“AMEA-ya ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib”
“Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib”.
Bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib. Akademik bildirib ki, Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər ölkə ÜDM-nin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər:
"Hazırda REA rəhbərliyi geri ödənişlərin həcminin artırılması istiqamətində daha çox səy göstərilməsinin tərəfdarıdır. Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır”.
Azərbaycanda elmə ayrılan vəsaitin 81-82 faizinin əməkhaqlarının ödənişinə sərf olunduğunu deyən A.Qəribov qalan vəsaitin isə müəssisələrin gündəlik tələbatlarına xərcləndiyini bildirib.
Bundan əlavə, Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan qazanılan qrantlar hesabına alınan cihazların səmərəli istifadə göstəricisinin 20 faizi ötmədiyini vurğulayıb:
“Son illərin təhlili göstərir ki, bir neçə institut xaricində heç bir əməli işlər aparılmayıb. AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil. Akademiyada fundamental sahə yetəri qədər inkişaf etməyib”.
Alim elmin inkişafının və aparılan tədqiqatların Azərbaycanın ümdə ehtiyacları ilə uyğunlaşdırılmasının, idarəetmənin optimallaşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-01-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-01-2021, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:49
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
10-01-2025, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
10-01-2025, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
10-01-2025, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
9-01-2025, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
9-01-2025, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
9-01-2025, 08:54