İl yarım əvvəl Paşinyan və Arutunyanın gizli toplantısı... - Qarabağdakı bizneslərini satıblar
"Paşinyan baş nazir olanda Arutyunyan (separatçıların rəhbəri-red) spiker Ararat Mirzoyan vasitəsi ilə xidmətlərini təklif etdi. Mirzoyan baş nazirə onun haqqında danışdı və əmin etdi ki, müəyyən şeylərə görə ruhunu şeytana satmağa hazır olan yeni bir kölə tapıb".
Bunu sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.
"Arayik Arutyunyan nədən qorxurdu? O, boğazına qədər çıxan oğurluğunu Paşinyanın ifşa edəcəyindən qorxurdu. Onlar razılaşdılar. Danışıqların ilk mərhələsi Romada baş tutdu. Arutyunyanın xahişi ilə danışıqlarda iştirak edən erməni biznesmen razılaşmanın zəmanəti idi. Paşinyan Arayikə qarşı bir neçə cinayət işi qaldırdı. Bununla da ona açıqladı ki, müəyyən bir şəkildə hərəkət etməlidir. Beləliklə, onu cinayətə dəvət etdi.
Bu cinayətin mərkəzində Qarabağ dururdu. Çünki il yarım bundan öncə Paşinyan, Mirzoyan, Arutyunyan və o vaxtkı Milli Təhlükəsizlik Xidmətinin direktoru Kamo Ağacanyanın iştirakı ilə toplantı keçirildi. Paşinyan Arayikə Qarabağın taleyinin necə olacağını, bu gün baş verənləri danışdı. Son bir ildə Arayik Arutyunyan və Kamo Ağacanyan Cəbrayıl, Füzuli və ən əsası Hadrutda özlərinə aid olan bütün biznesləri satdılar. Arayik Arutyunyan əmlakını xilas etdi, amma ruhunu xilas etməyəcək.
Bir neçə gün bundan əvvəl Hadrut sakini Arutyunyanın Xankəndinin mərkəzindəki mağazasını yandıraraq qışqırdı: "Sən mənim evimi yandırdın, mən də sənin biznesini yandıracağam".
Arutyunyan isə Paşinyanın qoşun və silah göndərmədiyini söylədiyi səs yazısına baxmayaraq, müharibə günlərində olduğu kimi susur. O, "Facebook"da ilk canlı yayımını Paşinyanın müdafiəsinə həsr etdi. Arayik hər şeyi itirəcək, artıq onun gələcəyi yoxdur, biznesi də olmayacaq. Çünki insanlar pulu "vətənə" dəyişənlərin biznesini yandıracaqlar".
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2021, 21:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-01-2021, 21:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36