Keçmiş cinayətinə görə həbs edilən Qazimizi AZAD ETMƏK OLRAMI? - GƏLİŞMƏ
Cəlilabadda müharibədən əvvəl oğurluq edən və narkotik satışı ilə məşğul olan qazi Aydın Ağazadənin 4 il 3 aylıq həbs edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət Aydın Ağazadənin artıq günahını yuduğunu, hüquqi dillə desək, nəinki islah olunduğunu, hətta nümunəvi bir həyata qayıtdığını, Vətən üçün canından keçməyə hazır olduğunu göstərdiyini bildirərək, cəzanın ləğv edilməsini istəyib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Cəlilabad rayonundan seçilən millət vəkili Elman Nəsirov bildirib ki, Aydın Ağazadənin cəzasının yüngüləşdirilməsi üçün lazımi addımlar atacaq:
“Cəlilabad rayonunun hüquq-mühafizə orqanı və məhkəməsi ilə əlaqə saxladım. Aydın Ağazadə barədə ətraflı məlumat aldım. Onun ev dustağı olması barədə məhkəmə qərarı olub, müharibə başlayan zaman isə o, könüllü olaraq müharibəyə getməyi xahiş edib. Onun bu xahişi nəzərə alınıb və müharibədə iştirak edib, qazi olub. Tərxis olunduqdan sonra Aydın Ağazadənin cinayət işinə baxılıb. Eyni vaxta iki cinayəti törətməsi səbəbindən onunla bağlı həbs qətimkan tədbiri seçilib. O, bu əməllərini etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Artıq Apellyasiya Məhkəməsinə müraciət edilib. Hesab edirəm ki, onun müharibə iştirakçısı, qazi olması nəzərə alınaraq, cəzasının yüngüləşdirilməsi ilə bağlı addım atıla bilər. Mən də çalışacağam ki, bu, baş versin. Vətən uğrunda müharibədə könüllü iştirak etmək, qazi olmaq onu göstərir ki, Aydın Ağazadənin dövlətlə, vətənlə bağlı baxışında ciddi dəyişikliklər olub. Ev oğurluğu edən, narkotik satan şəxs bir müddət sonra Vətən uğrunda canından keçməyə hazır olduğunu göstərir. Bu fakt artıq Aydının cəmiyyət üçün qətiyyən təhlükə yaratmadığını, onu təcrid etməyə ehtiyac olmadığını, əksinə, onun nümunəvi bir həyata qayıtdığını təsdiqləyir. Hesab edirəm ki, bütün bu müsbət amillər nəzərə alınaraq, onunla bağlı qəbul edilmiş həbs qətimkan tədbirinə yenidən baxılması məsələsi olduqca vacibdir”.
Hüquqşünas Səməd Vəkilov isə bildirib ki, zərərçəkmiş şəxslərlə qazi arasında münasibətlər də cəzanın müddətinə təsir edən amillərdəndir:
“Aydın Ağazadənin ziyan vurduğu şəxslərin münasibəti burada birinci dərəcəli məsələdir. Cəza təyin edərkən həmin şəxsin zərərçəkənlə barışıb-barışmaması və zərərin ödənməsi məsələsi nəzərə alınır. Bu hallar onun cinayət məsuliyyətindən azad olunmasına yardım edəcək hallardır. Əgər zərərçəkmiş şəxs və ya şəxslərlə münasibətlər, zərərin ödənməsi və ya bağışlanması olarsa, müharibədə iştirakı da nəzərə alınmaqla cəza yüngülləşə bilər. Amma zərərçəkmiş şəxs iddialarında israr edərsə, 4 il 3 aylıq həbs cəzası adekvatdır və hətta burada məhkəmə yüngülləşdirici halları nəzərə alıb”.
Qeyd edək ki, Aydın Ağazadə bir qrup şəxslə 2019-cu il iyunun 28-də həmyerlisinin evindən 3600 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda ittiham edilib. Bu səbəbdən ev həbsi verilən Aydın Ağazadə növbəti dəfə narkotik satışı ilə məşğul olduğu üçün barəsində cinayət işi açılıb. İstintaq müddətində müharibə başlayıb və o, könüllü olaraq cəbhəyə yollanıb. Müharibədə yaralanan Aydın Ağazadə göstərdiyi igidliklərə görə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Bir neçə gün öncə isə məhkəməsi baş tutub və ona 4,3 il həbs cəzası verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2021, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2021, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35