlığından çəkilən əziyyətlərin qarşıdakı illərdə də təkrarlanmaması üçün Kür çayında axımın az da olsa, formalaşmasının olduqca vacib olduğunu söyləyib:
"Yengicə su anbarının tikildiyi ərazi Qanıx-Əyriçay vadisinə düşür ki, bu vadi yeraltı sularla olduqca zəngindir. Çalışmaq lazımdır ki, həmin yeraltı suları kənd təsərrfatı dövriyyəsinə qoşaraq suvarmada istifadə etmək olsun.
Bu kimi məsələlər yeni su anbarlarının inşasında nəzərə alınmalıdır”. (Trend)
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2021, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-01-2021, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54