SÜRƏTLİ BAHALAŞMANIN SƏBƏBLƏRİ... - "Həm biznes, həm vətəndaş üçün 500 milyon manat əlavə xərc yaranıb..."
Proqnozlaşdırldığı kimi yanacağın və suyun qiymətinin kəskin bahalaşması ərzaq məhsullarının qiymətini yüksəldib.
Ötən həftədən başlayaraq ərzaq məhsulları 20 - 30 faizə qədər bahalaşıb. Əsas istehlak mallarının tədarükçüsüvə istehsalçısı olan "Azərsun" Holdinq, "Avrora" və "Veysəloğlu" şirkətlər qrupunun bazara çıxardığı malların qiyməti dəyişib.
Məsələn, «Azersun» şirkətinin istehsalı olan 1 litirlik duru yağlar 4 manatdan 5 manata yüksəlib.
Bununla yanaşı «Avrora» və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib. Şəkər tozunun qiyməti isə topdansatışda 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib.
«Avrora» şirkətinin topdan satdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib. Yeri gəlmişkən, bəzi çörək istehsalçıları da çəkini bir neçə qram artırmaqla qiymətlərə 10 qəpik əlavə ediblər. İki gündür "Gəncə Təndir"-in istehsal etdiyi çörəklər 60 qəpiyə təklif olunur.
Yumurtanın, südün, meyvə şirələri, sərinləşdirici içkilər, habelə uşaq yeməkləri, qida əlavələrinin dəyərində də 15-25 faizə qədər yüksəliş var.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında isə ötən ay un, yumru düyü, qarabaşaq yarması, süd və müxtəlif yağların qiymətində bahalaşma qeydə alındğı bildirilir. Nəticə etibarilə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz, illik əsasda isə 3,3 faiz artıb. Təkcə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bu rəqəm 4,6 faiz olub.
Ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında bəzi məhsulların qiymətində ucuzlaşma da qeydə alınıb. Rəsmi statistikaya əsasən mal və qoyun əti, dondurulmuş balıq, banan, portağal, kivi, qoz, şabalıd və pomidorun qiymətləri düşüb.
İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, qiymət artımlarını şərtləndirən səbəblər var:
“Birincisi, əgər biz 2020-ci ildə istehsal qiymətləri indeksi, istehsalın maya dəyərinin artması tempinə nəzər salsaq, kifayət qədər ciddi rəqəmlərlə ifadə olunan, hətta bəzi məhsullar üzrə 30 faizin üzərində olan göstəriciləri görmüş olarıq.
Eyni zamanda, qlobal bazarlarda da müəyyən məhsul növlərinin qiymətləri artır. Təbii ki, idxaldan asılı olan bir bazar üçün bunun özü əlavə risk formalaşdırır. Həm biznes, həm vətəndaş üçün 500 milyon manat ətrafında əlavə xərc yükü yaranıb. Suyun qiymətinin artmasını belə izah edirlər ki, bu, birbaşa istehsalçıya, hüquqi subyektə aid deyil. Amma dolayısıyla bu, istehsalçılar tərəfindən ödənilən xərclərdir. Bu statusda olduğu təqdirdə, qiyməti bazarda diktə edirlər və son nəticədə dinamika daha da sürətlənir.
Bugünkü şərtlər daxilində biz vəziyyəti analiz etsək, görərik ki, istehsalçı gücü, istehlak qabiliyyəti əhəmiyyətli səviyyədə azalıb. Və bu da qiymət artımını ciddi təzyiq altında saxlayır. Amma bununla belə, 2020-ci ilin əvvəlində, pandemiyanın ağır nəticələrinin sonrakı dönəmində, əhalinin biznes gəlirlərini əhəmiyyətli dərəcədə itirdiyi bir vaxtda inflyasiya 3,3 faiz, amma ötən ilin eyni dövründə, vəziyyətin daha yaxşı olduğu dönəmdə, pensiyaların daha çox indeksləşdiriləcəyi vaxtda, iqisadiyyatın inkişaf edib böyüdüyü zamanda inflyasiya 2,7 faiz olmuşdu”.
Ekspert qeyd etdi ki, rəsmi açıqlanan 3,3 faiz bazarda olan real vəziyyəti tam əks etdirmir: “Reallıqda ilin birinci ayı üzrə inflyasiya təxminən 6-7 faiz ətrafındadır. İnsanlar bunu bazarda görürlər, öz cibləri və ailə büdcələrində hiss edirlər”.
İqtsadçının sözlərinə görə, inflyasiyanı şərtləndirən faktorlara baxsaq, baza qiymətləri artır, istehsal qiymətləri indeksində ciddi artımlar var: “2020-ci il ərzində istehsal qiymətləri indeksinə baxsanız, bunu görəcəksiniz. Təbii ki, bu artımlar zaman çərçivəsində bazara sirayət edəcək və qiymətlərin üzərində öz əksini tapacaq. Bazarda qiymət bir şərt daxilində formalaşmır. Hökumətin bundan sonra aparacağı siyasət buna təsir göstərəcək. Hökumətin əlində də rıçaqlar olmalıdır ki, inflyasiyaya təsir edə bilsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-02-2021, 14:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:15-02-2021, 14:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09