Bir kişini öldürən, digərini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən İsmət Cəfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Xaqani Səmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib, baxış iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonunun Bayramlı kəndində baş verib.
1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları - Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov tutularaq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd maddələri ilə ittiham verilib.(Report)
Paylaş:
Müəllif : Fuad
Tarix:20-01-2021, 19:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-01-2021, 19:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…