Vasif Talıbov niyə maska taxmır?
Müsavat Partiyası təmsilçilərinin Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra polis idarələrinə çağırılması, açıq havada maska taxmadıqlarına görə cərimələnməsi sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib.
Müsavat başqanı Arif Hacılı və partiya üzvlərinin şəhidlərin məzarı önündə çəkilən fotolarını paylaşan sosial şəbəkə üzvləri hakimiyyətin, o cümlədən polisin müsavatçıları cərimələməsini haqsızlıq kimi qələmə veriblər.
Sosial şəbəkə istifadəçiləri müqayisə üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və ətrafındakı məmurların da açıq havada maska taxmadıqlarını diqqətə çatdırır, buna görə onlara hər hansı cərimə tətbiq edilmədiyini bildirirlər. Qeyd olunur ki, qanun-qaydalar hamı üçündür və vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq hər kəs eyni dərəcədə məsuliyyət daşımalıdır. Lakin indiki halda açıq havada maska taxmamağa görə müxalifət funksionerləri cərimələnsə də iqtidar təmsilçiləri cərimələnmir. Sosial şəbəkə istifadəçiləri bu iddialarına əyani misal olaraq, müsavatçıların şəhidlərin məzarı önündə çəkdirdiyi fotolarla bərabər, Vasif Talıbovun, oğlu Seymur Talıbovun və digər vəzifəlilərin ötən gün Ağbulaq Xizək Mərkəzinin açılışı zamanı çəkilən fotolarını paylaşıblar.
Bununla bağlı Naxçıvandakı mənbələrimiz vasitəsilə dəqiqləşdirmə apardıq. Məlum oldu ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan ərazisində tətbiq etdiyi qaydalar və tələblər Naxçıvan Muxtar Respublikasında keçərli deyil. Belə ki, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Bakıda və regionlarda sərt karantin rejimi tətbiq edilsə də, Naxçıvanla bağlı belə bir qərar yoxdur. Vasif Talıbovun göstərişi ilə hər hansı qapanmaya gedilməyib, bütün qurumlar, o cümlədən təhsil müəssisələri fəaliyyətini davam etdirib. Vətəndaşlara yalnız tövsiyə olunub ki, gigiyena qaydalarına riayət etsinlər, sosial məsafəni qorusunlar. Naxçıvanda açıq havada maska taxmaqla bağlı hər hansı tələb də qoyulmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-02-2021, 15:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-02-2021, 15:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35