reklam
Regionxeberlericom.az » Araşdırma » Bakıda 73 yaşlı sələmçi qadını öldürən, evini yandıran dəstəyə 82 il cəza - TƏFƏRRÜAT

reklam

Bakıda 73 yaşlı sələmçi qadını öldürən, evini yandıran dəstəyə 82 il cəza - TƏFƏRRÜAT


Bakının Nizami rayonunda sifarişlə qətl törətməkdə ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sifarişlə qətl törətməkdə ittiham edilən Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev, Namiq İbrahimov və Həmidə Nəsibovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Ziya Dadaşov 19 il, Amil Piriyev 18 il, Şaiq Pirəliyev 8 il, Namiq Niftullayev 10 il, Namiq İbrahimov 9 il, Həmidə Nəsibova isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə araşdırmasında qətlə yetirilən Validə İbrahimovanın bacısı Xatirə İbrahimova söyləyib ki, bacısı ilə hadisədən bir neçə saat əvvəl telefonla danışıb.

O, bacısının sələmə pul verdiyini, kiçik ticarətlə məşğul olduğunu da söyləyib:

"Bacımla çox gediş-gəlişimiz yox idi. Evinə çox adamın gəlməsini istəmirdi, sakitçiliyi sevirdi. Aprelin 17-də axşam onunla telefonla danışdıq. Çox yorulduğunu, ev işlərini çatdıra bilmədiyini deyirdi. Bir az söhbət elədik. Sonra mənim işim var idi. Bacıma dedim ki, bir azdan sənə zəng edərəm. Mənim də, bacımın da ağrıları var. Buna görə də gecələr gec yatırıq. İşimi bitirəndən sonra baxdım ki, gecə saat 3-dür. İstədim bacımı yığam, amma dedim ki, gecdir. Səhər də belə bir hadisənin olduğunu eşitdim. Polisdən zəng edib dedilər ki, bacımın evi yanıb, bacım da xəsarət alıb. Biz polis idarəsinə gedəndə orada dedilər ki, bacım qətlə yetirilib".

Xatirə İbrahimova bildirib ki, bacısı hadisədən bir neçə gün əvvəl Türkiyədə olubmuş: "Aprelin 3-də Türkiyədən gəlmişdi. Orada yaşayan qızının yanına getmişdi. Bacım Türkiyədən geyim də gətirib satırdı. Həmçinin bacım sələmə pul verərək də dolanırdı".

Suallara cavab verən Xatirə İbrahimova bildirib ki, bacısı qətlə yetiriləndən sonra evdə olan nağd pul və qızıl-zinət əşyaları tapılmayıb: "Bacımın qızı dedi ki, evdə 3500 manat nağd pul olub. Bundan başqa, bacımın üzüyü, bilərziyi, qolbağı da tapılmadı. İstintaqda bildirildi ki, bunlar həbs edilən şəxslər tərəfindən götürülüb".

Xatirə İbrahimovanın dediyindən belə məlum olub ki, bacısı qətlə yetirilməzdən əvvəl kimlərdənsə şübhələnib: "Türkiyədən gələndən sonra telefonla danışmışdıq. Bir dəfə dedi ki, iki nəfər kişi qapını döyüb soruşub ki, su gəlir? Bacım da deyib ki, onların suyu kartladır, pulunu ödəsə, suyu gəlir. Validə mənə dedi ki, həmin şəxslər ondan qapını açmasını tələb ediblər. Bacım söylədi ki, bunlar istəyir ki, qapını açsın, onlar da başına vurub evdəkiləri aparsınlar".

Hadisə 2019-cu ilin aprel ayında olub. Aprelin 17-də səhər saatlarında Nizami rayonunun Azər Manafov küçəsi ev 15/21 ünvanında yanğın hadisəsi baş verib.

Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validə İbrahimovanın yanmış meyiti aşkar olunub.

Keçirilən ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər- Ziya Dadaşov, Amil Piriyev, Şaiq Pirəliyev, Namiq Niftullayev və Namiq İbrahimov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslər qətli Həmidə Nəsibovanın sifarişi ilə yerinə yetirdiklərini deyiblər.

Ziya Dadaşov və Amil Piriyev ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi əsasında V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarını bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.

Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

İstintaq zamanı Həmidə Nəsibova Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

O da məlum olub ki, Həmidə Nəsibova daha əvvəl də məhkumluq həyatı yaşayıb.


Paylaş:


Müəllif : Tarix:
15-02-2021, 13:40
Sikayət   


loading...
Загрузка...